Icma.az
close
up
RU
Qəbirdən ölünün dişini çıxarmaq diri adamın dişini sökməklə eyni hökmdədir İLAHİYYATÇI

Qəbirdən ölünün dişini çıxarmaq diri adamın dişini sökməklə eyni hökmdədir İLAHİYYATÇI

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Həmin şəxs əgər sağ adamın dişlərini zorla çıxarsaydı, hansı cəzaya məruz qalacaqdısa, indi də o cəzaya məruz qalmalıdır”


Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxtın qəbiristanlıqlarından birində qəbirləri talayan şəxs saxlanılıb. 39 yaşlı Elvin Abbasov qəbiristanlıqda işlədiyi müddətdə, qəbirləri qazaraq, oradan qızıl dişləri oğurlamaqda şübhəli bilinib. O, oğurladığı dişləri paytaxtdakı mağazalardan birinə satıb, bundan maddi qazanc əldə edib. Faktla bağlı cinayət işi başlanılıb və araşdırmalar davam edir. Abbasovun digər cinayət əməllərinin olub-olmaması araşdırılır. Bu hadisə cəmiyyətdə böyük narahatlıq yaradıb və qəbiristanlıqlarda təhlükəsizlik tədbirlərinin artırılması məsələsini gündəmə gətirib.

Qəbirlərdən qızıl diş və ya digər qiymətli əşyaların oğurlanması həm etik, həm hüquqi, həm də dini baxımdan ciddi şəkildə qınanan və qəbuledilməz bir davranışdır. Qəbirlərdən qızıl diş oğurlamaq yalnız bir oğurluq deyil — bu, həm də ölüyə və onun yaxınlarına qarşı ciddi hörmətsizlikdir. Bu cür əməllərin qarşısının alınması üçün hüquq-mühafizə orqanları tərəfindən ciddi nəzarət və ictimai maarifləndirmə vacibdir. Qəbir oğurluğu, xüsusilə də mərhumların dinc uyuduğu yerdə onların qalıqlarına müdaxilə etməklə baş verən bu cür əməllər, ümumi insanlıq dəyərlərinə, mərhumlara və onların ailələrinə qarşı hörmətsizlikdir. Bu cür hadisələr cəmiyyətin mənəvi dəyərlərinə zərbə vurur və sosial narahatlığa səbəb olur. Azərbaycanda və bir çox xarici ölkələrdə bu cür əməl Cinayət Məcəlləsi ilə cəzalandırılır. Dini baxımdan da qəbiri açmaq, meyitə zərər vermək və ya üzərindəki əşyaları oğurlamaq çox böyük günah sayılır. Bu cür xəbərlər cəmiyyətdə etimada və təhlükəsizlik hissinə zərər vurur. Ailələr üçün bu, artıq yasdan çıxmış bir travmanın yenidən oyanması deməkdir. Həm də belə hadisələr insanların öz doğmalarının məzarlarını qorumaq üçün əlavə tədbirlər görməsinə səbəb olur ki, bu da qəbiristanlıqlarda ictimai narahatlığa gətirib çıxarır.


Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfanın da “Sherg.az”a açıqlamasında dediyi kimi, qəbirlərin açılması islamda haramdır: 


“Ciddi zərurət olmasa, qəbri açmaq olmaz. Qəbirdən oğurluq isə ölünü soymaqdır ki, bu da haramdır. Cinayətkar üçün ölü, yaxud diri fərqi olmur. Bu cür halların qarşısını almaq üçün din xadimləri və ilahiyyatçılar boş, lazımsız, cəmiyyət üçün xarakterik olmayan söhbətləri, mübahisələri, debatları dayandırıb insanlara dinin mənəvi yönlərini, tərənnüm etdiyi əxlaq normalarını, sosial cəhətlərini anlamalıdırlar. Qəbirdən ölünün dişini çıxarmaq diri adamın dişini sökməklə eyni hökmdədir”. 


T. İrfan hesab edir ki, qəbiri talayan şəxs əgər sağ adamın dişlərini zorla çıxarsaydı, hansı cəzaya məruz qalacaqdısa, indi də o cəzaya məruz qalmalıdır: 

“Əslində, bu kimi hallar dinə aidiyyəti olmayan cinayət halıdır. Adam gedib qəbri açıb ölünün dişlərini soyub. Bunun müqabilində də dövlətin müvafiq qanununa uyğun olaraq da cinayət məsuliyyətinə cəlb edilib. Amma mənəvi baxımdan bu hərəkət ölünü təhqir etməkdir. İnsanlıqdan kənar işdir. Qəbirləri adətən kaftar və goreşənlər eşir. İnsan qəbir eşməz. Dini yöndə maarifləndirmə din xadimləri tərəfindən effektiv aparılmalıdır ki, hər yerdə insanlar halalı, haramı bilsinlər. Bax belə ortaya çıxan aktual mövzular ətrafında din xadimləri gərək düzgün maarifləndirmə aparsınlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Aprel 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri