Icma.az
close
up
RU
Qəbizlik üçün ÇARƏLƏR

Qəbizlik üçün ÇARƏLƏR

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Qəbizlik uzun zaman oturaq həyat tərzi keçirən, heyvani qidalardan çox istifadə edən, su az içən insanlarda daha çox əmələ gəlir.

Qəbizlik adi görünsə də, əslində insan sağlamlığı üçün təhlükəlidir, çünki qəbizlik 3 gündən artıq çəkərsə bədənə zəhərli toksinlər sorulmağa başlayır. Qəbiz olan insanlarda babasil, bağırsaq çatları daha tez əmələ gəlir, köpdən əziyyət çəkirlər və s. Xroniki qəbizlik bağırsaq xərçənginin riskini artırır. 

Qəbiz olmamaq üçün nələr etməliyik?

- Qəbiz olmamaq üçün yaxşı olar yeməkdən yarım saat əvvəl çiy su içəsiniz, yeməkdən əvvəl salat yeməyə vərdiş edin, çalışın salatın içindəki tərəvəzlər bişmiş olmasın, salatlara həmişə rafinə olmamış zeytun yağı tökün. Ümumiyyətlə yeməkdən əvvəl içilmiş 1 xörək qaşığı zeytun yağı da faydalıdır.

- Yeməkdən əvvəl zəyərək yağı da içmək faydalıdır.

- Tərkibində bol lif olan qidalar qəbizliyin qarşısını alır, məsələn əncir qurusu, ərik qurusu, gavalı qurusu, ananas qurusu, kişmiş, üzüm şirəsi, şirin sulu alma, alma şirəsi, ananas şirəsi, kələm, kök, kahı, cəfəri, zeytun, qatıq, kefir.

- Axşamdan 6-8 ədəd yerli gavalını 1 stəkan qaynar suya qoyun səhər ac qarına bu suyu için. Gavalıları da yeyin, həmin gün axşama qədər mədə bağırsağınız normada olacaqdır.

- Adi buğda kəpəyi tərkibində zəngin sellüloza vardır, salatlara və ya adi suya qarışdırıb içə bilərsiniz.

- Kefir gündə 2 stəkan yeməkdən əvvəl için, hər stəkana 1 çay qaşığı zəyərək üyüdüb qarışdırın.

- Səna bitkisi mədə bağırsaq qəbizliyi olanlar üçün əla bir bitkidir, amma bu bitkini daimi qəbul etmək olmaz, daimi qəbul zamanı bağırsaqlar təmbəlləşir, saydığım məsləhətlərlə birgə səna bitkisindən həftədə 3 dəfə istifadə edə bilərsiniz.

- Hər gün 1-2 saat açıq havada gəzmək çox faydalıdır, çünki gəzən zaman bağırsaqlar daha da yaxşı işləməyə başlayır, qəbizlik və köp aradan qalxır.

- Biyan kökü, Zəyərək, Gülxətimi kökü hərəsindən 100 qram bir-birinə qarışdırın, qarışıqdan 1 çay qaşığı 1 stəkan suda dəmləmə edin, yeməkdən əvvəl 1 stəkan için. Bu tərkibi həm qəbizlik zamanı, həm də mədə bağırsaq yaralarında istifadə edə bilərsiniz. (milli.az)

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Oktyabr 2026 02:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see368

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see338

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see325

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see266

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see259

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see245

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see238

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see217

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see198

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see198

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see194

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see189

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see185

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see179

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see178

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see171

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see171

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see168

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see166

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri