Qəbrinə yazılmış söz aranı qatdı Nəhayət, gerçək bilindi
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mərhum xanəndə Arif Babayevin qəbirüstü abidəsində yazılan “Şərqdə ilk muğam professoru” ifadəsi ətrafında yaranan müzakirələri görüb, münasibət bildirmək istəyirəm. Mərhum Arif müəllim 1996-cı ildə Şərqdə xanəndəlik ixtisası üzrə professor adını alan ilk şəxsdir. O, sırf xanəndəlik (muğam ifaçılığı) ixtisası üzrə professor adını alan ilk sənətkardır.
Xüsusilə bildirim ki, Arif dayı 1996-cı ildə bu adı alaraq muğam ifaçılığının bir akademik elm olduğunu rəsmiləşdirən şəxsdir. Bu, akademik standartlara uyğun olaraq sənədləşdirilmiş ilk rəsmi addır və dünya elmi təsdiq edir.
Buna görə də qəbirüstü abidədə yazılan söz düzdür. Bunu müzakirə etməyin nə mənası var?
Şərqdə ilk professor adı 1940-cı ildə “Azərbaycan xalq musiqisinin əsasları” elmi tədqiqat işinə görə Üzeyir bəy Hacıbəyli alıb. İlk “musiqi professoru” məhz Üzeyir bəy olub.
1940-cı ildə də Şərqdə ilk dəfə Bülbül musiqi elmi və vokal üzrə professor adını alıb.
Səid Rüstəmov da professor olub. Tarzən və bəstəkar kimi xalq musiqisinin tədrisi sahəsində ilk professorlardan biridir.
Ramiz Zöhrabovda muğamın sırf nəzəri tərəfini elmi-akademik səviyyədə araşdıraraq professor adını alan ilk musiqişünaslardan hesab olunur.
Şərqdə digər muğam ustaları da olub – Özbəkistan və İranda. Lakin onların adı tarixə professor kimi yox, master (magistr) kimi düşüb. (Qlobalinfo.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 11 May 2026 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















