Icma.az
close
up
RU
Personajlarının adını qəbrinə yazmağı vəsiyyət edən məşhur yazıçı

Personajlarının adını qəbrinə yazmağı vəsiyyət edən məşhur yazıçı

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün fentezi janrının yaradıcılarından biri Con Tolkinin anım günüdür.

Kulis.az Elnarə Ağaoğlunun onun haqqında yazısını təqdim edir.

Balaca poliqlot

Con Ronald Ruel Tolkin (o həmdə belə abreviatura ilə yazırdı - C.R.R.T.) 3 yanvar 1892-ci ildə Cənubi Afrikanın Blumfonteyn məntəqəsində dünyaya göz açıb. Üç yaşı olanda isə anası və kiçik qardaşı ilə İngiltərəyə köçüb. Atası rəhmətə gedəndə balaca idi və anası iki uşaqla başsız qalmışdı.

Meybl Tolkinin gəlirləri bu aydan o aya güclə çatsa da bütün qüvvəsini səfərbər edərək uşaqlara yaxşı təhsil verməyə çalışırdı. Tolkin hələ uşaq ikən filologiya və qədim dillərin öyrənilməsinə maraq göstərirdi. Sonralar o təkcə latın və yunan dillərini deyil, Qədim İngilis dilini, Orta Əsrlər İngilis dilini, anqlo-sakson dilini, fransız, alman, ispan, qot, fin, vall və qədim island dillərini də öyrənir. Bundan başqa “Üzüklərin hökmdarı”nın müəllifi hələ uşaq ikən özü dilini yaradır. O, ingilis, fransız və latın dillərindən faydalanaraq təhrif olunmuş sözlər yaradırdı.

Təəssüf ki, Tolkinin anası 34 yaşında, böyük oğlunun uğurlarını görmədən ölür. Ancaq ölüm ayağında uşaqlarını yerbəyer edə bilir və onları Birminqim kilsəsinin keşişi FrensisMorqanın himayəsinə verir. Bunun sayəsində yetimlərin həyatı uğurlu alınır.

Yeniyetməlik vaxtlarında Tolkin artıq əmin idi ki, Oksford Universitetinin dilçilik bölməsində oxumaq istəyir. Yalnız nə özü, nə də himayədarı təhsil haqqını ödəmək gücündə idi. Arzusunu həyata keçirmək üçün gələcəyin yazıçının bircə yolu qalırdı – qəbul imtahanlarından əla qiymətlər almaq. İstedadlı gənc üçün bu o qədər də böyük problem olmasa da hazırlıq vaxtı o, bir qıza aşiq olur...

Məktəb illəri zamanı Tolkin ailə mənzilində yaşayırdı. Düz onun otağının aşağısında isə Edit Brett adlı gözəl bir qız kirayə qalırdı, onlar çox tez dil tapdılar. Adətən olduğu kimi gənc cütlüyün dostluğu hiss olunmadan sevgiyə çevrildi və bu cavan oğlanın dərslərə hazırlığına xələl gətirdi.

Keşiş Frensis öyrənəndə ki, 16 yaşlı dahi dərsləri ilə məşğul olmaqdansa eyni evdə yaşadığı qızla sevgi macərası yaşayır, çox qəzəblənir. Xeyirxah himayədarın sözləri kar eləməyəndə o, belə bir şərt qoymağa məcbur olur: həddi-buluğ yaşına çatana qədər Tolkinə Editlə görüşmək, ünsiyyət qurmaq, hətta məktublaşmaq qadağandır!

Tolkin sözə qulaq asır və Editlə münasibətləri kəsir. Bundan sonra uğurla Oksford Universitetinin Ekseter kollecinə qəbul olur. Hərçənd elə düşünürdülər ki, guya Con sevgilisini birdəfəlik unudub, amma 21 yaşı tamam olanda birinci elədiyi iş Editə məktub yazıb nişanlanmaq təklifi etmək olur. Baxmayaraq ki, qız həmən vaxt artıq Corc Fild ilə nişanlı idi, ilk məhəbbətinin eşqinə nişanı qaytarır.

Müharibədən hobbitlərə

Sevgililər 3 il sonra 1916-cı ildə, Tolkinin cəbhəyə getməyinə dörd ay qalmış evlənirlər. Gələcəyin yazıçısı Birinci Dünya Müharibəsi başlayanda zabitlik kursuna yazılır. Onun alnına tarixin ən qanlı müharibələrindən biri olan Somme çayı döyüşlərində iştirak etmək də yazılıbmış. Davanın bütün eybəcərliklərini görən Tolkin müharibəyə nifrət edir. Sonralar gündəliyində yazırdı: “Yəqin ki, yanaşı döyüşdüyüm əsgərlər olmasaydı Hobbitaniya ölkəsi də yaranmazdı. Hobbitaniya və hobbitlərsiz isə “Üzüklərin hökmdarı” da olmayacaqdı.”

1916-cı ilin oktyabrında Tolkin Birinci Dünya Müharibəsi zamanı güllə və mərmi qədər təhlükəli sayılan səpmə yatalaq xəstəliyinə yoluxur və hospitala yerləşdirilir. Sağalsa da təkmilləşdirmə kurslarını keçən zaman eyni xəstəliyə yenidən yoluxur. Məhz bu ərəfə Tolkinin yaradıcılığının “qızıl dövrü” hesab olunur. Bu illərdə gələcək fentezi əsərlərinin əsası qoyulur: bu dəhşətli xəstəlik Tolkindən əlini çəkəndə o , özünün fantastik epopeyasının ilk cızma-qarısını etməyə başlayır.

Amerikan tələbələrinin şüarı

Tolkin müharibə bitən kimi ailəsi ilə birlikdə Oksforda köçür. O, burda ingilis dilinin Yeni ümumi lüğətinin tərtib olunması ilə məşğul olur (sonralar o deyirdi, lüğət üzərində çalışdığı iki il ərzində o qədər şey öyrənib ki, həyatının başqa heç bir iki ilində bu qədər şey öyrənə bilməyib). Tezliklə Tolkin professor adını alır, 1925-ci ildə isə Oksfordun anlo-sakson dili kafedrasına qəbul olunur.

Tolkin gündüzlər elmi fəaliyyətlə məşğul olur gecələr isə dörd övladına sonradan “Hobbit” əsərində daha geniş yer alan nağıllarını danışır. Bir dəfə professorun əlyazması tələbəsinin əlinə keçir. Əlyazmanı oxuyub heyrətə gələn tələbə qız onu tanış nəşriyyatda çap etmək qərarına gəlir. Maraqlıdır ki, nəşriyyat əvvəlcə elə düşünürdü ki, “Hobbit” daha çox 5-10 yaşlı uşaqların diqqətini çəkəcək. Ancaq oxucu auditoriyası düşünüləndən daha böyük olur və 1938-ci ildə “Nyu-York Tayms”ın ilin ən yaxşı uşaq kitabı mükafatını qazanır.

Oxucular əhvalatın ardını tələb edirdilər. Buna görə də Tolkin “Üzüklərin hökmdarı”nı yazmağa başlayır. Üç cildli epopeyanın çapından sonra isə müəllif dünya şöhrəti qazanır. Kitabı uşaqlarla yanaşı akademiklər də, hippilər də, evdar qadınlar da oxuyurdular. Kitab daha çox tələbə çevrələrində uğur qazandı. Ötən əsrin 60-cı illərində əsl tolkinistika kultu yaranmışdı. Amerikan tələbələri isə belə lozunqlar səsləndirirdilər: “Gendalf prezident olsun!”, ““Middle-earth”ə gedirik!”

Yoldaşı ilə bir məzarda

Dünya ədəbiyyatında çox az müəllifin əsəri “Üzüklərin hökmdarı”nın yaratdığı ajiotajla müqayisə oluna bilər. Tolkin özü isə buna sevinmirdi: “Mən deyəndə ki, bu uzun kitabım mənim şəxsi estetikama əsaslanan dil dünyasını yaratmaq cəhdidir heç kəs inanmır...” Bundan başqa o, hobbitlərin səyahətinə dərin mənalar yükləyərək özü trilogiyasını “ölüm və ölümsüzlük ehtirası haqqında” həqiqi “katolik kitab” adlandırsa da oxucular bunu sehrli aləm kimi qəbul edirdilər...

Təəssüf ki, Tolkinin ömrünün son illəri xəstəliklərlə mübarizədə keçdi. O, 1973-ci ildə, sevimli həyat yoldaşının vəfatından iki il sonra dünyasını dəyişdi. Tolkini Editlə eyni qəbirdə basdırdılar. Qəbir üstü abidədə isə onun vəsiyyətinə uyğun olaraq “Middle-earth”un baş personajları Beren və Lyutienin (bu obrazlar müəllim üçün olduqca əhəmiyyətli idilər: süjetə əsasən elf Lyutein sevgilisinə görə öz ölümsüzlüyündən imtina etmişdi) adları yazıldı.

Şahid - Vüqar Vanın yeni hekayəsi Öz qaranlıq düşüncəsinə yumruq atanlar... Nonna Vinnitskaya: "Çingiz Abdullayev mənim xəstəm olub" - Müsahibə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://kulis.az
archiveBu xəbər 02 Sentyabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri