Icma.az
close
up
RU
Qəbul imtahanı: Qrup bölgüsündən uzaqlaşmaq lazımdır 3 5 fənni seçərək...

Qəbul imtahanı: Qrup bölgüsündən uzaqlaşmaq lazımdır 3 5 fənni seçərək...

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarının qaydalarında dəyişiklik ediləcək.

Bakıvaxtı.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadla bildirir ki, 2025-ci il qəbul prosesi çərçivəsində 1-ci ixtisas qrupu üzrə imtahan verən abituriyentlər yalnız bir alt qrup üzrə imtahan verə biləcəklər. Bu isə 1-ci qrupda mühəndislik, kompüter elmləri, kənd təsərrüfatı və digər sahələri əhatə edən ixtisaslara qəbul olunmaq istəyən gənclərin seçim imkanlarını məhdudlaşdıracaq.

Bu dəyişiklik isə abituriyentlər arasında narazılıqla qarşılanıb. Onlar bildirirlər ki, bir neçə alt qrup üzrə seçim etmək həm onların ixtisas seçimini genişləndirirdi, həm də universitetə qəbul şanslarını artırırdı.

Abituriyent Aysel Məmmədova deyir:

“Mən həm mühəndislik, həm də kompüter elmlərinə maraq göstərirdim. İndi yalnız birini seçməliyəm. Bu da gələcəkdə ixtisas seçimimdə məni məhdudlaşdırır. İmtahan verib sonra nəticəyə əsasən qərar vermək imkanım artıq yoxdur”.

Valideynlər də bu yeniliyin abituriyentlərə əlavə psixoloji gərginlik yaratdığını, seçim etmək məcburiyyətində qaldıqlarını bildirirlər. Onların fikrincə, bu dəyişiklik bərabər təhsil hüququnu da müəyyən qədər məhdudlaşdırır.

DİM isə bildirir ki, bu dəyişiklik imtahan yükünü azaltmaq və qiymətləndirmə prosesini daha şəffaf və effektiv etmək məqsədi daşıyır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, ümumiyyətlə, artıq abituriyentlərin ixtisas seçimində qrup bölgüsündən uzaqlaşmaq lazımdır. Onların orta məktəbdə keçilən fənlərdən 3 və ya 5-ni seçərək həmin fənlər üzrə imtahan verməsi daha məqsədəuyğundur:

"Şagirdlər orta məktəbdə keçdikləri fənlər arasından istədikləri 3 və ya 5 fənni seçib, həmin fənlər üzrə imtahan versinlər. Bu yanaşma dünyanın bir çox ölkəsində geniş tətbiq olunur – fənlərini seçirsən, imtahan verirsən və topladığın balları universitetlərə göndərərək müraciət edirsən".

Qoşqar Məhərrəmov: Qrup məhdudiyyəti düzgün yanaşma deyil

Onun sözlərinə görə, abituriyentlər ixtisas seçimində qrup bölgüsünə əsaslanmamalıdırlar:

“Məsələn, bir şagird texniki fənləri yaxşı mənimsəyə bilmir, amma maraqlandığı və istədiyi ixtisas I qrupda yerləşir. Bu halda o nə etməlidir? Sistemin dəyişməsi vacibdir ki, hər bir abituriyent maraq və qabiliyyətinə uyğun ixtisası seçmək imkanı qazansın”.

Mütəxəssis qeyd edib ki, qrup məhdudiyyəti düzgün yanaşma deyil:

“Abituriyentləri qruplar çərçivəsinə salmaq, bu qruplara uyğun fənn və ixtisaslarla onları məhdudlaşdırmaq nə təhsil baxımından, nə də dünya təcrübəsi ilə uzlaşır”, - deyə Qoşqar Məhərrəmov fikrini yekunlaşdırıb.

Nuriyyə Musayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Aprel 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see258

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see249

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see247

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see219

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see160

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see152

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see150

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see140

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see139

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see136

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see136

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see134

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see134

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri