Icma.az
close
up
RU
Menu

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

Killian Mbappe: “Yamaldan əl çəkin”

“Konoru revanş döyüşünə çıxarın və görün nə baş verir” Dillon Denis

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

Azı qərar, çoxu zərər...

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

Oktyabrın 13 dək depressiya və işdə problemlər gözlənilir Bürclərə XƏBƏRDARLIQ:

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

Qəbulda güclü rəqabət: Keçid balı artan və azalan ixtisaslar bunlar olacaq Ekspert

Qəbulda güclü rəqabət: Keçid balı artan və azalan ixtisaslar bunlar olacaq Ekspert

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə ötən gün keçirdiyi brifinqdə qəbul imtahanları ilə bağlı vacib məqamları açıqlayıb. O qeyd edib ki, bu il qəbul imtahanlarında iştirak üçün 130 mindən çox şəxs qeydiyyatdan keçib və bu, ötən illə müqayisədə 12 min artım deməkdir.

Bu artımın, iştirakçı sayının çoxluğunun imtahanların nəticələrinə, yəni universitetlərə qəbula hansı təsirləri olacaq?

İmtahana qeydiyyat sayının artması keçid ballarını yüksəldəcək

Təhsil eksperti Kamran Əsədov Teleqraf-a açıqlamasında bildirdi ki, bu artım təhsil sektorunda iki əsas meyli ortaya qoyur: birincisi, ali təhsil almaq istəyənlərin sosial-siyasi motivasiyası və ailələrin təhsil yolu ilə sosial mobilizasiya inamının güclü qalması; ikincisi isə, əmək bazarının qeyri-sabitliyi və peşəkar ixtisaslara tələbin azlığı səbəbilə daha çox gəncin universitet diplomuna yönəlməsi.

“Bu artımın qəbul imtahanlarının nəticələrinə birbaşa təsiri ondan ibarət olacaq ki, rəqabət artacaq, keçid balları müəyyən ixtisaslarda yüksələcək, bəzi hallarda isə ixtisaslar üzrə sıxlıq və qeyri-bərabər yerləşmə müşahidə olunacaq. Xüsusilə II və III ixtisas qruplarında daha çox iştirakçının olması gözlənilir, bu da iqtisadiyyat, hüquq, menecment və sosial elmlər üzrə ixtisaslarda keçid ballarının artımı ilə nəticələnə bilər”.

Ən çox plan yeri I qrupdadır

2025-2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu üçün ümumilikdə 60 min 489 plan yeri ayrılıb və yerlərin 28 min 401-i dövlət sifarişlidir.

I ixtisas qrupu üzrə: 20445 yer;

II ixtisas qrupu üzrə: 14935 yer;

III ixtisas qrupu üzrə: 15583 yer;

IV ixtisas qrupu üzrə: 4732 yer;

V ixtisas qrupu üzrə: 4794 yer.

Ötən illə müqayisədə dövlət sifarişli yerlərin sayının 2 faiz artması müsbət proqnozdur?

Ekspertin sözlərinə görə, bu artım fonunda dövlət sifarişi ilə ayrılmış yerlərin sayında cəmi 2 faiz artımın baş verməsi – yəni təqribən 800-1000 yer arasında dəyişən bir artım – rəqəmsal olaraq ümumi təklifin çox cüzi genişlənməsi deməkdir.

“2024-cü ildə 30 minə yaxın plan yeri dövlət sifarişi üzrə təqdim olunub, bu il isə 31 mindən bir qədər çoxdur. Bu göstərici ali təhsilin kütləviləşməsi və təhsilin sosial ədalət prinsipi baxımından yetərli deyil. Çünki son 5 ildə qeydiyyatdan keçən abituriyentlərin sayı hər il təxminən 5-8 min arası artıb və 2025-ci ildə bu dinamika daha da yüksəlib. 2 faiz artımın bu kontekstdə sistemli cavab olduğunu iddia etmək çətindir”.

Bəs dünya praktikasında bu məsələlər necə tənzimlənir?

“Dünya təcrübəsində – məsələn, Almaniya, Polşa və ya Cənubi Koreya kimi ölkələrdə əhali artımı və təhsil tələbatı yüksəldikcə dövlət sifarişi ilə təhsil alan tələbələrin faizi 5-10 faiz arası artırılır və bu, yalnız texniki yox, strateji qərardır. Azərbaycanda isə bu qərarlar daha çox texniki tənzimləmə şəklində həyata keçirilir və struktur planlamaya əsaslanmır”.

Riyaziyyatla bağlı nəticələrin pis olması fənnə əzbər yanaşma ilə bağlıdır

Ekspert Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin riyaziyyat fənnindən nəticələrin qənaətbəxş olmaması haqqında fikirlərinə də münasibət bildirib.

“Dövlət İmtahan Mərkəzinin sədrinin riyaziyyat fənni üzrə vəziyyətin qeyri-qənaətbəxş olduğunu bildirməsi obyektiv bir etirafdır. Son illərdə bu fənn üzrə nəticələr sistemli olaraq aşağıdır. 2023-cü ildə buraxılış imtahanlarında riyaziyyat üzrə orta nəticə 12,3 bal olub (maksimum 25 baldan), bu il isə ilkin nəticələrə görə bu göstərici daha da aşağıdır. Əsas səbəblərdən biri dərsliklərin məzmununun yüklü və sistemsiz olması, kurikulumun real tədris praktikasına uyğun gəlməməsi, müəllim hazırlığında ciddi boşluqlar, həmçinin riyaziyyatın məntiqi düşünmə və tətbiq əsaslı yox, əzbər yanaşma ilə keçirilməsidir. Üstəlik, riyaziyyatın bir çox ixtisas üçün baza fənni olması – xüsusilə I, II və IV ixtisas qruplarında – bu fəndə zəif nəticə göstərən abituriyentlərin universitetə qəbul şanslarını kəskin azaldır”.

Bu il hansı ixtisaslar üzrə keçid ballarında artım ola bilər?

Ekspertin sözlərinə görə, bu il keçid ballarında artım ehtimalı yüksək olan ixtisaslar sırasında informasiya texnologiyaları, kibertəhlükəsizlik, kompüter mühəndisliyi, beynəlxalq münasibətlər, hüquq, iqtisadiyyat və psixologiya önə çıxır.

“Bu sahələrdə həm ictimai maraq çoxdur, həm də təhsil bazarında yer sayı məhduddur. Həmçinin müəllimlik üzrə ixtisaslar üçün də maraq artmağa başlayıb – xüsusilə ingilis dili və ibtidai sinif müəllimliyi üzrə keçid ballarında yüksəliş müşahidə oluna bilər. Digər tərəfdən, kənd təsərrüfatı, geologiya, bəzi mühəndislik sahələri kimi ixtisaslarda keçid ballarının sabit qalması və ya hətta enməsi mümkündür, çünki bu ixtisaslara maraq aşağıdır və dövlət də plan yerlərini bəzən süni şəkildə doldurmaq məqsədilə artırır”.

Ekspert vurğulayır ki, imtahan nəticələri, buraxılış balları və təmayül üzrə seçilən fənlər arasında ziddiyyətli uyğunlaşmalar göstərir ki, bu da sistemin struktur problemlərini bir daha üzə çıxarır. Buraxılış imtahanlarında əldə edilən nəticələrin ali təhsilə keçid mexanizmləri ilə əlaqəsi zəifdir və bu da qərarvericilərin struktur səviyyədə təhlil etmədən addım atdığını göstərir.

DİM-in ekspertləri nəticələrin yoxlanmasına dəvəti "PR" gedişi ola bilər

Kamran Əsədov Məleykə Abbaszadənin mətbuat konfransında təhsil ekspertlərini imtahan nəticələrinin qiymətləndirilməsində iştiraka dəvətinə də münasibət bildirdi:

“Dünən DİM sədrinin təhsil ekspertləri ilə bağlı səsləndirdiyi iradlar da sistemin daxili böhranını üzə çıxarır. Əgər ekspertlər cəmiyyətin səsini ifadə edirsə və tənqidi yanaşma göstərirsə, bu, DİM üçün təhlükə deyil, əksinə, faydalı mənbə ola bilər. DİM tərəfindən ekspertlərin nəticələrin yoxlanmasına dəvət edilməsi əslində bir "PR" gedişi ola bilər, lakin təklif əgər səmimidirsə, bu zaman həmin ekspertlərə real səlahiyyət və müstəqil qiymətləndirmə imkanı tanınmalıdır. Yoxsa təkcə “gəlin baxın” çağırışı şəffaflıq deyil, sadəcə görüntü yaratmaqdan ibarət olacaq. Əks halda, bu dəvət elmi-düzgün təhlil aparan müstəqil ekspertlərin reputasiyasını zədələmək məqsədi daşıya bilər.

Bütün bu reallıqlar fonunda, Azərbaycan təhsil sisteminin əsas problemi onun strateji baxışdan yoxsulluğu və təcili tədbirlərlə sistemli reform arasında fərqi anlamamasıdır. Əgər bu sistemdə abituriyentin say artımı yalnız texniki statistikaya çevriləcəksə, universitetlərin kadr planlaması isə sosial sifarişi əks etdirməyəcəksə, nəticə hər il olduğu kimi “ballar artdı, yerlər dolmadı” kimi paradoksal vəziyyət olacaq. Bu isə artıq statistik yox, struktur böhrandır”.

Bu həftəsonu keçiriləcək II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında 54246, iyunun 1-də keçiriləcək I və IV ixtisas qrupları üzrə imtahanlarda isə 37692 abituriyentin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərində hər hansı dəyişiklik nəzərdə tutulmur və ötən illərdə olduğu kimi, ümumi 200, imtahanın ikinci mərhələsində 100 (bəzi ixtisaslar üzrə ümumi 150 və ikinci mərhələ üçün 50) bal toplayanlar ixtisas seçimində iştirak edə biləcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 May 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see400

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see397

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see182

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

11 Oktyabr 2025 08:35see166

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see144

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see135

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see134

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see130

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

10 Oktyabr 2025 22:17see127

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see127

Killian Mbappe: “Yamaldan əl çəkin”

10 Oktyabr 2025 03:37see126

“Konoru revanş döyüşünə çıxarın və görün nə baş verir” Dillon Denis

10 Oktyabr 2025 05:10see126

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see123

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see123

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

10 Oktyabr 2025 02:43see122

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

10 Oktyabr 2025 19:03see121

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see121

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

10 Oktyabr 2025 23:43see120

Oktyabrın 13 dək depressiya və işdə problemlər gözlənilir Bürclərə XƏBƏRDARLIQ:

10 Oktyabr 2025 10:09see116

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

11 Oktyabr 2025 09:33see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri