Icma.az
close
up
RU
Bu ixtisaslara qəbulda böyük rəqabət olacaq

Bu ixtisaslara qəbulda böyük rəqabət olacaq

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Bu il ali məktəblərə qəbul olmaq istəyən abituriyentləri ixtisas seçimi mərhələsində fərqli rəqabət gözləyir. Bəzi ixtisas qruplarında plan yerlərinin sayı və müraciət edənlərin artması keçid ballarına təsir göstərə bilər.

“Yeni Sabah” xəbər verir ki, mövzu ilə bağlı təhsil üzrə ekspert Elmin Nuri Trend-ə açıqlamasında bildirib ki, xüsusilə ikinci ixtisas qrupunda abituriyentlərin sayındakı ciddi artım rəqabətin daha da güclənəcəyini göstərir. Onun sözlərinə görə, bu ilki plan yerləri ilə ötənilki plan yerləri arasında artım və azalma tempi ilə əlaqəli ciddi fərq gözlənilmir:

"Bütün detalları əks etdirəcək “Abituriyent” jurnalının 4-cü sayının iyulun son günlərində və ya avqustun əvvəllərində çap olunacağı gözlənilir. Dövlət sifarişli və ödənişli plan yerləri, eləcə də ixtisas qrupları üzrə məsələlər jurnalın həmin sayında öz əksini tapacaq. Bundan əlavə, ayrı-ayrı ixtisas qrupları üzrə statistik bülletenlər də çap olunacaq və qruplar üzrə vəziyyət tam şəkildə təqdim ediləcək. Marqarita pizza

İxtisas qrupları üzrə qiymətləndirmələrə gəlincə, bu il ikinci ixtisas qrupu çətinlik və ixtisas seçimində rəqabətlilik baxımından digər qruplardan fərqlənəcək. İkinci ixtisas qrupunda vəziyyəti həmişə stabil görmüşük. Lakin bu il həmin ixtisas qrupu üzrə vəziyyət elə də ürəkaçan olmayacaq".

İkinci ixtisas qrupunda abituriyentlərin sayının rekord artımı rəqabəti gücləndirəcək

Ekspert bildirib ki, ikinci qrupda rəqabət daha güclü olacaq:

"Bunun birinci səbəbi bu il həmin qrup üzrə qeydiyyatdan keçənlərin sayının rekord həddə çatmasıdır. Müqayisə üçün deyim ki, üçüncü ixtisas qrupu üzrə artım cəmi 75 abituriyentdir. İkinci ixtisas qrupunda isə bu rəqəmin 3 mindən çox olduğunu nəzərə alsaq, müqayisə özü hər şeyi deyir. Birinci ixtisas qrupunda bəzi İT yönümlü ixtisaslar üzrə keçid balları arta bilər. Birinci ixtisas qrupunun riyaziyyat-informatika altqrupunun çətin keçəcəyi və həmin altqrupa aid doqquz ixtisas üzrə keçid ballarının artacağı gözlənilir. Burada bal artımı ola bilər. Xüsusilə İT yönümlü ixtisasların keçid ballarında artım müşahidə oluna bilər.

Üçüncü ixtisas qrupunda müəllimlik ixtisasları üzrə rəqabətin artacağı gözlənilir. Üçüncü ixtisas qrupunda vəziyyət ümumilikdə stabil olsa da, pedaqoji ixtisaslarla bağlı məsələdə ciddi yanaşmaq lazımdır. Pedaqoji və müəllimlik ixtisaslarının plan yerlərinin ildən-ilə azalması rəqabəti gücləndirə və keçid ballarının artmasına səbəb ola bilər.

Dördüncü ixtisas qrupunda bəzi qeyri-tibbi ixtisaslar üzrə keçid balları azala bilər. Dördüncü ixtisas qrupu müəyyən stabilliklə fərqlənəcək. Burada bəzi ixtisaslar üzrə keçid ballarının azalması müşahidə oluna bilər. Xüsusilə qeyri-tibbi ixtisaslar üzrə keçid ballarında azalma ehtimalı var".

Elmin Nuri hansı ixtisaslarda keçid balının dəyişəcəyini də açıqlayıb:

"İkinci ixtisas qrupu üzrə iqtisadi profilli ixtisaslarda — maliyyə, biznesin idarə edilməsi, marketinq, menecment, mühasibatlıq, iqtisadiyyat, beynəlxalq ticarət və logistika ixtisaslarında rəqabətin yüksək olacağı gözlənilir.

Üçüncü ixtisas qrupunda isə tarix, Azərbaycan dili və ədəbiyyatı, ibtidai sinif və xarici dil müəllimliyi kimi müəllimlik ixtisasları üzrə keçid ballarında artım müşahidə oluna bilər.

Birinci ixtisas qrupunun RK altqrupuna, üçüncü ixtisas qrupunun isə DT altqrupuna aid bəzi ixtisaslar üzrə keçid ballarında azalma müşahidə oluna bilər. Həmçinin dördüncü ixtisas qrupunda qeyri-tibbi ixtisaslar üzrə də azalma ehtimalı var.

Plan yerlərinin sayı keçid ballarına birbaşa təsir edir. Keçid ballarının azalmasını və ya yüksəlməsini məhz plan yerləri müəyyənləşdirir. Plan yerləri, əslində, əmək bazarının göstəricisidir. Bu yerlər dörd ildən sonra həmin ixtisasa nə qədər kadr ehtiyacı olduğunu göstərən meyardır və keçid ballarına birbaşa təsir edir. Keçid balları ixtisas seçimi zamanı həmin ixtisasa müraciət edən abituriyentlərin sayı ilə o ixtisasa ayrılan plan yerlərinin ümumi nisbətindən formalaşır".

İxtisas seçimi zamanı yalnız ötənilki keçid ballarına əsaslanmaq düzgün deyil

Təhsil eksperti bildirib ki, ən böyük problem ondan ibarətdir ki, biz yalnız ötən ilin keçid ballarına baxaraq ixtisas seçimi edə bilirik:

"Ötənilki keçid ballarına baxmaq lazımdır, amma yalnız buna əsaslanaraq ixtisas seçimi etmək abituriyentləri səhv istiqamətə yönəldə bilər. İxtisas seçimi zamanı plan yerləri və dövlət sifarişi imkanları da nəzərə alınmalıdır. Əsasən plan yerləri, qruplar üzrə statistik göstəricilər dəyərləndirilməli və ixtisaslara ayrılan dövlət sifarişli yerlərin sayı nəzərə alınmalıdır. Bu detallar ixtisas seçimi zamanı abituriyentlər üçün daha düzgün seçim etməyə və yaxşı şans əldə etməyə imkan verə bilər.

Abituriyentlər ixtisas seçimi zamanı statistik məlumatlardan düzgün istifadə etməlidirlər. Birinci məsləhətim odur ki, abituriyentlər statistik məlumatlarla düzgün işləsinlər və ixtisas seçiminin qızıl qaydalarını düzgün mənimsəsinlər. Daha sonra bu prosesi mütəxəssislə birlikdə aparmaları məqsədəuyğundur. Mütləq şəkildə ixtisas seçimini mütəxəssisə həvalə etmək şərt deyil, amma bu sahə üzrə konsultasiya almaq vacibdir".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 İyul 2026 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see383

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see284

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see227

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see207

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see205

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see198

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see196

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see183

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see181

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see177

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see176

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see175

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see174

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see171

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see171

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see169

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see156

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see147

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri