Icma.az
close
up
RU
Universitetlərə qəbulda keçid balları artacaq? RƏSMİ

Universitetlərə qəbulda keçid balları artacaq? RƏSMİ

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Buraxılış imtahanlarının nəticələrinin yüksək olacağı proqnolaşdırılır. Əgər blok imtahanlarında da oxşar göstəricilər qeydə alınarsa, bu, prestijli ixtisaslara qəbul üçün rəqabətin artmasına səbəb ola bilər. Nəticədə, həmin ixtisasların keçid ballarında 3-5 ballıq yüksəlişin müşahidə olunacağı gözlənilir.

Bəs, keçid ballarının artması nə dərəcədə realdır?

Mövzu ilə bağlı Metbuat.az-a danışan təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, 3-5 ballıq artım müşahidə edilə bilər:

“Buraxılış imtahanlarının bu il keçən ilə nisbətən daha çətin olduğu vurğulanır. Həqiqətən də, suallar əvvəlki illərə nisbətən daha çox vaxt tələb edən formatda idi. Bu da bəzi abituriyentlərdə narahatlığa səbəb olub.

Bundan əlavə, ingilis dili və xarici dillər üzrə sualların səsləndirilməsi ilə bağlı müəyyən problemlər yaşanıb. Səsin çatmaması və təkrarlanmaması abituriyentlərin və müəllimlərin iradlarına səbəb olub. Bu nöqsanlar nəzərə alınaraq, bu il maksimal bal toplayan abituriyentlərin sayı keçən ildən daha az ola bilər. Keçən il 54 abituriyent 300 bal toplasa da, bu il 300 bal toplayan abituriyentlərin sayı azalacaq. Vaxt tələb edən suallar və səs problemləri bu nəticəyə təsir edəcək”.

Ekspert diqqətə çatdırıb ki, blok imtahanının çətin olub-olmaması ilə bağlı fikir yürütmək çətindir:

“Lakin düşünürəm ki, bu il blok imtahanında çox çətin suallar gözlənilmir, çünki nazir müavininin verdiyi açıqlamalara görə, plan yerlərinin artırılması gözlənilir. Əgər plan yerləri artarsa, blok imtahanının çətin olma ehtimalı azalır. Çünki abituriyentlərin çoxu ixtisas seçiminə buraxılacaq və müsabiqə daha geniş miqyasda olacaq.

Müsabiqə şərtləri nəzərə alındığında, plan yerinin artırılması sualların çətin olmamasına səbəb olacaq. Əks halda çoxsaylı abituriyentlər seçim mərhələsində çətinlik çəkə bilər. Bununla yanaşı, qeyd etdiyim kimi, hələlik nəticələrə dair dəqiq proqnoz vermək çətindir, çünki blok imtahanının nəticələri və buraxılış imtahanlarının statistikası məlum deyil.

Ümumilikdə, abituriyentlər üçün daha çox proqnoz və konkret fikir formalaşdırmaq üçün hələ vaxt var. Ancaq mənim şəxsi fikrimə görə, bu ilki blok imtahanının çətin olması ehtimalı azdır”.

Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə isə qeyd edib ki, keçid balı ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin sonunda bəlli olur.

"Keçid balına müsabiqədə iştirak edən abituriyentlərin sayı, onların nəticələri və plan yerləri təsir göstərir. Hələlik bunlar bəlli olmadığı üçün konkret bir fikir də irəli sürmək olmaz", - deyə sektor müdiri bildirib.

Ülkər Abdurahmanlı / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 12 Mart 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri