Icma.az
close
up
RU
“Jurnalistikaya qəbulda inşa imtahanı köhnəlmiş modeldir” Ekspert

“Jurnalistikaya qəbulda inşa imtahanı köhnəlmiş modeldir” Ekspert

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Jurnalistika ixtisasına qəbul zamanı keçirilən qabiliyyət imtahanlarının yalnız inşa yazmaqla məhdudlaşması müasir dövrün tələblərinə uyğun gəlmir”. 


Bu barədə təhsil eksperti Kamran Əsədov Sfera.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırkı imtahan modeli köhnəlmiş və səmərəsiz seçim mexanizmidir və gələcək jurnalistlərin peşə bacarıqlarını müəyyən etməyə imkan vermir.


Ekspert bildirib ki, hazırda abituriyentlərin jurnalistikaya qəbul prosesi yalnız yazılı inşa əsasında aparılır və bu, əslində ədəbiyyat və filologiya ixtisasları üzrə esse yazmaqdan fərqlənmir:


“Bu imtahan modeli jurnalistikanın əsas tələbləri olan operativlik, faktların dəqiq təqdimatı, analitik düşüncə və obyektivlik kimi bacarıqları əhatə etmir. Nəticədə, bu sahəyə uyğun olmayan tələbələr qəbul olunur və peşəkar jurnalistikanın keyfiyyəti aşağı düşür”.


Mütəxəssis qeyd edib ki, Azərbaycan Respublikasının “Ali təhsil haqqında” Qanununun 16-cı maddəsinə əsasən, qabiliyyət imtahanlarının məqsədi namizədlərin yaradıcılıq potensialı və praktiki hazırlığını qiymətləndirməkdir. Lakin bu müddəa praktikada tətbiq olunmur.


Statistikaya əsasən, hər il 1000-1200 abituriyent jurnalistika ixtisasına müraciət edir, lakin onlardan yalnız 200-250 nəfəri qəbul olunur. Seçim isə yalnız inşa yazısı ilə aparılır.


Kamran Əsədov dünya təcrübəsinə də diqqət çəkib. Onun sözlərinə görə, ABŞ, Böyük Britaniya və Fransa kimi ölkələrin aparıcı jurnalistika məktəbləri qəbul zamanı xəbərin yazılması, müsahibə aparmaq, faktların yoxlanılması, analitik təhlil və rəqəmsal media bacarıqları kimi bir sıra praktik mərhələləri tətbiq edirlər:


“Bu ölkələrdə çoxmərhələli və kompleks seçim sistemi var. Bu da tələbələrin real iş mühitində qarşılaşacaqları çətinliklərə hazırlığını ölçməyə imkan verir”.


Ekspert onu da bildirib ki, hazırkı modeldə yalnız yazı bacarığı və dil bilikləri qiymətləndirilir ki, bu da jurnalistikanın yalnız bir hissəsini əhatə edir. Əsas peşə bacarıqları – operativlik, analitiklik, obyektivlik və etik yanaşma kənarda qalır. Bu boşluq isə media sahəsində keyfiyyətin aşağı düşməsi və cəmiyyətin medianın etibarlılığına olan inamının azalması ilə nəticələnir.


“Nazirlik sadəcə formal prosedurları həyata keçirir, amma jurnalistikanın inkişafı üçün kadr hazırlığına yönəlik konseptual yanaşma yoxdur. Qəbul meyarlarının təkmilləşdirilməsi ilə bağlı ictimai müzakirələr də aparılmır. İmtahan modelinin yenilənməsi, praktiki bacarıqları ölçən çoxmərhələli sistemin tətbiqi və beynəlxalq standartlara uyğun seçim mexanizminin qurulması zəruridir. Nazirlik bu sahədə passivlikdən çıxmalıdır”.


Bəsti Rəfizadə
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://sfera.az
archiveBu xəbər 01 Avqust 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri