Qədim adət ənənələr: Gəlini valideyn seçərdi, yayda toy olmazdı, məclisə pul yazdırmazdılar
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Biləsuvar sakini Akif Kazımov olub.
O, Biləsuvarın toy adətlərindən söz açıb:
"Əvvəllər toylar oktyabr ayından başlayaraq marta qədər davam edərdi. Yayda toy etməzdilər. Həmin fəsildə hamı işləyər, pul yığardı. O vaxtlar toyda pul yazdırmaq adəti yox idi. Hamı məclisə şabaş salardı. Gəlini isə əsasən valideynlər seçərdi. Bəzən də oğlan qızı bəyənib qaçırardı".
Akif Kazımov həmçinin o vaxtların qohumluq və qonşuluq münasibətlərindən bəhs edib:
"Keçmişdə insanlar daha mehriban idilər. Onlar bir-birlərinə kömək edər, dəstək olardılar. İndi isə zəmanə dəyişib. İnsanlar arasında paxıllıq artıb. Telefonlar onları bir-birindən soyudub".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 10 Yanvar 2026 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















