Icma.az
close
up
RU
Norvuz bayramı, folklorumuz, adət ənənələr

Norvuz bayramı, folklorumuz, adət ənənələr

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aydındır ki, Novruz bayramı Azərbaycan xalqının ən qədim, folklor olan bayramlardan biri və elə həm də birincisidir.

Novruz bu mənada təkcə bayram yox, həm də həyat tərzidir, yaşam şərtlərini göstərən amildir.

Üstəlik, bayram mahiyyəti ilə götürsək, həm də ən milli və geniş bayramdır. Zamanla məhz bu bayramımıza qarşı müxtəlif təsirlər də olub. Məsələn, Sovet dövrü ideologiyasının təsiri, qarşı gəlinməsi və.s.

Ancaq buna baxmayaraq, xalq öz yaddaşını, genetikasını unutmur, heç zaman unutmayacaq da. Bu günün özündə də bununla bağlı narahatlıqlar da yox deyildir. Bəzi insanlar, əslində, Novruz bayramının daha əvvəlki kimi olmadığını, hətta folklorun unudulduğunu da deyir.

Söz yox, illər əvvəlki coşqular indiki həyat şərtlərinə görə müəyyən yerlərdə, məqamda olmaya bilər, ancaq bayramın unudulması, adət-ənənələrin yaddan çıxması anlayışı nə dərəcədə doğrudur?

Yaxud, bütün bu unutqanlıqlar zamanla daha geniş vüsət ala bilərmi?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan folklorşünas Atəş Məmmədli bildirib ki, Azərbaycan xalqı daima öz ənənələrinə sadiq qaldığını sübut edib:

“Bütün bunlar, heç bir qadağa və sıxışdırmalara baxmayaraq baş verib. Novruz bayramının keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu bayrama zaman-zaman müxtəlif təzyiqlər olub, sonuncu dəfə isə Sovet dönəmində bu məsələ sona çatıb. Bir sözlə, Novruz Sasanilərdən, Xristianlıqdan və digər böyük mərhələlərdən keçərək bizə gəlib çatıb. Fərqli dövrlərdə və ideologiyaların təsiri ilə Novruzda müsbət dəyişikliklər olub, məsələn, tərkibi zənginləşib. Novruz, bir mərasimlər toplusu olaraq, özündən əvvəlki mərhələlərə malikdir və ona hazırlıq dövrü gedir. Bu da çilələr adlanır. Lakin Novruz bayramının əvvəlki kimi qeyd olunmaması ilə bağlı məsələ ilə tam razı deyiləm”.

O, bildirib ki, müstəqillik dövründən sonra bu mövzular milli oyanış dövründə daha çox müzakirə edilməyə başlanıb və alimlər bu sahədə araşdırmalar aparmağa başlayıblar.

“Əvvəllər buna qarşı qadağalar belə olub və bu qadağaların da müəyyən mənfi təsirləri də var idi. Sovet bir imperiya idi və elə imperiya istəyirdi ki, birlik olmasın, güc nümayiş olunmasın, xalq milli düşüncədən məhrum olsun. Azərbaycan xalqı isə daima öz ənənəsinə sadiq olduğunu sübut edib, bütün bunların heç biri qadağalara, sıxışdırılmalarq baxmayaraq olmayıb.

90-cı illərdən sonra yüksəliş başladı, alimlər və xalq tərəfindən müəyyən canlanmalar oldu. Yəni, alimlər araşdırdı, xalqa təqdim etdi. Maarifçiliyə meyllilər oxudu, digər məsələlər isə şifahi olaraq çatdırıldı. Onu deyim, İçərişəhərdə İlaxır çərşənbə də keçirilirdi. Unutqanlıq olsa, heç bu da olmazdı. Əvvəllər heç çox vaxt olmurdu da. Ancaq Novruz şənlikləri həmişə olub. Məsələn, 1968-ci ildə Şıxəli Qurbanov bu məsələyə təkrarən qayıtmışdı, amma onu da tez “boğdular” -, deyə o, əlavə edib

“Heydər Əliyev və Novruz”

A.Məmmədli əlavə edib ki Heydər Əliyev hakimiyyətə gələn kimi, bu məsələlər bir qədər də genişlənməyə başladı:

“Çünki o, bu söhbətlərə müsbət yanaşan rəhbər idi, onu qoruyurdu, qorumağı bacarırdı. Həmin dövrlərdə bu, heç də asan məsələ deyildi. Moskvadan təsirlər olanda belə onda bir qoruyucu mexanizm yaranmışdı, nəsə olanda Heydər Əliyev Moskvanı yayındıra bilirdi. Zaman keçdikcə yenə də dirçəliş oldu və hələ də bu proses davam edir.”

“Əvvəlki vaxtlara nisbətdə coşqunun olmamasının bir səbəbi- Pandemiya”

“Pandemiyadan sonra bir qədər ruh yüksəkliyi müşahidə olunmaya bilər. Çünki bu da bizə zərbə vurdu. Düşünürəm ki, toplumun bir araya gələ bilməməsinə qadağa var idi, insanlar da pessimizmə qapılmışdı, ruh yüksəkliyi aşağı səviyyədə idi. Yaxud, bu il ilə bağlı baxsaq, Ramazan da bayramla üst-üstə düşüb. Açıq fikirli dindarlarımız məsələyə daha praqmatik yanaşırlar, müasir yanaşma təqdim edirlər. Ancaq qarşı gələnlər də var. Bütün bu və ya digər məsələlərin təsiri ola bilər, ancaq yenə də bayram öz bayramlığında, möhtəşəmliyində qalır, davam edir”,- A. Məmmədli qeyd edib.

Folklorşünas onu da qeyd edib ki, xalq adət-ənənələri heç vaxt boşu-boşuna yaşatmır, bir şeyin dərin kökü yoxdursa, o, yox olub edir:

“Novruz həm də kosmosla, səma hadisəsi ilə bağlıdır. Kosmosda baş verən dəyişikliklər, yerin günəş ətrafında hərəkəti və.s mühüm rol oynayır. Mühafizəkar dindarlar, ümumən insanlar bunu bütpərəstlikdən qalma bayram hesab edirlər və ətraflarına da təsir göstərə bilirlər. Hər bir halda bu, ümumi hal deyil. Bayram keçirilir, hər il ənənə yenidən dirilir, kütləvi şəkildə də qeyd olunur. Xalqın milli şüurunda necə yer aldığını hər formada görmək olur.”

“Novruzun folklordakı yeri”

“Bayramın folklorda əhəmiyyətindən danışsaq, Novruzun başdan ayağa folklor olduğunu demək olar. Xalqın həyatı, məişəti, güzəranı folklorda var, o cümlədən Novruz da. Əslində, folklor cavan elm sahəsidir, səhv etmirəmsə, ilk dəfə 1846-cı ildə dilə gətirilib. Avropada düzgün yanaşılıb, etnoqrafiya ilə birgə öyrənib araşdırırdılar bu elmi. Sovetlər zamaı isə bunlara ayrı yanaşırdılar. Düşünürəm ki, zərbə vurmaq üçün bilərəkdən belə edirdilər. Folklorda Novruz adətlərini mövsüm mərasimlərində öyrənirik. Bu, məişət mərasimləri ilə eyni görülməməlidir. Məsələn, toy, yas, doğum və.s. Novruzda isə çox şey var. Kulinariyadan tutmuş digər şeylərə qədər. Günəşi qarşılamaq, yağış yağdırmaq. Bunlar hamısı böyük mərasimə aiddir.”

“Kosa və Keçəl”

“Novruzun əsas atributlarından olan “Kosa və keçəl” isə həm də teatral məsələdir. Dünyanın ən mədəni xalqları teatrı olan xalqlardır ki, buna biz də adətən Yunan-Roma mədəniyyətini misal çəkirik. Amma özümüzkünü də bir qədər unuduruq. Məsələn, təbiətin ölüb-dirilməsini göstərməkdən qədim mədəniyyət, teatr ola bilərmi? Şəxsən mən bu cürünə rast gəlməmişəm. İndi buna başqa donlar da geyindirirlər, deyirlər, Kosa niyə elədir filan. Kosa necə olmalıdır? Qışdan çıxan adamı təsvir edir, təbii ki, əyni-başı da o cür olacaq. Söz olaraq Kosa sözünü də üzündə tük bitməyən adama deyirik. Bir sözlə, başqa don geyindirməyə ehtiyac yoxdur, sahib çıxmaq, yaşatmaq lazımdır”,- deyə A.Məmmədli fikirlərini yekunlaşdırıb.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Mart 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri