Icma.az
close
up
RU
Qədim Mistanın yeni dövranı

Qədim Mistanın yeni dövranı

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Lerikin bu dağ kəndi qayğıya da möhtacdır

“Dağlar qapısı”ndan keçəndən sonra qarşımıza möhtəşəm, əsrarəngiz mənzərə açılır. Yolun hər iki tərəfində iri, nəhəng daşlar, sıldırım qayalar, dərin dərələr insanı heyrətə gətirir. Buradan dağlar yurdu Lerikin Zuvand ərazisi başlanır.

Yol yoldaşlarım Rafil və Ələsgər Tağıyevlərin babaları vaxtilə bu qədim yurddan Lənkərana köçüblər. Lakin doğma ocaqlarını unutmurlar. Tez-tez Mistana gəlir, el-obanın qayğıları ilə maraqlanır, köməklərini əsirgəmirlər.

Budur, Divağac kəndində asfalt yoldan sola dönüb torpaq yolla Mistan kəndinə doğru istiqamət alırıq. “Qış çox sərt keçdi, bu yerlərdə qarın hündürlüyü bəzən 130 santimetrə çatırdı”, - deyə Rafil söhbətə körpü salır. Deyir ki, bir arada kənd yolu, hətta müvəqqəti bağlanmışdı. İndi isə yazın nəfəsi duyulur. Bu yerlər zəngin bitki örtüyü, füsunkar təbiəti ilə hər zaman göz oxşayır.

Maşın üzüyuxarı uca, sıldırımlı dağlara doğru qalxır. Ələsgər bu yollara bələddir, maşını ustalıqla idarə edir. Budur, artıq Mistan kəndinə çatmışıq. Kəndin girəcəyindən başlayaraq, buradakı ziyarətgahlar, qədim qəbir daşları diqqəti cəlb edir. Rafil Tağıyev isə deyir ki, Mistanın Meydan kurqanları tunc dövrünə aiddir və ölkə əhəmiyyətli arxeoloji abidə kimi qorunur. Şeyx Pirzarənin qəbri-şərifi yerləşən Yel ocağı, Vəliəddin ağanın və Soltan Heydər Musəvinin məzarları yerli sakinlərin dərin inam, inanc yerləridir.

Qeyd edək ki, Mistan kəndində ilk məscid 1830-cu ildə tikilib. 1995-ci ildə Şirvanşahlar sarayının tağ üslubuna uyğun inşa olunan təzə məscid binası isə 27 metr hündürlükdə olan minarəsi, 5 böyük və 3 kiçik havalandırma pəncərələri ilə zahirən Bakının “Təzə Pir” məscidini xatırladır.

Mistan kəndinin sayılıb-seçilən ağsaqqalı Əlişan Muradov təsərrüfatda mühasib, direktor, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifələrində işləyib. Gəlişimizə sevindi, sonra isə kəndin keçmişindən, eləcə də son illərdəki inkişafından həvəslə söhbət açdı:

– Mistanın əhalisi qədimdən 6 qəbilədən ibarət olub: misgərlər, qalayçılar, dəmirçilər, ağacçəkənlər, zərgərlər və çörəkçilər. Yerli sənətkarlar köçdükləri ərazilərdə də sənətlərini qoruyub davam etdirirlər. Kəndin igid, mərd kişilərindən Bala Məmməd 1918-ci ildə ermənilərin törətdikləri mart-aprel qırğınları zamanı bölgə əhalisini daşnakların qəfil hücumlarından fədakarcasına qoruyub.

Mistanlılar Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda döyüşlərdə də fərqləniblər. Kəndin yetirmələrindən Əliniyaz Vahabov, Rüstəm Əliyev, Çingiz Babayev Vətənin bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar.

Mistan həm də tanınmış alimlər, ziyalılar kəndidir. Kəndin adlı-sanlı ziyalı yetirmələrindən iqtisad elmləri doktoru, professor Polad Rufullayev, tibb elmləri doktoru, professor Ümidvar Ələkbərov, istefada olan polkovnik Səadət İsmayılov, ədliyyə polkovniki Ataxan Rüstəmovun adlarını fəxrlə çəkmək olar.

Acı təəssüf ki, Mistanın taleyində çətin günlər də olub. Ağsaqqal Əlişan Muradov bildirdi ki, 1952-ci ildə Zuvand ərazisinin əhalisi zorla Muğan rayonlarına köçürüləndə təsərrüfatda 4 min baş qoyun-quzu, 70 at, xeyli sayda iribuynuzlu mal-qara var idi. Camaat da yaxşı dolanırdı. Əslində, əhalini köçürməyə heç bir ehtiyac yox idi.

Bəli, Kremlin dağ kəndlərinin aran ərazilərə köçürülməsi yanlış siyasəti nəticəsində mövcud infrastruktur dağıdıldı, torpaqlar uzun müddət istifadəsiz qaldı. Lakin 1956-cı ildən kəndə qayıdış başlandı. İməcilik yolu ilə burada 50 ailə üçün ev tikildi, təsərrüfat yenidən bərpa edildi.

Ağsaqqal sonra dedi:

– 1969-cu ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Mistan kəndinin dirçəliş və inkişaf dövrü başlandı. Əkinçilik, heyvandarlıq, bağçılıq, arıçılıq, kartofçuluq sürətlə inkişaf etdirildi. Davarın sayı 2 min başa, qaramalın sayı 200 başa çatdırıldı. Ərazidə arıçılıq sovxozu yaradıldı. Əhalinin güzəranı gündən-günə yaxşılaşırdı. Lakin 1990-cı illərin əvvəllərində hakimiyyətə gələn Xalq Cəbhəsinin naşı rəhbərlərinin səhvi üzündən ölkənin hər yerində olduğu kimi, Lerik rayonunda da bütün sahələri ağır böhran bürüdü, insanlar çörək dalınca şəhərlərə üz tutdular. Bir vaxtlar qonaqlı-qaralı Mistan da boşaldı, kənddə cəmi 35 ailə qaldı.

Bu gün, xoşbəxtlikdən, Mistan yenidən qurulur, dirçəlir. Kənd qazlaşdırılıb, işıq xətləri kabelləşdirilib. Məktəb üçün təzə bina tikilib. Əhaliyə fasiləsiz işıq, qaz, internet xidmətləri göstərilir. Sakinlərin həyat səviyyəsi xeyli yüksəlib. Lakin çətinliklər də var. İxtisaslı kadr olmadığından həkim məntəqəsi bağlıdır. Qarlı-şaxtalı havalarda ağır xəstəni rayon mərkəzinə çatdırmaq olmur.

Kəndin nüfuzlu ziyalılarından Rizvan Muradov ilə də həmsöhbət olduq. Vaxtilə Mistan ərazi vahidliyi üzrə icra nümayəndəsi vəzifəsində işləyib. O dönəmdə ilk dəfə Mistan kəndinin perspektiv inkişafı üçün müfəssəl plan layihəsi işlənərək hazırlanıb. Layihədə istirahət mərkəzlərinin salınması, turizmin inkişaf etdirilməsi, dərman bitkilərinin tədarük olunması, su anbarının tikilməsi nəzərdə tutulub. Rizvan kişi dedi ki, layihənin icrası təkcə Mistan kəndinin deyil, Zuvand ərazisinin sosial-iqtisadi inkişafına töhfələr verəcək.

Mərdan Bəşirov da doğma yurda, ata-baba ocağına çox bağlıdır. Kənddə poçt şöbəsinin müdiri, bələdiyyə sədri işləyib. Şəxsi təsərrüfatında 28 baş qaramal, qoyun-quzu, toyuq-cücə saxlayır. İstehsal etdiyi heyvandarlıq məhsullarını yerindəcə satır, ailənin büdcəsinə hər ay xeyli vəsait daxil olur.

Mərdan kişinin oğlu Murad Mistan dağının hündür zirvəsində, iri daşdan süzülüb gələn Koçin bulağının suyunu qablaşdırıb Lənkəran və Bakı şəhərlərində mütəmadi olaraq müştərilərə çatdırır. Mərdan kişi deyir ki, kənddə yaşamaq üçün hər cür şərait var. Gərək çalışasan, zəhmət çəkəsən, bəhrəsini görəcəksən.

Mistanın digər ağsaqqalları – Aydın Tağıyev və Fərahim Yusubov ilə də xeyli söhbətləşdik. Ağsaqqalların sözü bu oldu ki, bu cənnətmisal məkanda kənd turizminin inkişaf etdirilsə, əhalinin məşğulluğu daha da yaxşılaşar. Bunun üçün isə, ilk növbədə, 9 kilometrlik Divağac-Mistan yolunu əsaslı şəkildə təmir etmək lazımdır. Mistanlılar əmindirlər ki, müvafiq qurumlar tezliklə bu problemin həllinə lazımi kömək göstərəcəklər.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Lerik

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Aprel 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri