Icma.az
close
up
RU
Qədim Qəbələdə saray tipli ictimai binanın qalıqları aşkarlanıb

Qədim Qəbələdə saray tipli ictimai binanın qalıqları aşkarlanıb

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının ilk paytaxtı Qəbələ şəhərinin yerində 1926-cı ildən başlayaraq müəyyən fasilələrlə arxeoloji tədqiqatlar aparılmaqdadır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, builki çöl-tədqiqat mövsümündə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri, professor Qafar Cəbiyevin rəhbərliyi ilə şəhərin Qala adlanan ərazisində tədqiqatlar davam etdirilib. Keçən əsrin 60-cı illərində görkəmli qəbələşünas alim Saleh Qazıyevin rəhbərliyi ilə tədqiqinə başlanan və yarımçıq qalan III qazıntı sahəsində bir ay ərzində aparılan tədqiqatlar zamanı iriölçülü kəsmə mədən daşlarından istifadə olunmaqla inşa edilmiş saray tipli ictimai binanın qalıqları aşkara çıxarılıb.

Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri Qafar Cəbiyev bildirib ki, uzunluğu 18, hündürlüyü 1-8 metr olan tikili öyrənilməkdə olan sahədən şərqə doğru davam etməkdədir. Bu isə həmin tikintinin daha əzəmətli olmasından xəbər verir:”Şəhərin Səlbir və Qala adı ilə tanınan 30 hektarlıq ərazisində ilk dəfədir ki, belə əsaslı və möhtəşəm tikinti qalıqları aşkar olunub. Tədqiqat nəticəsində 220 kvadrat metrlik sahədə 4 əsas tikinti qatı və döşəmə qalıqları qeydə alınıb. Tikinti qatları xronoloji baxımdan ilk orta əsrlər dövründən XVIII əsrədək olan tarixi mərhələni əhatə edir. VIII əsrdən sonrakı dövrə aid tikililərin bünövrəsi çay daşından, üst hissəsi isə müxtəlif ölçülü bişmiş kərpicdən inşa olunub”.

Qafar Cəbiyevin sözlərinə görə, axtarışlar davam etdirilərkən Qəbələnin mövcudluğunun son 1000 illik dövrünü əhatə edən çoxsaylı, həm də rəngarəng çeşidli məişət qalıqları da üzə çıxarılıb. “Həmin nümunələrin içərisində tipi, bədii-texniki və texnoloji fərqlilikləri ilə seçilən zəngin keramika məmulatını xüsusi qeyd etmək olar. Bunlar əsasən inşaat keramikası, şirli və şirsiz məişət qablarından ibarətdir. Hansı ki, bu nümunələr Qəbələnin qədim sakinlərinin məişət və mədəniyyətini, yerli sənətkarların zövqünü, maraq dünyasını və peşəkarlıq səviyyəsini müəyyən etmək baxımından da çox əhəmiyyətlidir. Yeni tapıntılar Qəbələnin Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı rolunu, onun dünyanın digər sənət və mədəniyyət mərkəzləri ilə əlaqələrini daha dərindən öyrənmək baxımından da əhəmiyyətlidir”, - deyə o diqqətə çatdırıb.

Professor deyib ki, hazırda öyrənilməkdə olan sahədə aparılan tədqiqatlar başlanğıc mərhələlədədir. Bu tədqiqatlar 2500 illik tarixi olan qədim Qəbələnin tarixinin bir çox qaranlıq səhifələrinə işıq salacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 İyul 2026 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri