Icma.az
close
up
RU
QƏDİM SKANDİNAVYADA AĞABALA ZABULU

QƏDİM SKANDİNAVYADA AĞABALA ZABULU

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şimali Avropa və Şimali Atlantik okeanı coğrafi - mədəni regionunun uzaq Skandinav ölkəiərindən birində, Danimarka krallığında, uzun illər əvvəl, " Azərbaycan günləri " keçirilirdi. Bu tədbirlə əlaqədar, Kopenhagenə gedən rəsmi nümayəndə heyəti tərkibində məndə iştrak edirdim. İlk gündən sıx - sıx rəsmi - mədəni tədbirlərdə iştrak edir - " Odlar yurdu "  Azərbaycanımızı bütün ölkədə təbliğ - təşviq edirdik. Növbəti günlərdən birində,  keçmiş Sovet İttifaqının səfirliyində bizim nümayəndə heyətinin rəhbərinə tapşırıq verilmişdi ki, Danimarka respublikasında fəaliyyət göstərən " Azərbaycan cəmiyəti " idarə heyəti 12 noyabr - saat 19.00 - da sizin nümayəndə heyətini qonaq dəvət edib. Rəhbərlik, onların müraciətini müsbət cavablandırıb. Odur ki, bütün heyət

 sabah tədbirdə iştrak edəcək. Səhəri gün biz, Sovet səfirliyinin müşayətilə təyin olunmuş ünvana Kopenhagen şəhərindəki ziyafət salonlarından birinə gəldik. İçəri  daxil olanda qulaqlarıma doğma musiqimizin hənirtisi gəldi. Bu, uşaqlıq illərindən yaddaşıma həkk olunmuş çox təsirli və şirin olan sevdiyum səs idi. Bu səs, nəinki mənim, şimallı - cənublu bütün azərbaycanlıların sevdiyi təkrarsız səsdir. Salonun baş divarında böyük bir monitorda başında buxara papaq, əlində dəf tutmuş, görkəmli Xalq xanəndəsi, " Zabul - Segah "ın təkrarsız ifaçısı, zamanında el şənliklərinin ən populyar siması olan, Füzuli rayonunun, Füzuli camaatının vizit kartı, ustad sənətkarımız  Ağabala Abdullayev oxuyurdu. Qulaqlara süzülən bu ecazkar və sehirli səsdə Azərbaycan

xalqının genetik musiqi yaddaşında mövcud olan xüsusi kod, zərrə - zərrə, için - için ürəklərə süzülürdü. " Ey dad - ey dad " , " ay aman - aman " , " yar aman - aman ", " dad ey - dad ey ", " eyy... eyy..e.. hey... ".  Mən böyük cəsarətlə deyərdim ki, xalqımızın genetik  qan yaddaşında olan bu kod açarı, zəngin xırdalıqlar, şirin nüanslar, Ağabala Abdullayevin sirli səsi, ifa tərzində, zəngulə guşələrində, nəfəs və səs xallarında daha şirin və məlahətlidir. O, öz ifasında elə qeyri - adi gəzişmələr, elə variasiyalar edirdi ki, dinləycilərin daxilindəki sevinci, kədəri, istək və arzuları qeyri - ixtiyari olaraq verbal və qeyri verbal jestlərə çevrilirdi. Çünki, Ağabala Abdullayev, digər müğənnilərdən fərqli olaraq " Zabul - Segah " a daha təsirli  çalarlar gətirmiş olan, ustad sənətkardır. Onun səsində olan fizioloji, psixoloji, bioloji təsir dairəsi elə bir gücdədir ki, dinləyiciniofsunlayaraq uzaqlara aparır. Ən kobud, ən qəddar, ən zülümkar adam, onu dinləyərkən gözləri yaşarır. Onun xüsusilə,   " Maye " şöbəsindəki ifa tərzinin təqdimatı daha zəngin mənəvi keyfiyətlərə malikdir. Belə  ki, o, sözlərdəki poetik nümunəvi -   mənəvi keyfiyətləri aşılamaqda bir xanəndə kimi böyük ustalıq məharətinə  malikdir.

Yoxdur bu risvalığın dərdinə dərman ey təbib,

Eyləmə risva özün, həm qəlbimi qan ey təbib.

Sən, qan almaqla yəqin bir fayda verməzsən cana,

Şövqü ləlini çıxar mümkünsə candan ey təbib.

Burada, böyük şairimiz Məhəmməd Füzulinin eşq və məhəbbət anlayışı sondərəcə geniş və əhatəlidir. İnsan qəlbinin bu ali və nəcib hissi şairin əsərlərində elə bir qüvvədir ki, onun təsiri əbədi olaraq yaşayacaq, oxucuları və dinləyciləri yaşadacaq. Şairin poetikasından bəhrələnən ustad sənətkar burada sözləri elə aydınlıqla ifadə edir ki, yeni bir möhtəşəm və qeyri - adi sənət əsəri yaranır. Bu ifanı eşidən dinləyci və tamaşaçı səsin və peşəkar ifanın təsiri altında öz xəyallarına qovuşur və xoşbəxtlik tapır.

Elmi araşdırmalara görə, ən həzin musiqi, həmçinin muğam musiqisi, simfonik muğamlar, dinləyicinin ruhundan yorğunluğu götürür, onu saflaşdırır və əsəblərini sakitləşdirir. Ağabala Abdullayevin səs tembiri öz ahənginə görə milyonların içərisində seçilən qeyri - adi səsdir. Xalqımızın musiqi mədəniyətində zəngin səs xəzinəsinə diqqət yetirsək sirli və qeyri - adi səs tembirinə malik olan böyük sənətkarların siyahısına onunda adını daxil etmiş olarıq. Görkəmli və dahi sənətkarıarımız Cabbar Qaryağdoğlu, Xalq artistləri, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Müslüm Moqamayev, Rübabə Muradova, Şövkət Ələkbərova,  Əməkdar artist  Süleyman Abdullayev,  Qarabağ muğam məktəbinin  yetirmələri, Xalq  xanəndələri, Mütəllim Mütəllimov,  Ağabala Abdullayev.  Dünyasını dəyişmiş bu, böyük sənətkarların  hər birinə Allah, rəhmət eləsin, məkanları cənnət olsun. Hazır ki, müasir  səslər içərisində Xalq artistləri, Niyaməddin Musayev, Alim Qasımov, Məmmədbağır Bağırzadə, Samir Cəfərov, Röya Ayxan, Əməkdar artist Ehtiram Hüseynov, gənc müğənni Mirələm Mirələmov. Tanrının sevərəkdən yaratmış olduğu bu, seçilən ecazkar çalarlı, səslərin hər birinin ayrı -ayrılıqda öz rəngi və öz təsir dairəsi var. Bəzən deyirlər ki,  hər səsin  öz  rəngi var. Əgər biz, Ağabala Abdullayevin səs rəngini test edəsi olsaq, bu səsin hansı rəngdən oduğunu belə müəyyən edərdik.  " Məxməri və qızılı " rəng. Çünki, bu səs, məxmər kimi qəlbləri oxşayan, insan ruhuna sakitlik gətirən - qızıl qədər parlaq, qiymətli və məlahətli, şirin səsdir.

    Salondakı soydaşlarımız arasında tanınmış musiqiçi, əslən cənubi Azərbaycanlı olan mərhum, qarmon ifaçısı  Rəhman Əsədullahi, Almaniyadan bizi görmək üçün Kopenhagenə gəlmişdi. O, " Zabul - Segah "ın təsiri altında başını əlləri arasına alıb ağlayırdı. Həmçinin digər soydaşlarımız da kədərli şəkildə göz yaşları tökürdülər. " Azərbaycan cəmiyəti " nin sədri İsmayıl Cəlili  bizim heyətə yaxınlaşdı və hər birimizlə bir - bir qucaqlaşıb görüşdü.  Mən ona sual verdim.

Siz, Ağabala Abdullayevin fanatısız ?..

O, dedi ki, -" Ağa, mən, fanat sözünün nəmənə  olduğunu bilmirəm. Ancaq, onu deyə bilərəm ki, bizim cənubi Azərbaycanda yaşayan cammatımız  gecələr yuxuya getməzdən əvvəl, Ağabala Abdullayevin " Zabul - Segahı " nı dinləyə - dinləyə üzünü quzey Azərbaycana çevirib yuxuya gedirlər."

- Rəhman Əsədullahi : - " Ağa, böyük şairlərimiz, Məhəməd Hüseyn Şəhriyar və Məmməd Araz  yaradıcılığı biz,  azərbaycanlıların bir millət olaraq milli şüurunun formalaşmasına  necə  təsir edirsə, Ağabala Abdullayevin " Zabul Segah " ı və mahnıları milli ruhumuza -  milli birliyimizə onun qədər təsir göstərir. "

- Var olsun xalqımız !

- Var olsun xalqımızın zəngin və dəyərli mədəniyyəti !

-  Ağa, biz güneylilər, quzey

Azərbaycanımızla fəxr edirik. Bütün ümüdlərimizi sizə bağlamışıq.

Deyə, güneyli qardaşlarımız. Söhbətə  davam edirdilər.

- Ağa, biz güneylilərə baxanda, Allaha şükürlər olsun ki, sizdə, quzey  Azərbaycanda çox şey şüküranlıdır.

- Biz, tioqratik - totalitar rejiminin üzündən Vətənimizdən, elimizdən - obamızdan didərgin düşmüşük. Bu gün on minlərlə Azəərbaycanlı, molla rejiminin təzyiqləri və  ədalətsizliyi üzündən Danimarkaya pənah gətirib, burada məskunlaşıb.

- Mən, dedim ki, darıxamayın inşəallah, yaxın zamanlarda haqq -  ədalət öz yerini tutacaq. İndi mən sizə bir şad xəbər verəcəm.

- Sevimli xanəndə Ağabala Abdullayevin oğlu, mənim yaxın dostum, Nizami Abdullayev bu gün burada bizim yanımızdadır.

- Ağa, nə xoş xəbər, nə xoşbəxtik ki, ustad sənətkarın oğlu buradadır. Onu bizimlə tanış etsəniz  biz çox xoşbəxt olarıq.

     Xalq xanəndəsi Ağabala Abdullayevin  oğlu Nizami Abdullayev Danimarkada keçirilən " Azərbaycan günləri " rəsmi dövlət tədbirinin mədəni proqramlarını təşkil edən, Füzuli rayon Mədəniyyət evinin " Qarabağ Ocağı " xalq folklor kollektivinin qurucularındandır. O, həm də, Ağabala Abdullayev muğam  ifaçılığı  məktəbinin layiqli davamçısıdır. Nizami uşaqlıq və yeniyetmə illərindən atası Ağabaladan ustad dərsi alıb. O, Füzuli rayonunda, ədəbi - mədəni mühitin yaranmasında, inkişafında, formalaşmasında və ölkəmizdə musiqi sənətinin zənginləşməsində göstərdiyi xidmətlərə görə, Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülüb.

  Bizim nümayəndə heyəti təyyarə ilə Moskvadan Kopenhagen şəhərinə gedərkən təyyarə bələdçisi elan etdi ki, təyyarəmiz, Danimarka krallığının hava məkanına daxil oldu. Bu zaman, " Qarabağ Ocağı " folklor kollektivinin musiqi rəhbəri, mərhum, tarizən Ramiz Əliyev tarda " Segah " muğamını səsləndirdi. Müğənnilər  Nizami Abdullayev, Təşkilat Nəsirov və mərhum Eldar Novruzov şaqraq zənguləli səslə oxumağa başladılar. Təyyarədəki sərnişinlərin əksəriyəti Azərbaycan dilini bilməsələrdə musiqini  böyük maraqla dinləyirdilər.

- Eldar Novruzov :

  - Əziz dost, gəl gedək bizim ellərə,

    Könlün nə istəsə, var Qarabağda.

Nizami Abdullayev:

   - Ənciri - üzümü dillər əzbəri heyva Qarabağda, nar Qarabağda.

Təşkilat Nəsirov:

- İndi o yerlərdə sular coşurlar,

Bülbüllər bahara nəğmə qoşurlar.

Sevgililər tək qucaqlaşırlar,

Kaman Qarabağda, tar Qarabağda.

   Sonra hər üçü səs - səsə verərək böyük şövqilə " Qarabağ şikəstəsi " ni oxumağa başladılar. Onların belə şirin zəguləli ifasını heyrətlə dinləyən sərnişinlər gurultu alqışlarla öz sevgilərini bildirdilər...

  1989 - cu ilin mayında " Qarabağ Ocağı " Xalq folklor kollektivi, görkəmli muğam ustadı, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubleyilə əlaqədar Şuşada keçirilən Birinci " Xarı - Bülbül "  Beynəlxalq Folklor  Festivalında elə böyük peşəkarlıqla çıxış etdilər ki, xarici dost ölkələrdən gələn kollektiv üzvləri heyrətlərini gizlədə bilməyib bizim kollektivə yaxınlaşdılar. Bunlarln arasında ABŞ, Yaponiya, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Belarusiya, Başqırdıstan və başqa

ölkələrdən gələn nümayəndələr, bizim  kollektivin üzvlərinə yaxınlaşıb tanış olur, onları maraqlandıran suallara cavab alır və şəkil çəkdirirdilər. Həmin vaxt, " Qarabağ Ocağı " folklor kollektivi festivalın ən yüksək mükafatına layiq görülmüşdür. Çox təsüflər olsun ki, dırnağarası qonşularımız, erməni faşistlərinin 1988 - ci ildən başlayaraq  ölkəmizə qarşı apardığı təcavüzkar müharibə on illər boyu bizi bu, tədbirlərdən didərgin saldı. Şükürlər olsun ki, 2020 - ci ilin sentyabrnda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə Silahlı Qüvvələrimizin apardığı əks - hücum döyüş əməliyyatları, 44 gün ərzində düşmənləri məğlub edərək işğalda olan torpaqlarımızı azad etdi. Yağı düşmən və havadarları layiqli cavabını aldı. İndi Azad Şuşada gözəl - bayram şənlikləri keçirilir. İnanırıq ki, gələcəkdə " Qarabağ Ocağı "  əvvəlki illərdəki şöhrətini özünə qaytarıb bizi sevidirəcək.

     Bu gün,  xalqımızın azadlıq və istiqlal  ayı olan xoşbəxt may ayında böyük ustad sənətkar, xalq xanəndəsi Ağabala Abdullayevin anadan olmasının 115 - ci ili tamam olur. Ruhun şad - məkanın cənnət olsun ustad sənətkar.

     Ağabala Məmmədbağır oğlu Abdullayev 28 may 1910 - cu ildə Zəngəzur qəzasının  Çərəli kəndində anadan olub. Çar Rusiyası ilə Qacarlar dövləti arasında 1828 - ci ildə bağlanmış bədnam müqavilədən sonra Azərbaycan iki yerə,  şimala və cənuba parçalandı. Həmin illərdə cənubda  şah rejiminin yerli əhaliyə qarşı törətdiyi  haqsızlığa və ədalətsizliyə boyun əyməyən Ağabala Abdullayevin ulu babası, ailəsilə birlikdə Sərab mahalından Zəngəzur mahalına, oradan isə Füzuli şəhərinə köçərək burada məskunlaşıblar. Balaca Ağabala ilkin ibtidai təhsilini Füzuli şəhərində almışdır. Xalq artisti, Azərbaycanda prşəkar vokal ifaçılığı məktəbinin banisi, Bülbül 1927 - ci ildə Füzuli şəhər klubunda yaradıcılıq ezamiyətində olan zaman, gənc Ağabalanın səsini bəyənir və ona şəhər klubunda ifaçılıq sənətini öyrənməyi tövsiyə edir. 1933 - 1937 - ci illərdə Füzuli şəhər klubuna rəhbərlik etmiş Xalq artisti Seyid Şuşinski Ağabala Abdullayevə muğam sənətinin sirlərini dərindən öyrətmiş və ona bu sahədə müəllimlik etmişdir. O, ilk günlərdən " Rast ", " Segah - Zabul " muğamları, " Arazbarı ", " Qarabağ Şikəstəsi " ritmik muğamları, " Qaçaq Nəbi " , " Şamama " mahnılarını böyük şövqilə ifa edərək tamaşaçıların rəğbətini qazanmışdı. 1938 - ci ildə Füzulidə yaradılan " Kolxoz - Sovxoz " teaırına opera müğənnisi kimi qəbul edilir. Teatrda Ü. Hacıbəyovun " Leyli və Məcnun " da Məcnun, " Əsli və Kərəm " də Kərəm, " Aşıq Qərib " də Qərib, " Arşın mal alan " da Süleyman bəy və s.i. əsərlərdə biri - birindən fərqli obrazlara musiqili həyat bəxş edərək tamaşaçıların rəğbətini qazanmaqla yanaşı, teatrşünasların və sənət adamlarının fövqəl maraqlarına səbəb olmuşdur. Füzuli Xalq Teatrının rejisoru olmuş, mərhum rejisor və aktyor Adışirin Əliyev Ağabala Abdullayev sənətinin gücü haqqında maraqlı bir hadisə danışardı. " Bir gün, Füzuli teatırı, vaxtilə bədnam qonşularımız yaşamış olduğu Xocavənd qəsəbə mədəniyyət evində böyük Üzeyir Hacıbəyovun " Əsli və Kərəm " opera tamaşasını göstərirdi. Tamaşa salonu tam dolu olmasına baxmayaraq, erməni tamaşaçılar yerdən döşəmə üzərində də  sıx - sıx oturmuşdular. Ağabala tamaşada Kərəmi oynayırdı. Tamaşanın finalında Ağabala Əslinin atası Keşişə müraciətdə,  necə ahı - fəqan edərək yanıqlı səslə oxuyurdusa bütün tamaşaçılar göz yaşı tökür, ağlayırdılar. Birdən tamaşa salonundan bir erməni tamaşaçı ayağa qalxaraq Ağabalaya dedi ki, ay Ağabala sənə qurban olum, bu namərd Keşişə yalvarıb özünü üzmə. Mənim evdə dörd qızım var, gedək bizə,  hansını istəsən onu sənə verəcəm... " Bu sənət adamlarının onun istedadına olan hörmət və heyrətin təzahüri idi.  O, həm də ifa tərzilə Azərbaycan muğam sənətində yeni cığır açaraq Ağabala məktəbinin bünövrəsini qoydu.Xalq artistləri İslam Rzayev, Teymur Mustafayev, Qəndab Quliyeva, Əməkdar  artistlər Süleyman Abdullayev, Nizami Abdullayev, tanınmış sənətkarlar, mərhum,  Təvəkkül Musayev, mərhum, Eldar Novruzov, Təşkilat Nəsirov, Eldəniz Məmmədov, Qoçaq Əsgərov, Nadir Bayramlı, Manaf Ağayev və bir çox sənət adamları - xanəndələr, ecazkar Ağabala sənətindən bəhrələniblər.

 Oğlu, mərhum bəstəkar, Zöhrab Abdullayev, atasının sənətindən təsirlənərək " Olmaz - olmaz ", " Şamama ", " Vətənim Füzuli " mahnılarını yazmışdı. Hazırda bu mahnılar Azərbaycan Dövlət radiosunun qızıl fondunda saxlanılır. Təssüf ki, amansız ölüm onu yaradıcılığını davam etdirməyə imkan vermədi. O, gənc yaşlarında dünyasını dəyişdi. Allah rəhmət eləsin.

   Bu gün də, atasının sənət yolunu şərəf və ləyaqətlə davam etdirən Respublikamızın Əməkdar artisti Nizami Abdullayev xalqımızın musiqi sənətini, mədəniyyətini, incəsənətini göz bəbəyi kimi qoruyur və yüksək  peşəkar ifaçılıq qabliyətilə  sevə - sevə   təbliğ edir.

     Adını yaşadan nəvəsi, 2-ci Ağabala

Abdullayev uzun illərdir Azərbaycan Silahlı Qüvvələrinin nümunəvi Hərbi Orkestirinin solisti olaraq hərbi Vətənpərvərlik  mahnılarının peşəkar ifaçısıdır      Əmisi  Zöhrabın adını daşıyan, hüquq mühafizə orqanlarında xidmət edən 2-ci  Zöhrab Abdullayev  həm də həvəskar şəkildə babasının və atasının musiqi sənətini davam etdirir.

     1990 - cı ildə Füzuli rayon İcrayyə Komitəsinin " Ağabala Abdullayevin anadan olmasının 80- illik yubley tədbirlərinin təşkili - keçirilməsi və adının əbədiləşdirilməsi haqqında " tarixi qərarı olmuşdur. Qərara görə 2- nomrəli Füzuli şəhər Uşaq İncəsənət məktəbi Ağabala Abdullayevin adına verildi. Bu məqsədlə Füzuli Mədəniyyət Sarayında, rayon ictimaiyyətinin, və rəhbərliyinin, rayon Partiya Komitəsinin  Birinci Katib Aslan Aslanovun iştrakı ilə  təntənəli yubley tədbiri keçirildi. Həmin yuley tədbirində Ağabala Abdullayevin rayonda adının əbədiləşdirilməsi haqqında Rayon İcrayə Komitəsinin qərarı elan edildi.

      Bu gün, Füzuli rayon İcra Hakimiyyətinin Başçısı hörmətli Alı müəllim Alıyevdən  xahiş edirik ki, ustad sənətkarımız, Xalq xanəndəsi Ağabala Abdullayevin yubley tədbirlərinin rayon mədəniyyət ocaqlarında keçirilməsi haqqında müvafiq vəzifəli şəxslərə tapşırıq verərdi. Biz, inanırıq ki, böyüməkdə olan, yeniyetmə və gənclərimizin Vətənpərvərlik ruhunda  tərbiyə almasına, milli - tarixi keçmişimizə  və milli - mənəvi dəyərlərimizə  bağlılıq və inam hissilərini aşılayan belə xeyirxah  tədbirlərimiz  çox olacaq.

  Ruhun şad olsun ustad sənətkar !

 polkovnik Mirqiyas Seyidsoylu.

 Müharibə və Silahlı Qüvvələr

Veteranı.

  Bakı - 25 may 2025.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:22
embedMənbə:https://adalet.az
archiveBu xəbər 28 May 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see174

Polşada Çelsi və Betis klublarının azarkeşləri arasında dava düşdü

28 May 2025 14:22see139

Laçın hava limanı hansı üstünlükləri vəd edir? AÇIQLAMA

28 May 2025 13:32see131

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see125

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

28 May 2025 20:04see119

Şəfa dan 5 transfer: Millimizə dəvət edildi, bu klubla anlaşdı

28 May 2025 14:25see119

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see118

Dünyanın ən varlı ölkələri: Yalnız gəlir deyil, gələcək baxışı da ön plandadır (SİYAHI)

28 May 2025 13:29see117

Çaki öldü

29 May 2025 00:07see117

Təhsil sisteminə etimad zədələndi

28 May 2025 13:19see117

İkardinin sevgilisi Türkiyədən təkliflər alıb

28 May 2025 13:18see116

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see116

Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

28 May 2025 14:10see116

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see115

Tramp Harvarddan buna görə qisas alır: OĞLUNU...

28 May 2025 12:46see115

Ətirşahdan Qurban bayramına özəl MÖHTƏŞƏM KAMPANİYA!

28 May 2025 12:49see114

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see114

Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə ciddi inkişaf qeydə alınıb

28 May 2025 14:27see113

Azərbaycanlılar Rusiyanın bu bölgəsində işləyə bilməyəcək QADAĞA

28 May 2025 13:46see113

Kapitan klubdakı gələcəyindən danışdı

28 May 2025 18:17see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri