Icma.az
close
up
RU
Qədim tramvaylar və qırmızı fasadlı binalar şəhəri REPORTAJ

Qədim tramvaylar və qırmızı fasadlı binalar şəhəri REPORTAJ

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Lissabon dünyanın ən yaxşı yüz turizm məkanı arasında yeddinci yerdədir. Portuqaliyanın paytaxtına gələn səyahətçilərin sayı ildən-ilə artır. Turistləri ilin bütün fəsillərində mülayim iqlim, qədim tarix və yaddaqalan görməli yerlər cəlb edir.

“Lissabon daimi kəşflər şəhəridir. Bu şəhərdə demək olar ki, hər küçədə eşidə və izini görə biləcəyiniz bir hekayə, əfsanə və ya sirr var”, - deyə səyahət edən turistlər rəylərində qeyd edirlər.

28 nömrəli tramvay

Lissabonu kəşf etməyə başlamağın ən yaxşı yolu isə yeddi təpədən ibarət şəhərin arxa küçələrində dolaşmaqdır. Yaşlı insanların və tənbəl portuqal pişiklərinin pəncərələrdən bayıra baxdıqları köhnə evlərə, nostalji kafelərə və ya tarixi məhəllənin şərab barlarına rast gələcəksiniz. Klassik ekskursiya formatından uzaqlaşıb şəhərin dolama küçələrində hər şeyin necə ahəngdar olduğu sizi bir az da təəccübləndirəcək.

Məftunedici Baixa, sirr dolu Alfama, Mouraria və Graça rayonlarında gəzərkən şəhərin keçmiş dövrləri ilə müasir həyat tərzi arasında xüsusi təzadı hiss etmək, romantik fadonun tarixini araşdırmaq, yerli əfsanələri eşitmək, dəbli kafelər haqqında məlumat əldə etmək imkanı yaranır.

Gəzməkdən yorulduğunuz zaman 28 nömrəli tarixi tramvaya minməklə dar küçələrdə dolaşmağın öz gözəlliyi var. Bu tramvay təkcə ictimai nəqliyyat deyil, həm də tam hüquqlu bir şəhər cazibəsidir. 1930-cu illər dövrünə aid kiçik sarı vaqon dar küçələrdə hərəkət edir və adətən açıq taxta pəncərələrində özçəkim (selfi) etmək istəyən səyahətçilərlə dolu olur. Məşhur tramvayda gediş haqqı digər tramvaylarda olduğu kimi üç avrodur. Tramvaylarla yanaşı, şəhərin üç yerində funikulyorlar 300 metr hündürlüyə qalxaraq turistlərə və yerli sakinlərə xidmət edir.

Aşağı platformalı və qoşa vaqonlu müasir yüksək sürətli tramvaylar da şəhər ətrafında hərəkət edir, lakin onlar təpələrə qalxmır, ən yaxın şəhərətrafı qəsəbələrə və ya yeni tikililərə gedirlər. Lissabonda taksilər ucuzdur. Hava limanından mərkəzə gediş təxminən 10 avroya başa gəlir. Hava limanından mərkəzə avtobuslar da işləyir. Metronun qırmızı xətti də hava limanından sərnişinləri daşıyır. Şəhərdə ictimai nəqliyyatla hərəkət etməyin ən əlverişli yolu Navegante kartıdır. Onu metro stansiyalarındakı avtomatlardan və ya bilet kassalarından almaq olar. Kart metro, avtobus, tramvay, bərə, bir neçə yerli qatarda, funikulyorlarda və hətta məşhur Santa Justa liftində etibarlıdır.

Lissabonu necə kəşf etməli?

Lissabon adamı təkcə qədim tramvayları, funikulyorları, ağ-qara daşlarla döşənmiş səkiləri və meydanları, müşahidə meydançaları ilə deyil, həm də qırmızı fasadları olan binaları ilə təəccübləndirir.

Müşahidə göyərtələrindən bu mənzərələri seyr etmək isə fərqli bir zövq verir.
Lissabonun kəşfini əsas meydanından – “Lissabon qapısı” kimi tanınan Praça do Comercio meydanından davam etdirmək, muzeylərə, kilsələrə, qalalara baş çəkmək olar. Qırmızı, sarı və yaşıl rəngli avtobuslar turistləri müxtəlif xətlər üzrə şəhər gəzintisinə aparır (22 avro). Paytaxtı yaxından tanımaq üçün turistik marşrutlar qədər nəqliyyat növləri də çoxdur. Şəhərdə bir neçə su marşrutları var. Tagus çayının o biri tərəfinə, Atlantik okeanına bərə ilə getmək maraqlı səyahətdir. Feribotlar Cais do Sodre metro stansiyasından və qatar stansiyasından yola düşürlər (5-6 avro).

Dünyanın ən məşhur liftlərindən olan Santa Justadan istifadə etməyə hər kəs tələsir. Uzun növbədən sonra attraksiona daxil olursan. Neo-qotik üslubda orijinal tikinti 1902-ci ildən şəhəri bəzəyir. Lissabon təpələrində dayananlar üçün lift əvvəlcə nəqliyyat vasitəsi, yalnız bundan sonra attraksion kimi xidmət edir: iki geniş kabin ziyarətçiləri 30 metr hündürlüyə - tarixi küçəyə qaldırır və Karmelit Monastırına gətirir.

Bu, 1755-ci ildə zəlzələ zamanı zədələnmiş və heç vaxt bərpa olunmayan qədim kilsənin xarabalıqlarıdır. İndi içəridə arxeologiya muzeyi var.
Tez-tez okeana səyahət etməyi planlaşdıranlar Lissabonun Belem şəhərətrafı ərazisinə yollanırlar. Bu, şəhərin varlı insanlarının yaşadığı, villalarla əhatələnmiş ərazisidir. Burada cəmləşmiş çoxlu gözəl attraksion, geniş və yaşıl park, simvolik kafe və restoranlar var.

Şadlıq ruhu və bayram mədəniyyəti

Hər il İsa Məsihin doğulması bütün xristian dünyasında əsasən 25 dekabrda keçirilən bayram kimi qeyd olunur. Bu münasibətlə dünya ölkələrində Milad (Christmas) bazarları dinindən asılı olmayaraq milyonlarla insanı da ətrafına toplayır.

Lissabonda Milad 15-22 dekabr tarixlərində təntənə ilə qeyd edilir. Bu bayram şəhərdə ilin ən gözəl vaxtıdır. İnsanlar günəşli günlər, rəngarəng binalar və heyrətamiz yeməklər üçün Lissabonu il boyu ziyarət etsələr də, bu tarix üçün paytaxta xüsusi səyahət edirlər. Lissabon Milad bazarları şəhərin hər tərəfində açılır, şadlıq ruhu və bayram mədəniyyəti nümayiş etdirilir.

Bu il də Portuqaliyanın paytaxtı Milad bayramını qeyd etmək üçün “yolka”larla, işıqlarla bəzədilib. Meydanda qurulan yarmarkada müxtəlif şirkətlər öz məhsullarını təqdim edirlər. Şəhər sakinləri və turistlər yaxınları üçün hədiyyələr almaq, işıqları seyr etmək, isti şokolad, məşhur portuqal şərabı və ənənəvi kofe içmək üçün şəhərin meydanında qurulan Milad marketinə axın edirlər. Frenk Sinatranın “Yeni iliniz xoşbəxt olsun” (“Merry Christmas”) mahnısı insanları həzin melodiyası ilə yarmarka boyu müşayiət edir.

Portuqaliyanın bütün bölgələrində olduğu kimi, Lissabonda da küçə və meydanlarında qızardılmış şabalıdın qoxusu ətrafa yayılır. Milad bazarı Portuqaliyanın mədəniyyətinə, adət-ənənəsinə və mətbəxinə daha yaxından bələd olmaq üçün əla fürsətdir. ("Kaspi" qəzeti)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://publika.az
archiveBu xəbər 07 Dekabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri