Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Körpülər, qağayılar və dumanlar şəhəri: Qədim memarlığı ilə gözoxşayan Portodan reportaj

Körpülər, qağayılar və dumanlar şəhəri: Qədim memarlığı ilə gözoxşayan Portodan reportaj

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Porto - Lissabondan sonra Portuqaliyanın ikinci böyük şəhəri, ölkənin şimal paytaxtıdır. Lissabonun rəqibi kimi tanınır: iki şəhərin sakinləri yeməklərinin daha dadlı və mənzərələrinin daha füsunkar olduğu haqda mübahisəni heç vaxt dayandırmırlar.

Şəhər Douro çayının üstündəki qranit qayaların üzərində tikilib və heyrətamiz dərəcədə gözəldir. Özündə klassik görünüşlə müasir atmosferi mükəmməl şəkildə birləşdirir. Şəhər 1996-cı ildə YUNESKO tərəfindən Dünya İrs Siyahısına daxil edilib.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Nostalji tramvay

Avropanın ucuz hava yolları şirkətləri Portoya reyslər reallaşdırırlar. Lissabondan da Portoya aşağıbüdcəli hava daşımaları və qatarla rahat çatmaq mümkündür. Bu şəhərlər arasında sürətli qatarlar demək olar ki, hər saat işləyir və səyahət müddəti üç saata yaxındır.

Porto "Liman" (Port) şərabının paytaxtı, körpülər, qağayılar və dumanlar şəhəridir. Şəhər monumental barokko binaları, rəngli kirəmitli evlər, qədim kilsələr, köhnə fabriklər, daş döşənmiş, dar və mənzərəli küçələr, sənət məkanları, müasir incəsənət muzeyləri ilə doludur.

Portoda ictimai nəqliyyat üçün gündəlik bilet almağın mənası yoxdur, çünki marşrut boyu piyada səyahət etmək daha maraqlıdır. Şəhər məhz avtomobillə əlçatmaz olan küçələri və xiyabanları ilə gözəldir. Amma planınız tarixi mərkəzdən çıxmaqdırsa, bütün gün üçün metro biletinin qiyməti yeddi avrodur.

Portoda 1872-ci ilə aid tramvaylar da var. Ən populyar marşrut - 1 nömrəli tramvay (Infante - Passeio Alegre) sərnişinləri tarixi mərkəzdən birbaşa Atlantik okeanının sahilinə (3,5 avro) aparır. Bu, Portuqaliyanın ən sevimli simvollarından biridir və ölkə üzrə ilk dəfə Portodan yola çıxıb. İndi bu nəqliyyatın özünəxas, nostalji nəğməsini dinləyə-dinləyə şəhərin mərkəzindən müxtəlif istiqamətlərə istifadə etmək mümkündür. Tramvay Douro çayı boyunca hərəkət edir və Portonun ən uzaq hissəsi olan Foza çatır. Şəhərdə nəqliyyatın bu qədim növünə muzey açılması da təsadüfi deyil. Turistlər "Tramvay Muzeyi"ndə illər ərzində Portoda səyahət edən tramvayların tarixi ilə tanış olurlar.

Əgər desələr ki, "Porto gəzmək üçün bir günlük şəhərdir", inanmayın! Əsas attraksionlar mərkəzdədir. Daş döşənmiş küçələrdə gəzmək və 18-ci əsr şəhər evlərinə, muzeylərə, həmçinin dəbli mağazalara, restoranlara və eksklüziv butik hotellərə heyran olmaq üçün bir neçə gün lazımdır. Douro çayının əks sahilindəki şərab zirzəmilərinə baxmaq da bu şəhərə səyahət etmə səbəblərindən biri ola bilər.

Qədim memarlığı ilə gözoxşayan tarixi şəhər

Portonun tarixinə daha yaxından baxmaq üçün köhnə şəhərə - turistlərlə qaynayan Ribeyra rayonuna getmək lazımdır. Bu tarixi ərazi qədim memarlığı ilə göz oxşayır. Ribeyradakı bir çox evlərin 300 yaşı var. İnsanlar burada hələ də məskunlaşıblar. Tarixi binaların demək olar ki, hamısı tünd göy rəngli keramika və kafelləri ilə öyünür. Evlərin divarlarını bəzəyən rəngli keramika əsərləri "Azulejo" adlanır.

Məhəllə Douro çayının heyrətamiz mənzərələri ilə də məşhurdur. Çay üzərində Maria Pia körpüsü 19-cu əsrin sonlarında qabaqcıl texnologiyalardan istifadə edilməklə tikilib. Körpü Eyfel qülləsinin memarı Qustav Eyfelin tələbəsi tərəfindən yaradılıb. Körpü turistlər üçün altında dayanaraq günəşin qürubunu və şəhəri qəfil bürüyən dumanı seyr etmək baxımından da məşhurdur. Yerli əhalinin dediyinə görə, Portonun ən yaxşı mənzərəsi çayın o tayındadır. Turistlər buradakı "Şərab Muzeyi"ndən Porto şərablarının hekayəsini öyrənirlər.

Müasir incəsənət mərkəzi

Porto həm də müasir incəsənət mərkəzidir. Burada zəngin incəsənət muzeyləri və çoxsaylı qalereyalar var. Cedofeita və Santa Caterina nəqliyyat üçün bağlanan alış-veriş küçələridir. Portoda küçə sənəti şəhərin meri tərəfindən dəstəklənir. Şəhərdə hətta incəsənətə həsr olunmuş divarlar da var. Küçələrdə gəzərkən qəfildən qraffiti rəssamlarının rəngarəng əsərlərinə rast gələ bilərsiniz. Xüsusilə "Miguel Bombarda" küçəsi sənət qalereyaları və qraffitilərlə doludur.

Şəhərin tarixi mərkəzində yerləşən "San Fransisko" kilsəsini ziyarət etmək bütün turistlərin arzusudur. Barokko üslubundakı daxili bəzəyinə - mehrablar, hasarlar, sütunlar və tağlara təxminən 350 kiloqram qızıl toz sərf edilən kilsə qotika üslubunda tikilib. Kilsənin tikintisi 1233-cü ildə başlayıb və yalnız 1400-cü ildə tamamlanıb.

18-ci əsrə məxsus Maşadu-de-Kaştru Yepiskop sarayı da turistləri heyran edir.

Malikanələr və inzibati binalarla əhatə olunan Azadlıq meydanı Portonun mərkəzi meydanıdır. Mərkəzdə Kral IV Pedronun abidəsi var. Axı Porto liberal müharibələr zamanı fərqlənən azadlıqsevər bir şəhər kimi tanınıb. 1908-ci ildə Lissabonda kralı və onun kiçik oğlunu Portodan olan sui-qəsdçilər qətlə yetiriblər.

"Fado"nun unudulmaz musiqisi

Portonun şəhər mənzərəsi həqiqətən təsiredicidir. Şəhərin unikal atmosferini yaradan isə zəhmətkeş və mehriban insanlarıdır. Şəhərin müxtəlif yerlərində qovurulmuş şabalıd, suvenir, toxunma əl işləri satan yerli sakinlər həm də yaxşı həmsöhbətdirlər. Sahil boyunca portuqalların melanxolik xalq musiqisini - "Fado"nu dinləyirsən. Musiqiyə qağayıların nəğməsi də qarışır. Dənizçi sevgililərini və ya həyat yoldaşlarını dənizə göndərən və onların dönüşünü ümidlə gözləyən portuqal qadınların kədər və həsrətini ifadə edən musiqi adama qəribə hisslər yaşadır. Düşünürsən ki, bütün gözəlliklər bir yana, elə təkcə bu nəğməni dinləmək üçün Portoya qayıtmağa dəyər...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Fevral 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see247

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see201

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri