Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

Qədim Şirvanın həmişəcavan şəhəri

Qədim Şirvanın həmişəcavan şəhəri

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi layihələrdən birinin icrası ilə əlaqədar Şirvan şəhərinə getmişdim. Küçələrlə addımladığım ilk andan şəhərin bugünkü siması diqqətimi çəkdi. Küçələrdəki səliqə-sahman, aparılan geniş abadlıq və quruculuq işləri, yeni tikililər, inkişaf edən sənaye, xidmət, iaşə və ticarət obyektləri şəhərdə son illərdə baş verən dəyişiklikləri aydın şəkildə göstərirdi.

Şirvan Azərbaycanın sovet dövründən sənaye şəhəri kimi formalaşmış mühüm yaşayış və iqtisadi mərkəzlərindən biridir. Müstəqilliyin ilk illərində yaşanan ağır keçid dövrü ölkənin bir çox sənaye şəhərləri kimi, Şirvana da ciddi təsir göstərmiş, vaxtilə yaradılmış istehsal və sosial infrastrukturun mühüm hissəsi tənəzzüllə üzləşmişdi. Şirvanda isə tamamilə fərqli mənzərə ilə qarşılaşırıq. Şəhər yenidən qurulur, müasirləşir, iqtisadi və sosial həyatı canlanır.

Şirvanda gördüklərim məndə xoş təəssürat yaratmaqla yanaşı, uzun illər əvvəldən tanıdığım, ziyalılığına, insanlara münasibətinə və dövlətə xidmət məsuliyyətinə yaxından bələd olduğum Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla görüşmək istəyini də doğurdu. İcra hakimiyyətinə çatanda isə İlqar müəllimin Vətən müharibəsi şəhidimiz Elnur Qarayevin Diaqnostika Mərkəzində əməliyyat olunan anası Mahirə Qarayevanın vəziyyəti ilə şəxsən maraqlanmaq üçün xəstəxanaya getməyə hazırlaşdığı məlum oldu.

Ayaqüstü qısa söhbətdən sonra şəhər rəhbəri:

– Bəlkə şəhidimizin anasını birlikdə ziyarət edək? - deyə təklif etdi.

Tərəddüd etmədən razılaşdım.

Bəzən bir insan haqqında uzun illər ərzində formalaşan təsəvvürü bircə adi görünən davranış yenidən təsdiqləyir. Şəhərin abadlığı, yeni tikililər, inkişaf edən infrastrukturu göz önündə idi. Amma şəhər rəhbərinin şəhid anasının əməliyyat olunduğunu bilib onun səhhəti ilə şəxsən maraqlanmaq üçün xəstəxanaya yollanması Şirvan haqqında ilk baxışdan yaranmış müsbət təəssüratımı tamamlayan ən mühüm məqam oldu.

Birlikdə xəstəxanaya getdik. Mahirə xanımı ziyarət etdik, səhhəti ilə maraqlandıq, əməliyyatdan sonra çox yaxşı olduğunu söylədi, ona tezliklə şəfa tapmasını arzuladıq. Şəhidimizin qardaşı Qorxmaz Qarayev də anasının yanında idi. Mahirə xanımı bizimlə bərabər ziyarət edənlər arasında Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, xəstəxananın direktoru vəzifəsini icra edən Zamin Fərziyev, direktor müavinləri Nəsib Səhratov, Murad Rəhimzadə və Almaniyadakı karyerasını, uğurlu işini buraxıb Şirvanda həkimlik fəaliyyətini davam etdirən uzman-kardioloq doktor Nicat İbrahimov da vardı.

Şəhid anası ilə olan bizim görüşümüz Şirvan səfərimin ən yaddaqalan məqamlarından biri oldu. Çünki şəhərin inkişafını yalnız tikilən binalarla, abad küçələrlə, yeni müəssisələrlə və iqtisadi göstəricilərlə ölçmək doğru deyil. Şəhərin əsl siması həm də insana münasibətdə, xüsusilə Vətən uğrunda ən əzizini itirmiş ailələrə göstərilən diqqət və qayğıda görünür.

Şirvanın Vətən qarşısında verdiyi qurbanlar böyükdür. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi və bərpası uğrunda şəhərdən 149 nəfər şəhid olub, 105 nəfər müharibə əlili, 1563 nəfər isə müharibə veteranı adını alıb. Bu rəqəmlərin hər birinin arxasında bir insan taleyi, bir ailənin ağrısı, Vətən qarşısında göstərilən fədakarlıq dayanır.

Eyni zamanda, Şirvan uzun illər doğma yurdlarından didərgin salınmış soydaşlarımız üçün də doğma məkana çevrilib. İyulun 1-nə olan məlumata görə, şəhərdə 949 məcburi köçkün ailəsi — ümumilikdə 3185 nəfər yaşayır.

Şirvandan ayrılarkən düşündüm ki, şəhərin inkişafını ən yaxşı ifadə edən mənzərə bəlkə də həmin gün gördüklərimin bütövlüyü idi: bir tərəfdə qurulan, abadlaşan və müasirləşən şəhər, digər tərəfdə isə sakinlərinə, şəhid ailələrinə, məcburi köçkünlərə diqqət və qayğı dolu münasibət.

Əslində, inkişafın mənası da elə bundadır. Şəhəri dəyişmək, yeni yollar, binalar, müəssisələr qurmaq vacibdir. Amma bütün bunların mərkəzində insan dayanmayanda görülən işlər mənəvi dəyər qazanmır. Şirvanda məni sevindirən məhz bu iki xəttin – quruculuqla insana qayğının bir-birini tamamlaması oldu.

Vətən uğrunda övladını itirmiş bir ananın qapısını açmaq, onun halını soruşmaq, qayğısını bölüşmək bəzən ən böyük sözlərdən və ən təntənəli tədbirlərdən daha çox məna daşıyır. Şəhidlərimizin bizə əmanət qoyduğu ailələrə münasibət həm dövlətimizin, həm cəmiyyətimizin, həm də hər birimizin mənəvi borcudur.

Şirvandan xoş təəssüratlarla ayrıldım. Çünki mən orada yalnız dəyişən və gözəlləşən bir şəhər görmədim. Bu şəhərdə həm də quruculuğun qayğı ilə, inkişafın insanlıqla, dövlət xidmətinin isə mənəvi məsuliyyətlə tamamlandığı bir mənzərənin şahidi oldum. Düşünürəm ki, Şirvanın bugünkü simasını ən doğru ifadə edən də bu dəyərlərin canlı vəhdətidir.

Umud RƏHİMOĞLU,
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Avqust 2026 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see296

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see281

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see232

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see202

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see201

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see198

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see195

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see190

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see190

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see189

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see188

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see187

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see186

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see186

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see183

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see183

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see182

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see181

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri