Icma.az
close
up
RU
Qədim tramvaylar və qırmızı fasadlı binalar şəhərindən REPORTAJ

Qədim tramvaylar və qırmızı fasadlı binalar şəhərindən REPORTAJ

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Lissabonun küçə və meydanlarında qızardılmış şabalıdın qoxusu ətrafa yayılır. Milad bazarı Portuqaliyanın mədəniyyətinə, adət-ənənəsinə və mətbəxinə daha yaxından bələd olmaq üçün əla fürsətdir.

Lissabon dünyanın ən yaxşı yüz turizm məkanı arasında yeddinci yerdədir. Portuqaliyanın paytaxtına gələn səyahətçilərin sayı ildən-ilə artır. Turistləri ilin bütün fəsillərində mülayim iqlim, qədim tarix və yaddaqalan görməli yerlər cəlb edir.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

"Lissabon daimi kəşflər şəhəridir. Bu şəhərdə demək olar ki, hər küçədə eşidə və izini görə biləcəyiniz bir hekayə, əfsanə və ya sirr var", - deyə səyahət edən turistlər rəylərində qeyd edirlər.

28 nömrəli tramvay

Lissabonu kəşf etməyə başlamağın ən yaxşı yolu isə yeddi təpədən ibarət şəhərin arxa küçələrində dolaşmaqdır. Yaşlı insanların və tənbəl portuqal pişiklərinin pəncərələrdən bayıra baxdıqları köhnə evlərə, nostalji kafelərə və ya tarixi məhəllənin şərab barlarına rast gələcəksiniz. Klassik ekskursiya formatından uzaqlaşıb şəhərin dolama küçələrində hər şeyin necə ahəngdar olduğu sizi bir az da təəccübləndirəcək.

Məftunedici Baixa, sirr dolu Alfama, Mouraria və Graça rayonlarında gəzərkən şəhərin keçmiş dövrləri ilə müasir həyat tərzi arasında xüsusi təzadı hiss etmək, romantik fadonun tarixini araşdırmaq, yerli əfsanələri eşitmək, dəbli kafelər haqqında məlumat əldə etmək imkanı yaranır.

Gəzməkdən yorulduğunuz zaman 28 nömrəli tarixi tramvaya minməklə dar küçələrdə dolaşmağın öz gözəlliyi var. Bu tramvay təkcə ictimai nəqliyyat deyil, həm də tam hüquqlu bir şəhər cazibəsidir. 1930-cu illər dövrünə aid kiçik sarı vaqon dar küçələrdə hərəkət edir və adətən açıq taxta pəncərələrində özçəkim (selfi) etmək istəyən səyahətçilərlə dolu olur. Məşhur tramvayda gediş haqqı digər tramvaylarda olduğu kimi üç avrodur. Tramvaylarla yanaşı, şəhərin üç yerində funikulyorlar 300 metr hündürlüyə qalxaraq turistlərə və yerli sakinlərə xidmət edir.

Aşağı platformalı və qoşa vaqonlu müasir yüksək sürətli tramvaylar da şəhər ətrafında hərəkət edir, lakin onlar təpələrə qalxmır, ən yaxın şəhərətrafı qəsəbələrə və ya yeni tikililərə gedirlər. Lissabonda taksilər ucuzdur. Hava limanından mərkəzə gediş təxminən 10 avroya başa gəlir. Hava limanından mərkəzə avtobuslar da işləyir. Metronun qırmızı xətti də hava limanından sərnişinləri daşıyır. Şəhərdə ictimai nəqliyyatla hərəkət etməyin ən əlverişli yolu Navegante kartıdır. Onu metro stansiyalarındakı avtomatlardan və ya bilet kassalarından almaq olar. Kart metro, avtobus, tramvay, bərə, bir neçə yerli qatarda, funikulyorlarda və hətta məşhur Santa Justa liftində etibarlıdır.

Lissabonu necə kəşf etməli?

Lissabon adamı təkcə qədim tramvayları, funikulyorları, ağ-qara daşlarla döşənmiş səkiləri və meydanları, müşahidə meydançaları ilə deyil, həm də qırmızı fasadları olan binaları ilə təəccübləndirir.

Müşahidə göyərtələrindən bu mənzərələri seyr etmək isə fərqli bir zövq verir.

Lissabonun kəşfini əsas meydanından - "Lissabon qapısı" kimi tanınan Praça do Comercio meydanından davam etdirmək, muzeylərə, kilsələrə, qalalara baş çəkmək olar. Qırmızı, sarı və yaşıl rəngli avtobuslar turistləri müxtəlif xətlər üzrə şəhər gəzintisinə aparır (22 avro). Paytaxtı yaxından tanımaq üçün turistik marşrutlar qədər nəqliyyat növləri də çoxdur. Şəhərdə bir neçə su marşrutları var. Tagus çayının o biri tərəfinə, Atlantik okeanına bərə ilə getmək maraqlı səyahətdir. Feribotlar Cais do Sodre metro stansiyasından və qatar stansiyasından yola düşürlər (5-6 avro).

Dünyanın ən məşhur liftlərindən olan Santa Justadan istifadə etməyə hər kəs tələsir. Uzun növbədən sonra attraksiona daxil olursan. Neo-qotik üslubda orijinal tikinti 1902-ci ildən şəhəri bəzəyir. Lissabon təpələrində dayananlar üçün lift əvvəlcə nəqliyyat vasitəsi, yalnız bundan sonra attraksion kimi xidmət edir: iki geniş kabinə ziyarətçiləri 30 metr hündürlüyə - tarixi küçəyə qaldırır və Karmelit Monastırına gətirir.

Bu, 1755-ci ildə zəlzələ zamanı zədələnmiş və heç vaxt bərpa olunmayan qədim kilsənin xarabalıqlarıdır. İndi içəridə arxeologiya muzeyi var.

Tez-tez okeana səyahət etməyi planlaşdıranlar Lissabonun Belem şəhərətrafı ərazisinə yollanırlar. Bu, şəhərin varlı insanlarının yaşadığı, villalarla əhatələnmiş ərazisidir. Burada cəmləşmiş çoxlu gözəl attraksion, geniş və yaşıl park, simvolik kafe və restoranlar var.

Şadlıq ruhu və bayram mədəniyyəti

Hər il İsa Məsihin doğulması bütün xristian dünyasında əsasən 25 dekabrda keçirilən bayram kimi qeyd olunur. Bu münasibətlə dünya ölkələrində Milad (Christmas) bazarları dinindən asılı olmayaraq milyonlarla insanı da ətrafına toplayır.

Lissabonda Milad 15-22 dekabr tarixlərində təntənə ilə qeyd edilir. Bu bayram şəhərdə ilin ən gözəl vaxtıdır. İnsanlar günəşli günlər, rəngarəng binalar və heyrətamiz yeməklər üçün Lissabonu il boyu ziyarət etsələr də, bu tarix üçün paytaxta xüsusi səyahət edirlər. Lissabon Milad bazarları şəhərin hər tərəfində açılır, şadlıq ruhu və bayram mədəniyyəti nümayiş etdirilir.

Bu il də Portuqaliyanın paytaxtı Milad bayramını qeyd etmək üçün "yolka"larla, işıqlarla bəzədilib. Meydanda qurulan yarmarkada müxtəlif şirkətlər öz məhsullarını təqdim edirlər. Şəhər sakinləri və turistlər yaxınları üçün hədiyyələr almaq, işıqları seyr etmək, isti şokolad, məşhur portuqal şərabı və ənənəvi qəhvə içmək üçün şəhərin meydanında qurulan Milad marketinə axın edirlər. Frenk Sinatranın "Yeni iliniz xoşbəxt olsun" ("Merry Christmas") mahnısı insanları həzin melodiyası ilə yarmarka boyu müşayiət edir.

Portuqaliyanın bütün bölgələrində olduğu kimi, Lissabonda da küçə və meydanlarında qızardılmış şabalıdın qoxusu ətrafa yayılır. Milad bazarı Portuqaliyanın mədəniyyətinə, adət-ənənəsinə və mətbəxinə daha yaxından bələd olmaq üçün əla fürsətdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Dekabr 2024 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri