Icma.az
close
up
RU
Qədim Xivə şəhərində UNESCO və ICESCO nun himayəsi ilə ikinci Türk Dünyası Mədəniyyət Forumu başa çatıb

Qədim Xivə şəhərində UNESCO və ICESCO nun himayəsi ilə ikinci Türk Dünyası Mədəniyyət Forumu başa çatıb

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qədim Xivə şəhərində UNESCO və ICESCO-nun himayəsi ilə ikinci Türk Dünyası Mədəniyyət Forumu başa çatıb.

Tədbirdə dünyanın 40 ölkəsindən gələn nümayəndələr, o cümlədən Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyevin başçılığı ilə bir qrup alim, həmçinin Bakıdakı Muğam Mərkəzinin direktoru, əməkdar artist Sahib Paşazadə iştirak edib.  

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli forumdakı məruzəsində bildirib ki, bu gün düzənlənən bu forumun əsas istiqaməti məhz qeyri-maddi mədəni irsin — yəni dil, musiqi, dastanlar, folklor, ənənələr, sənətkarlıq kimi canlı mədəni dəyərlərin qorunması və paylaşılmasıdır. Bu forum bizə ortaq türk dilini formalaşdırmaq imkanı verir. Sevindirici haldır ki, çıxışların böyük əksəriyyəti türk dilinin müxtəlif ləhcələrində səsləndirilir ki, bu da ortaq türk dilinin formalaşmasına zəmin yaradır.

A.Marifli qeyd edib ki, Türk dünyasının ayrılmaz hissəsi olan qardaş özbək xalqının xalq yaradıcılığı da Azərbaycan folkloru ilə bənzərlik təşkil edir. Bu fakt da Azərbaycan və özbək xalqının eyni identik kodları daşıdıqlarının bariz nümunəsidir.

Forum çərçivəsində keçirilən   “Yeni Özbəkistanda baxşı sənəti: Müasir Tədqiqatlar və Perspektivlər” elmi konfransında AMEA Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyev öz çıxışında 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı Şuşada keçirilən Birinci Türk Dünyası Mədəniyyəti Forumunu xatırladaraq qeyd edib ki, son illərdə Türk Dövlətləri arasında elmi və mədəni əlaqələr sürətlə genişlənməkdədir. Türk Dövlətləri Təşkilatının dəstəyi ilə həyata keçirilən bu fəaliyyət xalqların ortaq keçmişə söykənən dəyərlərindən ortaq gələcəyə yönələn hədəflərinə doğru irəliləməsində böyük əhəmiyyət kəsb edir.

AMEA Folklor İnstitutunun dosenti Aynur İbrahimova “Azərbaycan eposşünaslığında “Koroğlu” dastanının genezisi problemi “mövzusunda məruzə edərək deyib ki, Azərbaycan və Özbəkistan müstəqillik əldə etdikdən sonra mənəvi abidələrə marağın artması, qeyri-maddi irsə münasibətin yeni səviyyəyə qalxması özündə mənəvi dəyərlərin böyük arsenalını qoruyub saxlayan milli eposa elmi diqqətin də yüksəlməsinə səbəb olub. Bu tendensiyanın bir göstəricisi kimi son illərdə «Koroğlu» mövzusunda müxtəlif səpgili və müxtəlif aspektlərdə çoxsaylı elmi tədqiqatlar ortaya çıxmış və dastanın genezisi ilə bağlı daha aydın təsəvvürlər yarada biləcək qənaətlər ortaya çıxıb.

Konfransda İnstitutun Mifologiya şöbəsinin aparıcı elmı işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova “Azərbaycan məhəbbət dastanlarında sazın funksional- mistik semantikası” mövzusunda çıxış edərək deyib ki, aşığın dünyagörüşünü, istək və arzularını dilə gətirən sazdır.

Sahib Paşazadə Turk xalqlarinin mədəniyyəti haqqinda danışıb, bu xalqların adət-ənənələrinin qorunmasi və gələcək nəsillərə layiqli səkildə öturulməsi, ustad-sagird ənənələri haqqinda məlumat verib, muasir dünyamızda klassik baxşı və asıq sənətinin daha dərindən tədqiq edilməsi, həmçinin Forumun və festivalın əhəmiyyətindən danışıb.  

Sonra AMEA Folklor İnstitutu ilə Daşkənddəki Yunus Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutu arasında əməkdaşlığa dair sənəd imzalanıb. 

Forumun sonunda qarşılıqlı olaraq hədiyyələr təqdim edilib. 

Qulu Kəngərli 

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Xivə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Aprel 2025 08:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri