Türk Dünyası Mədəniyyət və İncəsənət festivalı keçiriləcək
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzi ortaq dəyərlərimizin, qardaşlıq əlaqələrinin, tariximizin və milli mədəniyyətimizin təbliği məqsədilə qardaş ölkənin universitet, orta məktəb və liseylərlə birgə layihələr həyata keçirir.

Newscenter.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Samir Abbasov Ankaranın Çankaya rayonunda M.Ə.Rəsulzadə adına Anadolu Liseyi direktoru Taylan Kaya ilə görüşüb. Görüş zamanı lisey və məktəblər arasında tariximiz, milli mədəniyyətimiz, ortaq dəyərlərimiz əsasında viktorina müsabiqəsinin keçirilməsi, konsert proqramları, Türk Dünyası Mədəniyyət və İncəsənət festivalının təşkili, eləcə də Türkiyədə "Bir millət - iki dövlət" şüarının yaradıcısı, Azərbaycan xalqının Ümummilli Lideri, tanınmış tarixi şəxsiyyətlərimiz Heydər Əliyevə həsr olunmuş tədbirlərin təşkil edilməsi müzakirə olunub.

Daha sonra Anadolu liseyində təşkil olunan müsabiqədə uğur qazanan şagirdlərə mükafatların təqdim edilməsi mərasimi olub. Mükafatları şagirdlərə liseyin direktoru Taylan Qaya və Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Samir Abbasov təqdim edib.
Tədbirdən sonra təhsil ocağında qurulan Azərbaycan Evi, Sənətkarlıq Klubu və Anadolu Liseyində böyük tədbirlərin keçirildiyi zal ziyarət olunub.
Süleyman
Bu mövzuda digər xəbərlər:Gələn il Azərbaycanda Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək
09 Noyabr 2025 10:29
Aziz Sancar “Türk dünyası mədəniyyət elçisi” oldu
23 Yanvar 2025 10:35
Mədəniyyət naziri II Türk Dünyası Mədəniyyət Forumunda türk əməkdaşlıq təşkilatlarını fəal iştiraka çağırıb
08 Fevral 2025 11:35
İstanbulda 25 ci Türk Dünyası Uşaq Festivalı keçiriləcək
19 May 2025 14:29
Xivədə keçirilən ikinci Türk Dünyası Mədəniyyət Forumunda Azərbaycanın mədəniyyət naziri də iştirak edir
26 Aprel 2025 18:27
Baxış sayı:145
Bu xəbər 10 Aprel 2025 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















