Icma.az
close
up
RU
Aziz Sancar “Türk dünyası mədəniyyət elçisi” oldu

Aziz Sancar “Türk dünyası mədəniyyət elçisi” oldu

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

TÜRKSOY-un rəsmi saytı xəbər verir ki, Nobel mükafatçısı, Türk alimi, Professor Dr. Aziz Sancara TÜRKSOY Daimi Şurasının Azərbaycanın Şuşa şəhərində keçirilmiş 40-cı iclasında qəbul etdiyi qərara əsasən “Türk Dünyası Mədəniyyət Elçisi” nişanı təqdim edilib.
Mərasim ABŞ-ın Şimali Karolina ştatında yerləşən “Aziz&Gwen Sancar” Fondundakı Mədəniyyət Mərkəzində keçirilib. Fondun İdarə Heyətinin sədri İsmayıl Arslanın moderatorluğu ilə keçən tədbir TÜRKSOY-un tanıtım filmi ilə açılıb. Mərasimdə Türkiyənin ABŞ səfirliyinin müşaviri Melih Seyfəttin Güngör, Sancar ailəsinin dostları, müxtəlif yaş qruplarından uşaqlar və universitet tələbələrinin daxil olduğu təxminən 150 dəvətli iştirak edib. 
TÜRKSOY-un baş katibi Sultan Rayev xüsusi hazırlanmış “Türk Dünyası Mədəniyyət Elçisi nişanı”nın TÜRKSOY Daimi Şurasının üzvü olan nazirlərin yekdilliklə qəbul etdiyi qərarla verildiyini bildirib. O, çıxışında  Prof. Dr. Aziz Sancarın Türk Dünyasının qüruru və ilham mənbəyi olduğunu vurğulayarq deyib ki, dünya şöhrətli alimin Türk mədəniyyətinin dəyərlərini əks etdirən təvazökarlığı və çalışqanlığı onu bəşəriyyət üçün nümunəvi bir sima edib. Sancarın kökünə bağlılığı və dünyanın ən prestijli platformalarında qazandığı uğurlar hər kəs üçün böyük motivasiya mənbəyidir.
Aziz Sancar ona təqdim olunan “Türk Dünyası Mədəniyyət Elçisi” nişanını həyatının ən önəmli mükafatı kimi xarakterizə edərək deyib: “Bu nişan mənim üçün bütün mükafatlardan daha qiymətlidir. Bu mənim xəyallarımdan biri idi. TÜRKSOY çox dəyərli bir qurumdur və bizi dünyada layiqincə təmsil edəcəyinə inanıram”.
Sonda Sancara Türk Dünyasının zəngin mədəniyyətini əks etdirən hədiyyələr təqdim olunub. Bu sırada Qazaxıstandan çapan, Qırğızıstandan qalpaq, Azərbaycandan Qarabağ zəfərini simvolizə edən xarıbülbül nişanı və daha bir neçə simvolik əşyalar yer alıb.
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Yanvar 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see338

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see296

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see288

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see279

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see225

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see224

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see213

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see181

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see173

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see170

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see170

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see168

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see163

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri