“Qədiroğlu” MMC nin ölkəyə gətirdiyi yağda uyğunsuzluq aşkarlandı Rəsmi
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukraynadan Azərbaycana idxal olunan kərə tərkibli spred yağı məhsulunda uyğunsuzluq aşkarlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, “Qədiroğlu” MMC tərəfindən idxal edilən, Ukraynanın “Ratnovskiy molokozavod” MMC-də istehsal olunan “Lyuks Golden Ratne 81,5%, 5 kq” əmtəə nişanlı (25.08.2026 - 25.08.2027-ci il istehsal və son istifadə tarixli) kərə tərkibli spred yağı məhsulundan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
“Müayinələr zamanı məhsul partiyasında uyğunsuzluq aşkar edilib.
Faktla bağlı məhsul partiyasının dövriyyəsinin dayandırılması və geri çağırılması barədə qərar qəbul olunub. Eyni zamanda, istehsalçı müəssisədən ixracın müvəqqəti məhdudlaşdırılması və sertifikatlaşdırmanın dayandırılması ilə bağlı Ukraynanın müvafiq qurumuna bildiriş göndərilib.
Xatırladaq ki, bundan öncə Ukraynadan idxal olunan “Renet” müəssisəsinin istehsalı olan yağ məhsulunda da uyğunsuzluq (3-monoxlorpropan1,2-diol (3-MCPD)) aşkarlandığı üçün Ukraynanın Ərzaq Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi üzrə Dövlət Xidmətinə müvəqqəti məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair (ixracın dayandırılması) müraciət ünvanlanıb”, - məlumatda deyilir.



Bu mövzuda digər xəbərlər:Ölkəyə gətirilən qida məhsulunda uyğunsuzluq aşkarlandı FOTO
10 Mart 2025 17:00
Ukraynadan Azərbaycana gətirilən yağda uyğunsuzluq aşkarlandı
05 Noyabr 2026 14:45
DTX nin ölkəyə gətirdiyi şəxsə 6 il iş verildi
22 May 2026 10:53
Ölkəyə idxal olunan nektarin tinglərində uyğunsuzluq FOTO
21 Fevral 2025 17:01
Uyğunsuzluq aşkarlanan pestisid məhsullarının ölkəyə idxalının qarşısı alınıb
10 Aprel 2026 10:14
Baxış sayı:98
Bu xəbər 05 Noyabr 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















