Icma.az
close
up
RU
Qəhrəman polis zabitlərimiz

Qəhrəman polis zabitlərimiz

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq Gənclər Günündə cavan ömrünü Vətənə qurban vermiş 2 Milli Qəhrəmanımızı da ehtiramla yad edirik. Onlar bu gün yubileyləri olan Əli Məmmədov və Sərdar Səfərovdur. Hər ikisi polis zabiti olub və Birinci Qarabağ müharibəsində şəhadətə ucalıb. 

Əli Hüseyn oğlu Məmmədov 1955-ci ildə Naxçıvan şəhərində dünyaya göz açıb. Orta təhsilini Bakıdakı 255 saylı məktəbdə alıb. 1975-ci ildə ordu sıralarına çağırılan Əli Macarıstanda xidmətini başa vurub. 1982-ci ildə Polis Akademiyasına daxil olub. Polis kapitanı rütbəsinədək yüksəlib. Əli Məmmədov 1992-ci ildə torpaq iddialı erməni separatçılarının dərsini vermək üçün cəbhəyə gedib. Həftələrlə Qarabağın müxtəlif bölgələrində döyüşlərdə qəhrəmancasına vuruşub, Laçının müdafiəsində rəşadət göstərib. 

Qızartı yüksəkliyini ələ keçirən döyüşçülərimiz həmin il oktyabrın 1-də səhər tezdən güclü hücuma məruz qalırlar. Yaralıları təhlükəsiz yerə çıxaran və döyüşün qaynar nöqtəsində vuruşan Əli də başından ağır yaralanır. Mərd və cəsur döyüşçü elə bu yaradan da əbədiyyətə qovuşur.

Bakıda Şəhidlər xiyababında dəfn edilmiş Əli Məmmədovun adı paytaxtdakı küçələrdən birinə verilib...

Sərdar Mədət oğlu Səfərov isə 1960-cı ilin bu günü Kəlbəcər rayonunda doğulub. 1977-ci ildə orta məktəbi bitirib və kolxozda işləyib. 1979-cu ildə əsgərliyə gedib. Hərbi xidmətini Ermənistan və Gürcüstan respublikalarında keçib. Ordudan tərxis olunduqdan sonra Bakı Avtomobil Zavodunda işə düzəlib. Daxili işlər orqanlarında işləmək arzusu onu Tula vilayətinə aparıb. O, Zaoks rayonunda 3 il mühafizə bölməsində milis nəfəri kimi xidmət edib. Təhsilini davam etdirmək üçün SSRİ DİN-nin Kaunas Xüsusi Milis Məktəbinə göndərilib. 1987-ci ildə zabit kimi köhnə iş yerinə qayıdıb. Nümunəvi milis işçisi olduğunu nəzərə alaraq, onu sahə müvəkkili vəzifəsinə irəli çəkiblər. Amma gecə-gündüz qəlbi daim Vətənlə döyünən Sərdar 1991-ci ildə Azərbaycana qayıdıb. Qusar rayon polis şöbəsində sahə müvəkkili kimi xidmətə başlayıb.

...1991-ci il sentyabrın 25-də erməni terrorçuları Əsgəran rayonunda “QAZ-53” markalı sərnişin avtobusuna hücum edirlər. Baş leytenant S.Səfərov da köməyə gələn istintaq qrupunun tərkibində olur. Onun istintaq qrupunda müstəntiq işləməsi barədə sərəncam verilir. Hadisə yerindən qayıdan qrupun üzvləri Xankəndi yaxınlığındakı “Ağa körpüsü”ndə erməni yaraqlılarının hücumuna məruz qaldılar. Sərdar Səfərov yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olur. 

Ölümündən 2 həftə sonra – 8 oktyabr 1992-ci ildə Sərdar Səfərova “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. Doğma yurdu Kəlbəcərdə dəfn edilmiş qəhrəmanın adına orada küçə var.

Səhifəni hazırladı: 
Əli NƏCƏFXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:250
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri