Icma.az
close
up
RU
Xüsusi Təyinatlı Polis Dəstəsinin qəhrəman ŞƏHİDİ

Xüsusi Təyinatlı Polis Dəstəsinin qəhrəman ŞƏHİDİ

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son iki yüz illik Azərbaycan tarixində böyük bir tarixi qələbənin sevincini bütöv Azərbaycan yaşayır. By tarixi qələbəni bizlərə yaşadan torpağı vətən edən şəhidlərimiz, sağlamlığını vətən uğrunda itirən qazilərimiz, səngərdə əlləri tətikdə dayanan əsgərimiz və Müzəffər Ali Baş Komandanın düşünülmüş siyasətidir. 2020-ci ilin sentyabrın 27-də başlayan əks hücum əməliyyatı Azərbaycanı Dəmir yumruq altında birləşdirdi. Hər kəs orduya, döyüşə yazılmağa can atırdı. Könüllülərin izdihamı və döyüş istəyi yalnız bir amala xidmət edirdi. O da qisas duyğusu idi. HƏR BİR KÖNÜLLÜ yalnız bir arzu uğrunda torpaqlarımızın azadlığı və Azərbaycanın suverenliyinin pərpası istəyi ilə silaha sarılırdı. 

Qarabağ müharibəsində erməni işğalçılarına sinəsini sipər edən qəhrəmanlarımız  sücaətləri ilə Azərbaycanda yetişən gəncliyə vətənpərvərlik nümunəsi göstərdilər. Onlar xalqımızın qəhrəmanlıq xəzinəsidirlər.

Şəhidlik ulularımızdan bizlərə miras qalan torpağa, vətənə, müqəddəs dəyərlərimizə sahib çıxmaq, verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Bu bir  adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda canından keçib, bu yolda özünü qurban vermək deməkdir. 

"Torpaq, uğrunda ölən varsa, Vətəndir!” -deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Haqqında söhbət açacağımız şəhid-qəhrəman da torpağı vətən edən qəhrəmanlardandır. Onlar ölməzliyə, şəhidlik zirvəsinə ucaldılar. Bu gün hər bir Azərbaycan gənci belə qəhrəmanların vətən sevgisini özlərinin gələcək həyatında vətənə məhəbbət nümunəsi kimi qəbul edirlər. Onlar torpağı vətən eləməklə Azərbaycanın şanlı zəfər tarixini yazdılar.

Bu bir həqiqətdir ki, Birinci Qrabağ savaşında da bu istəklə döyüşə atılanlar çox idi. Elə haqqında söhbət açacağımız şəhid-qəhrəmanlardan biri barədə söhbət açıb, onun döyüş yoldaşlarının xatirələrindən bəzi məqamları səhifləyəcəyik.

 Xatırladaq ki, Brinci Qarabağ müharibəsində hünər tarixi yazan əfsanəvi qəhrəmanlardan biri Eldəniz Fabir oğlu Məmmədovdur.

ELDƏNİZ FABİR OĞLU MƏMMƏDOVUN HƏYAT YOLUNA QISA NƏZƏR SALAQ. 

Şəhid qəhrəmanın həyat yolu

 XTQD-ın əməkdaşı polis serjantı Məmmədov Eldəniz Fabir oğlu 12 may 1970-ci ildə Laçın şəhərində anadan olmuşdur. O, 1987-ci ildə Laçın 1N°-li orta məktəbini bitirmiş, elə həmin il Bakı Kooperativ Texnikumuna daxil olmuş, 1 il sonra həqiqi hərbi xidmətə çağırılmışdır. Eldəniz Məmmədov hərbi xidmətini Arktikada başa vurduqdan sonra 1990-cı ildə Laçın rayonuna qayıtmış, rayonda yaradılan özünümüdafiə batalyonuna yazılmışdır. O, Zabux, Daşaltı, Kərkicahan döyüşlərində düşmənin 4 BMP-ni vurmuş və 18 nəfər düşmən əsgərini məhv etmişdir. Laçının Fərəcan kəndi yaxınlığında “Arpa gədiyi” adlanan yerdə 4 erməni əsgərini məhv etmiş və bu döyüşdə mühasirəyə düşmüşdür. Onun qorxmazlığı və döyüş təcrübəsi sayəsində düşdükləri mühasirədən qəhrəmancasına vuruşaraq xilas olmağı bacarmışlar. Sonrakı döyüşlərdə isə 12 erməni əsgərini əsir götürülməsinə nail olmuşlar. Döyüş yoldaşlarının verdiyi məlumata görə, Qubadlının “Əyin” kəndində sərrast atəşi ilə ermənilərin artilleriya nöqtələrini məhv etmişlər. Laçının Tığik-1 və Tığık-2 kəndlərində ermənilərlə qarşı-qarşıya döyüşdə 30-a qədər erməni əsgər və zabitini məhv etmişlər. Kəlbəcərin Narışdar kəndində ermənilərə məxsus 1 vertalyotu vurmuşdur. Ermənistanla həmsərhəd olan 30-31-32 postlarda düşmənin  2 BPM-ni və xeyli saylı canlı qüvvəsini məhv etmişdilər.1992-ci ilin sentyabr ayının 16-da Ağdərə bölgəsinin Çıldıran kəndi yaxınlığında gedən döyüş zamanı “PTURS” silahı ilə düşmənin 1 ədəd tankanı və 1 ədəd yük maşınını sıradan çıxarmışdır.

1992-ci ilin sentyabr ayının 17-də Vaqauz döyüşü zamanı düşmənin 1 ədəd yük maşınını və 7 səngərini darmadağın etmişdir. Bundan sonra o, Kaçaqot,   Artunaqomer, Paqosomer ətrafında gedən döyüşlərdə xüsusilə fərqlənmişdir. 1992-ci il sentyabr ayının 22-də Kaçaqot döyüşündə düşmənin canlı qüvvəsi ilə dolu maşını və bir ədəd zirehli transportyorunu məhv etmişdir. 1993-cü ilin fevral ayının 8-də Kasapet kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. XTQD-ın əməkdaş polis serjantı Məmmədov Eldəniz Fabir oğlu 21 mart 1993-cü ildə döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur.

O, subay idi. Şəhid Məmmədov Eldəniz Fabir oğlu Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycan Respublikası Nazirlər kabinetinin 17 sentyabr 1996-cı il tarixli 125 saylı qərarı ilə Laçın rayonunun Ağanus kənd mədəniyyət evinə Eldəniz Məmmədovun adı verilmiş, 1995-cı ildə “Hərbi xidmətlərə görə” medal ilə təltif olunmuşdur. ...

    Anası Ruqiyyə İsmayılovanı yaxşı tanıyırdım. Əsl Azərbaycan xanımının nümunəsi idi. Eldəniz haqında düşünəndə gözləri yaşarardı, gözlərini silə-silə, aram-aram danışırdı. Laçında bağçada işləmişdi. Hər kəlməsində bir nəsihət var idi. Şəhid oğlunun dərdi onu da bu dünyadan apardı. Allah rəhmət eləsin!

Eldəniz Məmmədovu dostları belə xatırlayır...

Döyüşçü Xəyyam Nəsirov: “Eldəniz Məmmədovla 811 saylı hərbi hissədə bir yerdə olmuşuq. Onu səngərdə tanıdım, ən çətin anlarda onunla yoldaşlıq elədim. Çox qorxmaz oğul idi. Dostluqda və yoldaşlıqda çox etibarlı və dəyanətli, əsl döyüş yoldaşı idi”. 

Silahdaşlarından Qarabağ qazisi Vaqif Yusifov şəhid Eldəniz Məmmədovla döyüş xatirələrini bizimlə belə bölüşür: “Şəhid qardaşımıznan ilk tanışlığımız 1992-ci ildə olub. Xüsusi Təyinatlılara qəbul olanda. Məlum oldu ki, Eldəniz Laçında 811 saylı hərbi hissənin tərkibində bir çox döyüşlərdə iştirak edib. İlk döyüşümüz onunla Ağdərənin alınmasında başladı və əməliyyat uğurla nəticələndi. Sırxavənd, Vəng, Dovşanlı uğrunda gedən ağır döyüşlərdə döyüşmüşük, o, etibarlı, qorxmaz və cəsarətli idi. Onun qarşısını heç nə ilə almaq mümkün deyildi. Elə hey döyüşmək, ermənilərdən qisas almaq istəyirdi. Həmin döyüşlərdə Eldəniz düşmənin 2 tankını və 3 BMP-sini vurmuşdu. Onunla sonuncu döyüşümüz 1993-cü ilin mart ayında oldu. Səhv eləmirəmsə mart ayının ya 20-si, ya da 21-i idi. Gecə komandanlıqdan bizə əmr gəldi ki, döyüş ərazisində uyğun mövqe tutmaq lazımdır. Gecə saat 2:00-da biz mövqeyimizə qalxdıq. 

Səngər qazıb döyüş mövqeyimizi möhkəmləndirdik.  O, tank əleyhinə idarə olunan raketi(Faqot-Təyir) döyüşə hazır vəziyyətə gətirmişdi. Ağdərənin üstündə Qlobus dağı deyilən yerdə döyüş mövqeyində idik. Səhər saat 6-7 radələrində ermənilər hücuma keçdi. 5 tank və 7-yə yaxın piyadaların döyüş maşını, təxmini belə saydım. O vaxtki döyüşlər üçün bu çöx böyük qüvvə idi. Döyüş başladı. Həmin döyüşdə idarə olunan raket qurğusunun raşotunda Eldəniz, Əsəd də var idi. Eldəniz həmin döyüşdə ermənilərin bir tankını və 2 piyadaların döyüş maşınını vurmuşdu. Sonradan Ermənilər tankalrı geri çəkildi. Ancaq düşmənin piyada dəstəsi bizə tərəf irəliləyirdi. Açıq döyüş başladı. Qarşı ərazi şumluq idi, elə həmin ərazidən də ermənilərin piyada dəstələri üstümüzə gəlirdi. O döyüşlərdə Eldəniz erməninin 10 əsgərini məhv etmişdi. Bunun şahidiyəm. Günorta saatıarında bildik ki, düşmən bizim döyüş mövqeyimizi müəyyən edib. 120 MM-lik minamyotla mərmiləri düz bizim üzərimizə atmağa başladılar. Mərmilərdən biri bizim aramıza düşdü. Həmin vaxtı mən səngərdəydim. Mərminin partlayışından sonra, gördüm ki, Eldəniz və Əsəd şəhid oldu. Digər bir silahdaşımız Əsgər adında döyüşçü isə ağır yaralandı, sonradan ayağı amputasiya oldu. Allah Eldənizə, Əsədə və cəmi şəhidlərimizə rəhmət eləsin. İndi onların ruhları şaddır, uğrunda canlarından keçdiyi torpaqların üzərində Azərbaycan bayrağı dalğalanır”.

Bəli, uğrunda şəhid olduğunuz torpaqlar işğaldan azaddır. 

Ruhun şad olsun ŞƏHİDİM!

Şəhidlər ölməz, vətən bölünməz!

Qarabağ Azərbaycandır!

Subut Mehdiyev, jurnalist,

İnsan Hüquqları müdafiəsi Mərkəzi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Mart 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəziyyətin nəzarətdən çıxması daha geniş regional müharibəyə çevrilə bilər

10 İyul 2026 12:58see532

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see334

Zakir Həsənovdan Vətən Müharibəsi Qəhrəmanına böyük jest RÜTBƏSİNİ ARTIRDI

11 İyul 2026 19:42see311

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see295

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see291

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see246

ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem

10 İyul 2026 23:40see226

DÇ 2026: İspaniya 1/4 finalda bu gün Belçika ilə üz üzə gələcək

10 İyul 2026 12:08see211

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see198

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

10 İyul 2026 18:26see195

Söz və qələm: Jurnalistikanın əbədi gücü...

10 İyul 2026 14:43see174

Öldürülsə, İrana görünməmiş zərbələr endirməyi tapşırıb

10 İyul 2026 21:02see173

Kim bilir sabahım necə gələcək

10 İyul 2026 21:02see173

Azərbaycan kinosunun ən uğurlu 18+ filmi (VİDEO)

11 İyul 2026 05:19see168

Azərbaycan Özbəkistan vətəndaşını ölkəsinə ekstradisiya etdi

10 İyul 2026 18:20see163

Yamal Fransaya meydan oxudu “Onların qorxmalı olduğu komanda bizik”

11 İyul 2026 02:23see163

Dünyanın gözü Hörmüzdə: ABŞ nin İrana verdiyi vaxt bitir, gəmilər radarlardan itir

11 İyul 2026 09:02see158

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see155

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see154

“Rihanna dördüncü dəfə ana olacaq”

11 İyul 2026 08:41see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri