Icma.az
close
up
RU
Qəhvədən imtina etdikdən sonra nə baş verir? Orqanizmdə 7 dəyişiklik

Qəhvədən imtina etdikdən sonra nə baş verir? Orqanizmdə 7 dəyişiklik

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Mütəxəssislərin fikrincə, kofein qəbulunu birdən-birə dayandırmaq həm mənfi, həm də müsbət təsirlərə səbəb ola bilər. 

Qaynarinfo xəbər verir ki, "Eatingwell"in yazısına görə, kofein müəyyən dərəcədə asılılıq yaradan maddədir və ondan imtina zamanı orqanizmdə çəkilmə simptomları görünə bilər. Buna görə də mütəxəssislər qəhvəni tədricən azaltmağı məsləhət görür.

1. Baş ağrıları – kofein həm baş ağrısını azalda, həm də onun yaranmasına səbəb ola bilər. Qəhvəni dayandırdıqda damarlar normal vəziyyətinə qayıdır və bu, müvəqqəti baş ağrılarına gətirə bilər.

2. Qəbizlik – qəhvə həzm sistemini stimullaşdırır. Ondan imtina bağırsaqların fəaliyyətini zəiflədə bilər. Problemin qarşısını almaq üçün daha çox su və lifli qidalar qəbul etmək tövsiyə olunur.

3. Yorğunluq və süstlük – kofein stimulyator olduğundan onun olmaması bir neçə gün ərzində enerjisizlik, yuxululuq və diqqət azalmasına səbəb ola bilər. Bu təsirləri azaltmaq üçün qəhvəni tədricən azaltmaq məsləhətdir.

4. Çəki itkisi – şəkər və qaymaqla içilən qəhvədən imtina gündəlik kalori qəbulunu azaldaraq arıqlamağa kömək edə bilər.

5. Narahatlığın azalması – qəhvədən imtina əsəbilik və gərginliyi azaldaraq stresslə mübarizəyə yardımçı ola bilər.

6. Yuxu keyfiyyətinin yaxşılaşması – kofein yuxu-oyanıqlıq dövrlərinə təsir göstərir və orqanizmdə saatlarla qala bilir. Ondan imtina yuxusuzluq riskini azaldır və dincəlməni asanlaşdırır.


7. Daha ağ dişlər – Amerika stomatoloji assosiasiyası qəhvəni dişlərin rəngi və mina sağlamlığı üçün ən zərərli məhsullardan biri hesab edir. Qəhvədən imtina dişlərin təmiz və ağ görünməsinə şərait yarada bilər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see253

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see191

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see187

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see151

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see135

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri