Icma.az
close
up
RU
Qəlbin və qələmin hesabatı Çağdaş poeziyamızın nəğməkarı

Qəlbin və qələmin hesabatı Çağdaş poeziyamızın nəğməkarı

Icma.az, Azertag saytına istinadən bildirir.

Tanınmış şair Yusif Nəğməkarın 70 illik yubileyi qeyd olunub

Bakı, 12 iyun, AZƏRTAC

70 il - ömrün zirvəsi, həyatın hesabat məqamıdır. Bu yaş, təkcə rəqəm deyil, geridə qalan illərin, çəkilən zəhmətlərin, qazanılan uğurların, yazılan sözlərin, yaşanan duyğuların sükutlu zirvəsidir. İnsan bu yaşda arxaya boylanır, illərlə tikilən mənəvi saraya nəzər salır...

AZƏRTAC xəbər verir ki, bu fikirlər iyunun 12-də Azərbaycan Yazıçılar Birliyində (AYB) “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə şair-publisist Yusif Nəğməkarın 70 illik yubileyinə həsr olunan “Çağdaş poeziyamızın nəğməkarı” adlı kitabın təqdimatı zamanı deyilib.

Təqdimatdan əvvəl jurnalistlərə açıqlamasında Yusif Nəğməkar söyləyib ki, bu kitab qəlbin və qələmin hesabatıdır. “Kitabda toplanan elmi-təhlil məqalələr, mənim yaradıcılığıma verilən dəyərin nişanəsidir. Xalq yazıçısı Mirzə İbrahimovun, Xalq şairləri Bəxtiyar Vahabzadə və Rəsul Rzanın haqqımda söylədikləri sözlər bu səhifələrdə bir ömrün güzgüsünə çevrilir. Onların dərin düşüncələri, incə müşahidələri, mənə verilən mənəvi qiymət, bu toplunun ruhunu təşkil edir”,- deyə Y.Nəğməkar əlavə edib.

Tədbirdə çıxış edən kitabın məsləhətçisi, akademik Nizami Cəfərov Yusif Nəğməkarın yaradıcılığından söhbət açıb: “Yusif Nəğməkar təkcə şair deyil, o həm də xalqın ruhunu özündə yaşadan bir ziyalıdır. Onun yaradıcılığı ilə xalqın yaddaşı arasında qırılmaz bir bağ var. Şair hisslərinin dalğasında üzməyi sevir, lakin bu dalğaların içində daim dərin düşüncə, ahəng və harmoniya hökm sürür. Onun “Ələsgər zirvəsi” poeması isə bir daha sübut edir ki, o, xalq ədəbiyyatının qan yaddaşını yaşadan sənətkardır”.

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli Yusif Nəğməkarı yalnız söz ustadı deyil, həm də gözəl bir səs sahibi olduğunu deyib: “O, həm gözəl ifaçı, həm də fəxr ediləsi ziyalıdır. Yusif müəllimin şeirlərində fəlsəfi dərinlik, mənəvi zənginlik, insanın daxili dünyasına enmək bacarığı var. Mən ona Dədə Ələsgərin ömrü qədər uzun və mənalı bir ömür arzulayıram”.

AYB-nin katibi Elçin Hüseynbəyli Yusif Nəğməkarı səmimi sənətkarlarımızdan biri kimi dəyərləndirib və ona Azərbaycan Yazıçılar Birliyinin diplomunu təqdim edib.

Tədbirdə Yusif Nəməkarın şeirlərinə bəstələnən mahnıları ifa edən Xalq artisti Niyaməddin Musayev və digər çıxışçılar şair haqqında fikirlərini bölüşüblər.

Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirən şair yeni şeirlərini səsləndirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see228

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see228

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see223

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see221

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see201

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see196

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see195

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see183

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see179

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see173

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see164

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see162

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see160

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see157

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see145

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see145

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri