Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Moskva sakinlərinə mayın 9-da saat 9:00-dan 13:00-dək liftdən istifadə etməmək tövsiyə olunub.
APA-nın Rusiya bürosu xəbər verir ki, buna səbəb kimi rabitə əlaqəsinin bir neçə saatlıq tam kəsiləcəyi göstərilib.
Qeyd olunub ki, Moskvadakı çoxmərtəbəli binaların sakinləri bir neçə saat liftdə ilişib qala bilərlər, çünki nasazlıq barədə siqnal rabitə problemi səbəbindən lift xidmətlərinə çatmayacaq.
Xatırladaq ki, sabah 9 May Qələbə gününün 80-ci ildönümü ilə bağlı Moskvada xarici dövlət başçılarının iştirakı ilə tədbirlər keçiriləcək. Qırmızı Meydandakı Parad və Kremldə keçiriləcək tədbirlərlə bağlı Moskvada mobil rabitə və internetin müvəqqəti olaraq tam kəsiləcəyi bildirilib.
Bu mövzuda digər xəbərlər:Moskvada Qələbə Günü Paradı keçiriləcək
28 Aprel 2026 13:35
Moskvada Qələbə paradı keçirilib
09 May 2025 12:45
Moskvada Qələbə paradına hazırlığın görüntüləri
07 May 2025 12:08
Sakinlərə XƏBƏRDARLIQ: Bu saatlarda liftdən istifadə etməyin
09 May 2025 13:49
Hərbçilərimiz Moskvada Qələbə paradının məşqində VİDEO
06 May 2025 09:54
Baxış sayı:202
Bu xəbər 08 May 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















