Qələbə Putinin yox, Trampın olmalıdır: Zelenskidən sətiraltı ÇAĞIRIŞ
Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatması Vladimir Putinin deyil, ABŞ prezidenti Donald Trampın qələbəsi olmalıdır.
Publika.az “European Pravda”ya istinadən xəbər verir ki, bunu Ukrayna prezident Vladimir Zelenski deyib.
Jurnalistin ABŞ prezidenti Donald Trampın sülh danışıqlarındakı rolu ilə bağlı sualına Zelenskinin cavabı belə olub: “Mən hesab edirəm ki, Ukraynada müharibənin dayandırılması məsələsi Putinin yox, Trampın qələbəsi olmalıdır. Avropa güclüdür, Çin Rusiyadan güclüdür".
O qeyd edib ki, Rusiya ilə hər hansı danışıqlara başlamazdan əvvəl birgə fəaliyyət planının formalaşdırılması vacibdir.
“Düşünürəm ki, Putinlə ünsiyyətimizə qədər bir plan hazırlamağımız məsləhətdir. Bu, ABŞ-ın, Avropa İttifaqının, bütövlükdə Avropanın maraqlarına uyğundur”, - deyə Zelenski bildirib.
Adəm Abbaslı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 23 Yanvar 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















