Icma.az
close
up
RU
Qələbənin 5 illiyi: Müharibə necə qazanıldı və nələr dəyişdi? ANALİZ

Qələbənin 5 illiyi: Müharibə necə qazanıldı və nələr dəyişdi? ANALİZ

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

2020-ci il noyabrın 10-da Moskvada imzalanmış üçtərəfli bəyanat faktiki olaraq müharibənin qalibini və məğlubunu təsdiq etdi və Ermənistanın Qarabağ üzərindəki real hakimiyyətinə son qoydu.

Ən çətin problemi necə həll etdik?

Qarabağ probleminin həlli dünyada ən çıxılmaz vəziyyət kimi görünürdü. Burada elə bir formul tapmaq mümkün deyildi ki, həm hər iki tərəf razı qalsın, həm beynəlxalq hüquq və ədalət bərqərar olsun. Azərbaycan isə məsələni elə həll etdi ki, həm özünün bütün istəklərini yerinə yetirdi, həm də ermənilərin havadarlarının bütün bəhanələrini əlindən aldı.

Ay yarım davam edən müharibə ərzində Azərbaycan Ordusu inanılmaz qəhrəmanlıq nümayiş etdirdi. Mükəmməl hərbi texnikalara, peşəkar döyüş vərdişlərinə yiyələnmiş ordumuz düzgün planlaşdırılmış döyüş əməliyyat planları nəticəsində Qarabağda fransızların yaratdığı “keçilməz” deyilən müdafiə xəttini darmadağın etdi və sürətlə Ermənistan sərhədlərinə doğru irəliləməyə başladı. Ermənistan ordusu 1 ay ərzində demək olar ki, tam darmadağın edildi. Sonrakı yarım ayı düşmən son mövqələrini ümidsiz müdafiəyə sərf etdi, Şuşa da azad edildikdən sonra ordusu tam darmadağın edilərək sıradan çıxarılmış İrəvan təslimçi razılaşmaya- faktiki kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Azərbaycan bütün Qarabağı geri qaytardı- yarısını döyüşlə azad etdi, yarısını isə sülhlə qaytarmağa məcbur oldular.

Qarabağda nələr dəyişir?

Bu Qələbənin əhəmiyyətini saymaqla bitməz. Qarabağın azad olunmasının ölkəmizə verəcəyi böyük iqtisadi faydalar isə tamam başqa yazının mövzusudur və bu məsələləri əvvəlki yazılarmızda qeyd etmişik.

Hazırda Azərbaycan hökuməti Qarabağda böyük bərpa və quruculuq işlərini davam etdirir. Keçən 5 il ərzində işğal olunmuş ərazilərdə xeyli insfrastruktur layihələri həyata keçirilib, şəhər və kəndlərin bərpasına başlanılıb. Qarabağ böyük bir tikinti meydanına çevrilib. Bir çox xarici dövlətlər və şirkətlər bölgədəki nəhəng layihələrə investisiya qoyur və bu işlərdə iştirak edir.

Zəngəzur nəqliyyat dəhlizinin bərpası işləri də sürətlə davam edir. Bu dəhlizin Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinə qoşulması ilə Azərbaycan böyük bir regionda həm tranzit qovşağına, həm də logistik mərkəzə çevriləcək. Ən əsası ölkəmizin anklavda olan hissəsi- Naxçıvanla birbaşa quru əlaqəsinin yaranması həddən artıq vacib və strateji əhəmiyyətli bir tarixi hadisə olacaq.

NƏTİCƏ: kim nə qazandı, kim nə itirdi?

Regionda yeni əməkdaşlıq platformasının yaradılmasından bütün regon dövlətləri fayda əldə edəcək. O cümlədən, işğalçı və terrorçu siyasətindən əl çəkərsə, çökməkdə olan Ermənistan d

Region dövlətlərinin qazandıqlarına qısaca nəzər salaq.

1. Rusiyanın qazancı odur ki, Zəngəzur dəhlizinin açılması ilə özünün cənub-qərb sərhədlərindən daha bir nəqliyyat dəhlizi əldə etmiş olur.

2. Türkiyənin qazancı- Naxçıvan ərazisindən Azərbaycanın bütün ərazisinə və Orta Asiyaya birbaşa çıxış əldə edir. Üstəlik, yaxın gələcəkdə regional əməkdaşlıqdan, nəqliyyat dəhizlərindən xeyli iqtisadi fayda əldə edəcək.

3. İran da regional əməkdaşlıq platformasından xeyli iqtisadi dividentlər əldə edəcək. Sanksiyalar altında və yarımblokada şəraitində qalaraq iqtisadiyyatı zəifləyən ölkə üçün bu çox əlverişli nəfəslikdir.

4. Gürcüstanın əsas qazancı odur ki, Cavaxetiya məsələsi getdi tarixin arxivinə, çünki on smüharibədən hərbi və iqtisadi cəhətdən darmadağın çıxan Ermənistan çox uzun müddət özünə gələ bilməyəcək ki, potensial etnik qarşıdurma ocağını alovlandırıb Gürcüstanda 2-ci Qarabağ yarada bilsin. Amma ölkənin strateji əhəmiyyəti və tranzitdən gəlirləri bir qədər azalacaq. Nəqliyyat dəhlizləri şaxələnəcək, Türkiyə və Azərbaycanın Gürsüstandan asılılğı azalacaq. Bununla belə, regional əməkdaşlıq platformasına qoşulsa daha çox fayda əldə edə bilər.

5. Ermənistan blokada şəraitindən çıxacaq, iqtisadi və ticari imkanları artacaq, regional əməkdaşlıq layihələrindən kənarda qalmayacaq, Zəngəzur dəhlizi vasitəsilə Rusiya, Şərqi Avropa və Orta Asiya ölkələrinə çıxış əldə edəcək. Əhalinin yaşayış səviyyəsi nisbətən yaxşılaşacaq.

Qələbəni nəyin müqabilində qazandıq?

Bütün bu qələbə, ilk növbədə, Ali Baş Komandanın rəhbərliyi altında Ordumuzun, qəhrəman hərbçilərimizin hesabına əldə olundu. Lakin müharibəni təkcə dövlət, təkcə ordu aparmır. Arxa cəbhədə də müharibə gedirdi. Xalqımız orduya maddi-mənəvi dəstəyi ilə, informasiya müharibəsindəki zəhməti ilə, kibermüharibədəki zərbələri ilə Ermənistanın hərbi, siyasi, iqtisadi, texnoloji cəhətdən çökməsində böyük rol oynadı.

Ali Baş Komandan İlham Əliyevin güclü sərkərdəlik qabiliyyəti, böyük siyasi-diplomatik təcrübəsi, ağıllı iqtisadi strategiyası sayəsində həm döyüş meydanında, həm də siyasi meydanda qələbə əldə olundu.

Beləliklə, çox qısa müddətdə Azərbaycan problemi həll etdi və torpaqlarını qaytararaq ərazi bütövlüyünü bərpa etdi. Bu müharibədə Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz ön cəbhədə, bütün xalqımız da arxa cəbhədə döyüşdü. Xalqla dövlətin birliyi qalib gəldi. Zaman keçəcək və hamı bu Qələbənin tariximizdə ən böyük və ən möhtəşəm Qələbə olduğunu və onun hələlik ortada olmayan strateji faydalarını da görəcək.

Prezidentimizin mükəmməl strateji düşüncəsi sayəsində Qarabağı ən yaxşı variantla, mümkün olan ən minimal itkilərlə azad etdik. Prezidentimizin prosesi ən uyğun beynəlxalq şəraitin yarandığı vaxtda, əvvəlcədən iqtisadi, siyasi-diplomatik və informasiya-təbliğat müharibəsini qazanmaqla başlaması, eyni vaxtda həm müharibəni, həm xarici siyasəti, həm informasiya müharibəsini, həm ölkənin idarə edilməsini mükəmməl aparmaqla arzu etdiyimizdən də böyük nəticəyə daha asan nail olması bunu deməyə əsas verir.

Qələbəni regiona ən böyük təsir imkanı olan Rusiyanı və əksər ölkələri tərəfinə çəkərək qazanan, Qarabağı mümkün olan ən yaxşı şərtlərlə azad edən, milli birliyi təmin edən İlham Əliyev həm böyük dövlət rəhbəri, həm böyük sərkərdə, həm böyük milli lider olduğunu sübut etdi- həm öz adını, həm də 9 noyabrı qızıl hərflərlə tarixə yazdı.

Elçin Bayramlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Noyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri