Icma.az
close
up
RU
Qələmsiz yazılanlar Rəşad Məcidin status esseləri

Qələmsiz yazılanlar Rəşad Məcidin status esseləri

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini

Həddindən artıq mənasız informasiya, bəd xəbər yaddaşsızlığa aparıb çıxaracaq. İnsan beyni donacaq, tab gətirməyəcək. Süni intellekt insanı üstələyəcək, sonda onu idarə edəcək, yönləndirəcək. Bir sözlə, dünya yaşamalı və zövq almalı yer olmayacaq.

lll

İnsanın gücü və böyüklüyü həm də onun sərrast yumora münasibəti ilə ölçülür. Yerində söylənən iti bir yumora ürəkdən gülmək və səmimi reaksiya özünəgüvənin göstəricisidir.

Səmimiyyətimiz itməsin, gülüşümüz azalmasın!

lll

Nə qədər xatırlamağa çalışsan da, unudulanlar, yaddan çıxanlar həmişə olacaq.

lll

Dörd yanımızda cövlan edən hədsiz informasiyaları yadda saxlamaq, həzm etmək müşküldür. Xaosun başlanğıcıdır.

lll

Zamanı unutduran, insanı vəcdə gətirən, qürurlandıran musiqimiz var. Həftənin beş günü imkan olmasa da, şənbə günü vaxt ayırıb dinləmək ən yaxşı dinclik və əvəzsiz zövqdür!

lll

Günəşi qaynar, kölgəsi sərin...

lll

İnsan yaddaşı bu qədər informasiyanı daşımağa qadir deyil...

lll

Ötən il MDB Humanitar Əməkdaşlıq Şurasının qərarıyla Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı seçilib. Laçın bu estafeti Özbəkistanın qədim Səmərqənd şəhərindən təhvil alıb.

MDB-yə üzv ölkələrdən gələn rəsmilər, incəsənət nümayəndələri, bədii kollektivlər və media mənsubları "MDB-nin mədəniyyət paytaxtı - 2025" ilinin rəsmi açılış mərasimində iştirak etmək üçün təyyarəylə Laçına yola düşür. Bir neçə gün öncə Laçında möhtəşəm tədbirlərin inanılmaz həyəcanından sonra belə bir səfərin iştirakçısı olmaq qürurvericidir.

lll

Ekstremal situasiyada düzgün qərar qəbul etmək liderlik keyfiyyətidir. Laçında Qala-konsert zamanı qəfil işıqlar söndü. Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Ceyran Abbaslı və onun tələbə dostları kreativ çıxış yolu tapdılar, "Qarabağ" mahnısını ifa etməklə texniki problemdən yaranan fasiləyə şux ovqat gətirdilər!

İstedad məğlubedilməzdir!

lll

Laçında düşmən gözü çıxaran atəşfəşanlıq!

lll

Hörmətli Xalq artisti Əli Nurun mənə ünvanladığı və Əməkdar artist hörmətli Mehriban Xanlarovanın da feysbuk sosial şəbəkəsində paylaşdığı Açıq məktubu oxudum.

Əvvəla, Mətbuat Şurasının hansısa media subyektinin, yaxud jurnalistin yaradıcılıq azadlığını məhdudlaşdırmaq kimi səlahiyyəti yoxdur. İkincisi, mən özüm də bir il Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvü olmuşam. Teatrın aktyorları ilə gözəl təmaslarım, hər birinə dərin hörmətim var. Sənət adamları mənim üçün böyük dəyərdir. Bu dəyər tərəfkeşlik kimi primitiv saydığım əmələ qurban verilə bilməz.

Şəxsi mövqeyimə gəldikdə, mən sənət cameəsindəki intriqaların ictimai müzakirələr müstəvisinə çıxmasının tərəfdarı deyiləm. Fikrimcə, cəmiyyətə örnək şəxslərin adları yalnız onların yaradıcılıqları müstəvisində gündəmə gəlməlidir. Akademik Milli Dram Teatrı kollektivinin üzvləri də bu kateqoriyadan olan şəxslərdirlər. Arzu edərdim ki, onlar teatrın daxili problemlərinə, qəlizləşən münasibətlərə teatrın özündə müzakirələrlə aydınlıq gətirsinlər, çıxış yolları tapsınlar. Belə yanaşma daha optimaldır, ziyalı ampluasına xas davranışdır, ən əsası daha etikdir.

Təəssüf edirəm ki, aktyorlar və teatr rəhbərliyi arasında münasibətlər yaradıcılıq müstəvisindən çıxıb, ictimaiyyətin də arzulamadığı cılız intriqalara yönəlir. Belə xırda intriqaların mətbuata çıxarılması isə ilk növbədə ehtiram bəslədiyimiz sənət adamlarının nüfuzuna xələl gətirir.

Mətbuat Şurasının fəaliyyət prinsiplərində əsas olan medianın, habelə cəmiyyətin maraq və mənafelərinin qorunmasıdır.

Biz daim buna əməl etməyə çalışırıq.

Sonda bir daha kin və qəzəbin səmimi münasibətləri üstələməyəcəyinə böyük ümidimi, sənət adamlarımızın təmkininə inam və ehtiramımı bildirirəm.

lll

Hansı dindən olur-olsun, günahsız insanların qətliamına sevinmək naqis keyfiyyətdir. Heç bir səbəb belə qəddarlığa bəraət qazandıra bilməz. Gözümüzün önündə bir mülki insana da toxunmayan Azərbaycan nümunəsi var.

İndi səmamız və torpağımız pənah gətirən sərnişin təyyarələrinin və evlərinə dönən insanların toxtadığı yerdir.

Allah Vətənimizi qorusun!

Mərhəmətimiz azalmasın!

lll

Uzun danışdısa, deməyə sözü yoxdur.

lll

100 ildən çox keçib, amma Mirzə Ələkbər Sabirin personajları əvvəlkindən də diridir. Təəssüf!..

lll

Jurnalistlər insan faciələrinin, qətl hadisəsinin təfərrüat və detallarını yazarkən son dərəcə həssas olmalıdırlar. Bəzən elə təəssürat yaranır ki, jurnalist ayrı-ayrı faciəli olayları təqdim edərkən, ona özünün daxilindəki natamamlıq elementlərini, psixi sarsıntıların qazandırdığı mənfi çalarları qatır, tam gərəksiz yerə durumu tündləşdirir. Beləcə, peşəkarlıq sadizmə qurban verilir.

lll

Arzular tükənməzdir, həddi-hüdudu yoxdur.

lll

Empati hissi heç kimi qınamağa imkan vermir.

lll

Çoxlu sitatların yer aldığı kitabları oxuya bilmirəm. Mənə müəllifin öz fikirləri maraqlıdır; bunlar səhv, ya düz, doğru, ya yanlış ola bilər. Amma fərqli, təzə fikir daha çox maraqlı gəlir.

lll

İran Prezidentinin təyyarəsi Füzuliyə endi!

lll

Hər bir xalqın özünə sevgisi, qürur hissi təbiidir, müqəddəs duyğudur.

Bunu aşağılamaq, ironiya etmək qeyri-insani hərəkətdir. Ucalıq, böyüklük, geniş ürəklilik bunu qəbul etmək, dözümlü yanaşmaqdır. Qalibiyyət də burdadır.

lll

Bir bəhanə tapıb ürəyini boşalda bilmək də böyük xoşbəxtlikdir.

lll

Sabah elə bu gündür. Sabaha ümid bəsləmə.

lll

Rəşad müəllim, bacım sizə Şuşa torpağından və Xarıbülbüldən qələm düzəldib. Bu rəsmi də sizin üçün çəkib. Taxta üzərində yandırma üsulundadır. İnşallah, nə vaxt gəlsəniz, xəbər edərsiniz.

(Şuşadan gənc dostum Məcid Məmmədov yazıb. Özü də, bacısı da istedadlıdır. Şuşada yaşayırlar. Minnətdaram! Çox təsirləndim!)

lll

Üç ölkədə oxuyub, universitetlər bitirib, cahilliyi bir qətrə də azalmayıb.

lll

Göz-gözə yatan canavarlar...

lll

Suyu üfürməkdən dodaqları şişmişdi...

lll

Darıxdırıcı, şablon adamlar...

lll

İddialı başlıqlar, boş söz yığınından qurulmuş cümlələr...

lll

Caz festivalının icraçı direktoru, "Caz dünyası" jurnalının baş redaktoru Leyla xanım Əfəndiyevanın dərin narahatlıq içərisində jurnalistlərə etdiyi müraciətini oxudum və bu barədə bir neçə söz deməyi özümə borc bildim.

Məsələ bu günlərdə Leyla Əfəndiyevanın sosial şəbəkədə azərbaycanlı müğənni, "I am Jazzman" yarışmasının finalçısı Albina Pyakşevanın Meksika-ABŞ sərhəddini keçərkən faciəvi şəkildə dünyasını dəyişməsi barədə sonradan təsdiqini tapmayan başsağlığı tipli xəbər yaymasından sonra başlayıb. Leyla xanımın sosial şəbəkədəki bu paylaşımını görəndə gənc müğənninin faciəli ölümündən mən də dərin kədər hissi keçirmiş, bərk təəssüflənmişdim. Xəbər yayılar-yayılmaz bir sıra fəal sosial şəbəkə istifadəçisi tez-tələsik öz hiddət və qəzəbini bildirən status yazmışdı. Eyni zamanda bir sıra tanınmış media subyekti də Leyla Əfəndiyevanın bu xəbərini yaymış, məsələyə münasibət bildirmişdi. Lakin çox keçmədən aydın oldu ki, yayılan xəbər təsdiqini tapmır. Bundan sonra Leyla Əfəndiyeva da bu feyk xəbərin yayılmasından ciddi narahatlığını bildirdi, məyusluq içərisində öz təəssüfünü ifadə etdi.

Leyla Əfəndiyeva tanınmış şəxsdir, bir media subyektinə rəhbərlik edir, jurnalistlərlə mütəmadi təmasda olur. Onun müraciətindəki narahatçılığı təbii ki, tamamilə anlayışla qarşılayırıq. Amma eyni zamanda bir məqamı da vurğulamaq lazım gəlir: baş verən bu hadisə bir daha göstərir ki, müəyyən ictimai öhdəlikləri olan tanınmış şəxsindən tutmuş ən sıravi vətəndaşına qədər hər bir fərd sosial şəbəkədə öz məsuliyyət hissini həmişə gözləməlidir.

Leyla Əfəndiyevanın yazdıqlarının doğruluğuna, dəqiqliyinə təbii ki, bizim jurnalistlər də, media subyektləri də inanıblar və daşıdığı ictimai status media təmsilçilərində onun yaydığı xəbərin səhihliyinə əminlik yaradıb. İndi Leyla Əfəndiyeva feyk olduğu ortaya çıxandan sonra media subyektlərini bu xəbəri silmədikərinə, onu öz səhifələrində saxlamaqla o ailəyə dərin kədər bəxş etməkdə davam etdiklərinə görə qınayır. Leyla xanım qınağında onu da vurğulayır ki, media subyektləri nəyə görə mədəniyyətlə bağlı paylaşımlara diqqət ayırmırlar, amma belə bir bəd xəbəri yaymaqda fəallıq göstərirlər? Qeyd edim ki, bu məqam neçə illərdir bizim medianın ən ciddi problemlərindən biri olaraq qalır. Hələ 2013-cü ildə cənab Prezidentin Azərbaycanın media rəhbərləri ilə görüşü zamanı çıxış edərkən mən də bu məsələyə toxunmuş, bizim saytlardan birinin bir şairin ölümü barədə yazdığı yalan xəbəri xatırlatmış, o yalan xəbərin yayılmasının üstündən iki il vaxt keçdiyini, amma o şairin hələ də həyatda olduğunu söyləmiş, həmkarlarıma bəd xəbərlər yaymağa tələsməməyi tövsiyə etmişdim. O vaxt dediklərim mediaya ünvanlanmış səmimi, təəssübkeş bir çağırış idi.

Artıq sosial media istifadəçilərinin də xəbər yayıcılarına çevrildiyi indiki vaxtda isə hər kəsin, xüsusən də cəmiyyətdə tanınan, ictimai məsuliyyətli şəxslərin hər hansı bir xəbər, məlumat paylaşarkən daha çox diqqətli olması çox vacibdir. Niyə məhz bu tipli xəbərlərin daha tez yayılmasına gəlincə, qeyd etməliyik ki, bu gün jurnalistikada, xüsusən də sosial mediada xəbər yayarkən o xəbərin daşıdığı ictimai yükdən əvvəl, onun yarada biləcəyi hay-küyə, sensasiyaya, qışqırtıya daha çox önəm verilir. İstəsək də-istəməsək də, media diqqəti cəlb etmək üçün belə hay-küylü, belə "qeyri-adi" xəbərlər yaymaqda həmişə maraqlı olub. Bu mənada həm indi baş verən hadisənin yaratdığı narahatlıq, həm də Leyla xanımın bu narahatlıqdan doğan müraciəti saxta xəbərlərin çoxaldığı indiki dövrdə hər kəsi dediyi hər kəlmənin, yazdığı hər sözün məsuliyyətini maksimum dərəcədə anlamağa vadar edir.

Xatırlatmaq istərdim ki, "Media haqqında Azərbaycan Respublikasının Qanunun"da ilk dəfə anlayış verilmiş media savadlılığı kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olmanı, tənqidi dəyərləndirməni özündə ifadə edir. Hər yayılan xəbərin doğruluğuna inanmamaq media savadlığının tələbidir. Bu anlayış bütün tanınmış şəxslərdən, sosial şəbəkə istifadəçilərindən də böyük məsuliyyət tələb edir.

Bütün bunları xatırladaraq baş verən bu son hadisəyə görə dərin təəssüfümüzü bildirir, ilk növbədə medianın belə məsələlərdə daha həssas olmasını arzulayırıq. Eyni zamanda, Leyla xanım Əfəndiyevanın şəxsində bütün sosial şəbəkə istifadəçilərini, o cümlədən ictimaiyyətin tanıdığı, sözünə inam bəslədiyi kəsimi belə xəbərlər yayarkən tələsməməyə və təmkinli olmağa dəvət edirik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://525.az
archiveBu xəbər 14 İyul 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri