Icma.az
close
up
RU
Qənirə Ataşova həmin həkimdən yazdı: “Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq”

Qənirə Ataşova həmin həkimdən yazdı: “Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq”

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İki gün öncə beyin cərrahı, doktor Pərvin Mirzəliyevin 32 saat fasiləsiz davam edən və tibbdə nadir sayılan “Gigant beyin arteriovenoz malformasiya” əməliyyatını uğurla tamamlaması haqqında məlumat vermişdik.

Bu barədə məlumatı həkim Mirzəliyev sosial media hesabında paylaşmışdı:

“Ölüb-ölüb diriltdiklərim, əməliyyatın sonu – Zəfər!”

Amerikada yaşayan jurnalist Qənirə Ataşova 32 saatlıq əməliyyatla bağlı araşdırma apardığını və bunun həqiqətə uyğun gəlmədiyini deyib.

Musavat.com xəbər verir ki, o, bu barədə instaqram hesabında yazıb:

“İki gündür sosial şəbəkələrdə beyin cərrahı Pərvin Mirzəliyevin 32 saat davam edən əməliyyatla bağlı paylaşdığı məlumatlar geniş yayılıb. Araşdırmalar göstərir ki, beyin əməliyyatlarının müddəti maksimum 12–14 saat qəbul edilir. Əməliyyat vaxtı bu limiti keçdikdə mərhələli əməliyyatların aparılması daha məqsədəuyğun sayılır. Burada iki əsas faktor nəzərə alınmalıdır.

Birinci faktor - pasiyentin uzun müddət əməliyyatda qalması zamanı anestezioloji və cərrahi risklərin artmasıdır; məsələn, infeksiya riski və yüksək qan itkisi. Anestezioloji risklərə isə pasiyentin elektrolit balansının, turşu-qələvi müvazinətinin, O₂ və CO₂ göstəricilərinin kəskin pozulması daxildir.

İkinci və daha həlledici faktor cərrahın fiziki və emosional yorğunluğu, tükənməsidir. Xüsusilə nəzərə alsaq ki, mürəkkəb beyin əməliyyatlarının ən çətin mərhələləri əməliyyatın sonuna yaxın baş verir, bu zaman yorğun cərrahın səhv etmə riski xeyli artır. Məhz buna görə belə hallarda əməliyyatı bitirib, bir neçə gün sonra (xəstənin vəziyyəti sabitləşdikdən və cərrah dincəldikdən sonra) ikinci mərhələni icra etmək tövsiyə edilir.

Paylaşılan foto isə doğrudan da maraqlıdır, əgər əməliyyat doğrudursa, bəlkə belə məlumatları elə ilk olaraq cərrahlar paylaşanda qəbul olunardı, amma bizdə olmazmı?!

Əlavə olaraq qeyd edim ki, beynəlxalq səviyyədə məşhur amerikalı neyrocərrah Michael T. Lawton (1000-dən çox AVM əməliyyatı icra edib) müsahibəsində ən böyük AVM əməliyyatını maksimum 14 saatda tamamladığını bildirib — istəsəniz, internetdən ətraflı oxuya bilərsiniz.

14 saatdan uzun davam edən əməliyyatlar isə (məsələn, siam əkizlərinin ayrılması) yalnız çoxsaylı həkim briqadalarının iştirakı ilə həyata keçirilib. Sevimli ChatGPT-də soruşsanız ki, AVM əməliyyatı nə qədər çəkir, cavab olaraq orta hesabla 4–8 saat, bəzi mürəkkəb hallarda isə 12 saata qədər uzana bildiyi qeyd olunur. AVM əməliyyatları artıq 10 ildən çoxdur ki, müxtəlif cərrahlar tərəfindən uğurla icra olunur. Bütün bunlardan sonra əziz izləyənlər, sizcə, bu uğur hekayəsidir, yoxsa cəmiyyəti aldatmağa yönəlmiş bir addım”.

Qənirə Ataşova Səhiyyə Nazirliyinə və Respublika Diaqnostik Mərkəzin rəhbərliyinə çağırış edib:

“Zəhmət olmasa, cəmiyyətin marağını nəzərə alaraq, bir sualımızı cavablandırarsınız: 32 saat ərzində həkim otaqda konkret olaraq nə ilə məşğul olub? Çünki beynəlxalq tibbi protokollara əsasən, ən mürəkkəb AVM əməliyyatlarında belə cərrahiyyə müddəti maksimum 12 saatla məhdudlaşır. Belə olan halda, həkimimizin 32 saatlıq fəaliyyətini necə əsaslandırırsınız və niyə bu qədər riskli və şübhəli bir müddətdə həkimə müdaxilə etməmisiniz?

Daha bir xahişimiz budur. Cəmiyyətə addım-addım, detallı şəkildə izah edəsiniz ki, bu 32 saat hansı mərhələlərdən ibarət olub, hansı prosedurlar aparılıb, fasilələr necə təşkil olunub, pasiyentin həyati göstəriciləri necə izlənib və ən əsası, bu proses hansı tibbi meyarlara əsaslanıb? Çünki şübhəsiz ki, belə “unikal” əməliyyat tibbin inkişafında yeni səhifə açır və belə də Guinness Rekordlar Kitabına düşməyiniz üçün əla fürsətdir - əlbəttə, məqsədiniz şan-şöhrət üçün xalqı aldatmaq deyildisə…”

Q. Ataşova daha sonra əlavə edib:

“Dünya protokollarına zidd olan 32 saatlıq AVM əməliyyatı ilə bağlı Azərbaycan Neyrocərrahlar Assosiasiyasının rəsmi açıqlaması tezliklə yayımlanacaq. Məsələ müzakirəyə hazırlanır.

Sevinə bilərsiniz: ya ölkə olaraq Guinness Rekordlar Kitabına düşəcəyik, ya da bu “fantastik əməliyyat hekayəsi” rəsmən təkzib olunacaq. Hər iki halda da ya rekord sahibiyik, ya da sadəcə xəyal dünyasında yaşayırıq - gözləyək, görək! Cərrahi əməliyyat otağı şou yeri deyil!” /Musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 İyul 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see225

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri