Icma.az
close
up
RU
Qənirə Ataşova və övladları ölümlə təhdid edildi

Qənirə Ataşova və övladları ölümlə təhdid edildi

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

Hazırda ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova və övladları ölümlə təhdid edilib.

Bu barədə jurnalistin özü məlumat yayaraq bildirib:

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edirəm! Keçmiş MTN generalı Eldar Mahmudovun əlaltısı olmuş, müxtəlif qadınları və kişiləri şəxsi görüntülərlə şantaj etdiyi bilinən Vüsal Həsənov bu günlərdə mənim və övladlarımın həyatına ciddi təhlükə yaradıb.

Yaxın keçmişdə ailəm haqqında sosial şəbəkələrdə yayılan təhqiramiz videoların müəllifi məhz Vüsal Həsənov olmuşdur. Bu barədə DİN artıq məlumatlı idi və həmin videolar platformalardan silinmişdir.

Bundan əlavə, Vüsal Həsənovun həyat yoldaşı – diplomu olmayan, lakin özünü həkim kimi təqdim edən Gül Əliyeva – Gəncədə Gülbəniz adlı gənc bir qıza cərrahi əməliyyat apararaq onun ölümünə səbəb olmuşdur. Bu hadisə ilə bağlı Gülbənizin ailəsi ilə VMR klinikası arasında razılaşma əldə edilsə də, mən bu məsələyə məhz həkimlik ixtisası olmayan bir şəxsin qanunsuz cərrahiyyə əməliyyatı aparması baxımından diqqət çəkmişdim.

Bu məsələni ictimailəşdirdiyim üçün Gülbənizin atası Eldəniz, Vüsal Həsənovun təhriki ilə bir neçə dəfə məni təhdid etmişdir. Uzun fasilədən sonra bu gün o, birbaşa mənə və övladım Fərhada zəng edərək, onu və qardaşını öldürəcəyini bildirib. Telefon danışığında özünü Moskvada yaşayan iş adamı kimi təqdim edərək, qanuni oğrularla bağlı olduğunu xatırladaraq “adam tutmuşam, hər ikinizi öldürəcəyəm” sözlərini açıq şəkildə işlətmişdir.

Bu açıq təhdidlər mənim və övladlarımın həyatı üçün ciddi təhlükədir. Övladlarım ABŞ vətəndaşıdır və o, bu gün rəsmi şəkildə bu təhdidlərlə bağlı Amerika hökumətinə də müraciət edəcək.

Mən Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına və aidiyyəti dövlət qurumlarına müraciət edirəm: bu məsələ araşdırılmalı, Vüsal Həsənov və onunla əlbir olan şəxslərin cinayət məsuliyyəti qanun çərçivəsində təmin olunmalıdır. Əgər bizim hər hansı birimizin başına bir iş gələrsə, sifarişin Bakıdan gəldiyini və Moskvadakı qanuni oğrular vasitəsilə həyata keçirildiyini bilmiş olun".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://pravda.az
archiveBu xəbər 19 Aprel 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see300

Depressiya və narahatlıq yaradır Gec yatanların nəzərinə!

06 İyun 2025 18:50see170

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see123

Həcc ziyarətinə 2 milyondan çox müsəlman gedib

06 İyun 2025 12:32see121

Rusiya Nigeriya matçı azərbaycanlı hakimə həvalə olundu

06 İyun 2025 03:57see120

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see118

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see117

Mbappe Fransa millisində tarix yazdı Anrini də keçdi

06 İyun 2025 16:16see117

Ukrayna ordusu Rusiya qırıcılarının yerləşdiyi iki aerodromu vurdu

06 İyun 2025 12:23see116

Bu liseyin şagirdi də ən yüksək bal topladı FOTO

06 İyun 2025 03:15see116

Dəmir yolunda partlayış lokomotiv relsdən çıxdı

06 İyun 2025 11:37see115

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see115

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see114

Handeylə Barışın qırmızı xalı tərzi

06 İyun 2025 16:28see114

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see113

Bu heyvan kənd təsərrüfatını MƏHV EDİR

06 İyun 2025 17:47see112

Putin Rusiyadakı müsəlmanlara jest etdi

06 İyun 2025 11:10see112

Allahşükür Paşazadə: Yeni Roma papası ilə görüşümüz nəzərdə tutulub

06 İyun 2025 09:37see112

Azadlıq yox, ideoloji silah: Aİ “Azadlıq Radiosu”nu informasiya silahına çevirir

06 İyun 2025 11:09see111

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri