Qərar verdik ki, “Qarabağ”a dəstək olaq Vernidub
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Neftçi" çətin dönəmdə "Qarabağ"a dəstək olmaq qərarı verib.
Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub mətbuat konfransında bildirib.
"Bu mövzunu bağlamaq vaxtıdır. Rəhbərliklə görüşdük və belə çətin dönəmdə "Qarabağ"a dəstək olmaq qərarı verdik. Hansı ki, onlar Azərbaycanı böyük futbol arenasında təmsil edir. Belə qərar verdik, bizim qərardır. Bizim üçün o qədər də yaxşı olmaya bilər, ritmdən düşə bilərik. Amma ümidvaram ki, hər şey yaxşı olacaq. "Qarabağ"a "Nyukasl"la oyunda qələbə arzulayıram. Bu, bütün Azərbaycanın xeyrinədir. Sizin ölkə buna layiqdir", - Vernidub bildirib.
Y. Vernidub bugünkü görüşdə qələbə qazandıqları üçün "Neftçi" azarkeşlərini təbrik edib:
"Bu matçdan sonra istirahət olacaq. Qarşıdakı həftə oyunumuz yoxdur. Rəhbərlikdən xahiş etmişəm ki, yoxlama görüşü keçirəcək. Olmasa, öz aramızda oynayacağıq. Bunu komandanı tonusda saxlamaq üçün edirik".
Baş məşqçinin sözlərinə görə, futbolçular üçün ən böyük mükafat qələbədir:
"Bu gün işlədik və üç xalı qazandıq. Onlarla çox ünsiyyətdə oluram. Münasibətləri də çox yaxşıdır. Daha çox işləyəcəyik və hər şey daha da yaxşı olacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 15 Fevral 2026 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















