Səfirdən “Qarabağ”a dəstək
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə uduzan “Qarabağ”a dəstək olub.
Futbolpress.az xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib:
“Ötən gecə “Qarabağ” qələbə qazanmasa da, bir nəticə bu komandanın artıq nail olduqlarını heç cür kiçildə bilməz. “Qarabağ”a və uzun illər ərzində komandaya rəhbərlik edərək Avropa arenasında unudulmaz qələbələr qazandıran, Azərbaycanın futbol mədəniyyətinə böyük töhfə verən baş məşqçi Qurban Qurbanova böyük hörmətimi bildirirəm. Belə bir irs həmişəlik qalır”.
“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” klubuna iki oyunun nəticəsinə (1:0, 1:4) əsasən uduzaraq mübarizəni dayandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 28 Avqust 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















