Qərarlarımız özümüzdən asılıdır Katzdan Trampa CAVAB
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrailin müdafiə naziri Yisrael Katz ABŞ Prezidenti Donald Trampın İsrail ordusunun Livanın cənubundan geri çəkilməsi ilə bağlı açıqlamasına münasibət bildirib.
Redaktor.az xəbər verir ki, Katz yazılı açıqlamasında İsrailin hərbi qərarlarının heç bir ölkənin icazəsindən asılı olmadığını vurğulayıb.
Məlumata görə, İsrail müdafiə naziri Livanın cənubunda hərbi mövcudluğun İsrail vətəndaşlarının təhlükəsizliyinin təmin olunması məqsədi daşıdığını bildirib.
Bildirilib ki, Katz İsrailin həmin ərazidə "Hizbullah"ın tam tərksilah edilənədək və İsrailin şimal bölgələri üçün təhlükə aradan qaldırılanadək təhlükəsizlik zonasında qalmaq niyyətində olduğunu qeyd edib.
Qeyd olunub ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu ilə Livan məsələsini müzakirə etdiyini və İsrail ordusunun işğal etdiyi ərazilərdən geri çəkiləcəyini düşündüyünü açıqlamışdı.
Məlumata əsasən, Trampın bu bəyanatı İsrail rəsmiləri tərəfindən qəbul edilməyib. ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan arasında danışıqlar davam edir.
Bildirilib ki, Livanda bu prosesə münasibət birmənalı deyil. Prezident Joseph Avn və Baş nazir Nevvaf Selam danışıqları qarşıdurmanın qarşısını almaq üçün vacib addım kimi qiymətləndirsələr də, "Hizbullah" və ona yaxın qüvvələr bu təmaslara etiraz edirlər.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 09 İyul 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















