Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Qərarsızlığın yorğunluğu Rə­van Cavid yazır

Qərarsızlığın yorğunluğu Rə­van Cavid yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rəvan CAVİD

Dərd orasındadır ki, başlaya bilmir adam. Qorxur: "Birdən alınmasa..." Dünəni üçün peşman, bu günü üçün narahat, sabahı üçün qayğılı adamlar var. Bir addım o yanda olmaqdan qorxurlar. İçlərindən, özlərindən, düşündüklərindən qorxurlar. Gördüklərindən, eşitdiklərindən, hər şeydən, hər kəsdən narahatdırlar. Tərəddüd insanın ruhdaşıdır. Ömür boyu onun özündən, kölgəsindən asılı qalır. Nə qova bilirsən, nə də qucaqlaya. Yersiz narahatlıq gətirir özüylə.

Bəzən bir anlıq qərarsızlıq bütün bir həyatın ritmini poza bilir. Tərəddüd - nə irəli, nə də geri ata bildiyin bir addımın içində ilişib qalmaqdır. Düşünürsən, ölçürsən, biçirsən... amma hərəkət etmirsən. Zaman keçir, imkanlar uzaqlaşır və sən hələ də "bəlkə"lərin içində itib gedirsən.

Tərəddüd, sükutun içində qopan bir fırtınadır. İnsan bəzən qorxudan, bəzən məsuliyyətdən, bəzən də sadəcə alışdığı komfortdan çıxmaq istəmir. Amma unudulan bir həqiqət var: həyat seçmək və addım atmaqla irəliləyir. Qorxularla dolu olsa belə, bəzən risk almaq, tərəddüdün susqunluğundan daha az ağrılı olur.

Qərarsız qalmaq - bu, bir növ öz həyatını "gözlə"mə rejiminə almaqdır. Halbuki hər seçim bir yol açar. Doğru, ya da yanlış - hərəkət, öyrədər. Tərəddüd isə sadəcə gecikdirər.

Bir dəfə İstanbulda köşkün yanında qəzet oxuyan bir nəfərdən eşitmişdim:

"Dünyada peşman olmayacağım bircə saniyə üçün övladlarımdan da imtina edərdim..."

Heç vaxt o insanın nələr yaşadığı haqqında düşünməmişəm. İndi də düşünməyəcəyəm. Gözlərimi yumub üz cizgilərini yadıma salmağa çalışsam da, unutduğumla razılaşmalıyam. Ancaq yadımdadır ki, o cümləni eşidəndə gülümsəmişdim. Bəlkə də modern insanın nəhayət ki özünəaidliyini dərk etməsinə, münasibətlər əsrinin bitməsinə, ya da peşmanlıqdan qurtulmaq cəhdlərinə. Adamların bir-birinə dözdüyü bu zamanda kimisə anlamaq çox çətindir, yəqin məni başa düşəcəksiniz. Mən o zaman həmin ifadəni siqaret tüstüsünə bürüyüb havaya üfürən kəsi anlamaq istəməmişdim. İndi isə yazı masasının yanında anlaşılmaq üçün növbəyə durub. Biz həmişə ya keçmiş zamanda, ya da gələcək zamanda məyus oluruq, indiki zamanda isə tərəddüd keçiririk. Bu dünyada gördüyüm yeganə insan o idi ki, həm keçmişinə, həm gələcəyinə görə narahat idi. Keçmiş üçün narahat olmaq... Kimsə sənin nömrəni yığacaq və sənə xatırlamadığın bir yanlışını deyəcək, buna görə vicdan əzabı çəkəcəksən. Qarşına gözlərindən tanıyacağın bir nəfər çıxacaq və yenə peşmanlığa qapılacaqsan. Beləcə dəyişən heç nə yoxdur.

Tərəddüd fiziki cəhətdən yorucudur, mənəvi cəhətdən dağıdıcı. Peşmanlıq tərəddüdün dəyişməyən nəticəsidir. Ziddiyyət, bu peşmanlıqdan öncə yaşadığımız xoşbəxlikdir. İnkişaf o qədər sürətlidir ki, biz informasiya selinin altında qalırıq. Ötən əsrdə kitablar və filmlər asudə vaxtını keçirmək üçün idisə, bu gün kino və kitab sənayesi ağır informasiya qaynağı, analiz mənbəyinə çevrilib. Bədii ədəbiyyat öz yerini marketinq və motivasiya, şəxsi inkişaf kitablarına verməsi bunun nümunəsidir. "Netflix" bu gün dünyanın ən yaxşı bədii nümunələrini serial edir və kitab dövrünü görüntü, foto erası əvəzləyir. Bu isə gərgin, qeyri-müəyyən, təsadüfi hisslər yaradır. "Yüz ilin tənhalığı"nı təsəvvürümüzdə yaşatmaqla onun içindəki kimi özümü təsəvvür etmək arasındakı fərqi anlayırıq. Real həyata qayıdanda bu fərq bizə aydın olur. Hadisələrə reaksiyamızdan tutmuş insanlarla ünsiyyətimizə qədər dəyişiklik, bərpa olunmayan deformasiya baş verir.

Ədəbiyyat və digərləri (sənət maştabında) bədii, sentimantal nümunələr yaratdıqca uduzur. Ona görə yox ki, onların sənət kimi həlli və qiyməti zəif olur, ona görə ki, müasir insanın hisslərinə uduzurlar. Hər kəsin problem fırtınasında qaldığı zaman yeni bir "kədərli fraqment" antipatiya yaratmaqdan başqa heç nə etmir.

Müəllifin öz inandığı ideologiyaya, öz inandığı dəyərlərə oxucunun da, izləyicinin də inanmasını istəməyi fəlakətdir. Bu günün insanı yeddi yaşından öz sərhədlərini müəyyən edir. Nə edəcəyini, kim olacağını bilir. Bu gün uşaqlar "böyüyəndə polis olacam" demirlər. Ya da bugünkü gəncliyə "Allaha inanırsan?" sualı da verilmir. Müəllif öz intellekti ilə oxucuya uduzursa, o, maraqlı olmayacaq və uğursuzluq qaçılmazdır.

Nə istədiyindən əmin olan və bu əminlikdən narahatlıq keçirən insan növünün meydana gəldiyi və meqabaytlara qarışdığı bir zəmanənin mətnini yazmaq, kinosunu çəkmək asan deyil. Onlar kimi olmalısan. Ya da onlar sənin kimi olmalıdırlar. Ötən əsrdə Amerika studiyalarının çəkdiyi filmlər ikinci seçimi dəyərləndirirdilər. İzləyici özünü "Terminator" kimi hiss edirdi, ya da "Xaç atası" kimi. Bu gün isə izləyiciyə seçim qoyulur ki, obraz hansı üsulla öldürülsün, polis hansı maşının arxasınca getsin... Kortasarın ötən əsrdə yazdığı "Xana-xana oyunu" romanı bu gün filmlərə, seriallara dolayı, ya da birbaşa təsir edir.

Avanqard insan modeli yoxdur bu gün, bu, dəqiqdir. Bu günün insanı daha üst səviyyədədir, bəlkə də üstşüurlu insandır elə. Sənət ona çatmaq istəyir. Kinolar, romanlar, fotoqrafiya insanla ayaq uydurmağa çalışır. Bütün səylər alıcını təəccübləndirməkdir. Sənət dünyası bu cür fədakarlıq edərkən insanlar baxdıqları, oxuduqları nümunəni seçməkdə əmin deyillər. Niyə?! Çünki çeşidlənən "art" dünyasına qədəm qoymuşuq.

Bayaqdan danışdıqlarımızın məcrası insan hisslərindən getdikcə uzaqlaşmaqdadır. Tərəddüd bir az da budur bəlkə. Nə yazacağını bilməmək. Necə rəftar edəcəyini bilməmək. Dostoyevskinin çox gözəl bir cümləsi var:

"İnsan əvvəl-axır peşman olur: ya etdiklərinə, ya da etmədiklərinə görə..."

Yuxarıdakıları yazıb-yazmamaq arasında qaldığım kimi.

Bütün hallarda əgər sənətin mərkəzində insan və onun hissləri dayanıbsa, həmişə bu mövzular aktualdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://525.az
archiveBu xəbər 12 May 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see627

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see299

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see289

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see277

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see271

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see250

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see249

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see243

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see238

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see230

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see227

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see214

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see203

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see202

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see202

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see201

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see194

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see187

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see187

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri