“Qərb bizim xəbərdarlığımıza məhəl qoymur” Lavrov gileylənir AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Rossiyskaya qazeta”ya müsahibəsində yenə Qərbdən gileylənib.
“AzPolitika” xəbər verir ki, Rusiya XİN başçısının dediyinə görə, Qərb Rusiyanın ölkənin dərinliklərinə raket zərbələrinə adekvat cavab veriləcəyi ilə bağlı bütün xəbərdarlıqlarına məhəl qoymayıb: “Prezident Vladimir Putin noyabrın 21-də televiziya çıxışında Rusiyanın bu cür addımlara necə cavab verəcəyini açıq şəkildə qeyd etdi. Əminəm ki, Rusiya vətəndaşlarına və infrastrukturuna ziyan vurmaqda günahkar olanların hamısı layiqli cəzalarını alacaqlar”.
Lavrov Rusiyanın dərinliklərinə endirilən zərbələri “eskalasiya yaradan addım” adlandırıb. Nazir vurğulayıb ki, düşmən tərəfdən heç bir eskalasiya Moskvanı Ukraynadakı “məqsədlərindən” əl çəkməyə məcbur etməyəcək və Rusiya tərəfi hadisələrin istənilən inkişafına hazırdır, lakin guya “hər zaman mübahisəli məsələləri sülh yolu ilə həll etməyə üstünlük verir”.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 27 Noyabr 2024 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















