Icma.az
close
up
RU
“QƏRB PUTİNİN TƏHDİDLƏRİNƏ MƏHƏL QOYMAYACAQ” “Tramp uduzmağa nifrət edir, ruslar alçaldılacaqlar” AzPolitika onlayn siyasiictimai qəzet

“QƏRB PUTİNİN TƏHDİDLƏRİNƏ MƏHƏL QOYMAYACAQ” “Tramp uduzmağa nifrət edir, ruslar alçaldılacaqlar” AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Artıq heç kimə sirr deyil ki, Rusiyanın Ukraynaya qarşı işğalı başlayandan məhz ABŞ Prezidenti Cozef Bayden və komandasının Rusiyaya münasibətdə yürütdüyü səriştəsiz, çəkingən siyasəti müharibənin uzanmasına və Ukraynanın ərazi itriməsinə gətirib çıxarıb. Ağ Ev administrasiyası bu müddət ərzində bütün parametrlərinə görə ABŞ-dən dəfələrlə zəif olan Rusiya qarşısında acizlik göstərib, Vladimir Putinin “qırmızı xətləri” ətrafında mənasız müzakirələrə vaxt ayırmaqla boşuna zaman itirib.

Rusların nüvə blefini gerçək siyasi təhlükə sayan Bayden Ukraynanı lazımi səviyyədə silahlandırmaqdan yayınıb. Son günlər Baydenin qətiyyətli qərarlar verməsi və bundan sonra baş verənlər, Rusiyanın reaksiyası və s. isə ABŞ-nin indiki prezidentinin bacarıqlı siyasətçi olmasından yox, indiyədək nə qədər bərbad siyasət aparmasından xəbər verir...

“AzPolitika” xəbər verir ki, ABŞ-nin “The Hill” qəzeti “Baydenin səriştəsiz Ukrayna siyasəti” başlıqlı məqaləsində sözügedən məsələyə toxunub. Həmin məqaləni təqdim edirik: ”Bayden administrasiyasının çatışmazlıqlarının heç biri onun milli təhlükəsizlik siyasətindəki fəlakətlə müqayisəyə gələ bilməz. Bu cür yanlış mühakimələrin, uğursuz danışıqların və səriştəsizliyin ABŞ tarixində anoloqu yoxdur. Baydenin milli təhlükəsizlik siyasətini həyata keçirən komandasının hərəkətləri bir dəstə babuinin təyyarəni idarə etməsinə bənzəyir: bilirsən ki, bunlar mütləq dağa çırpılacaqlar, təkcə bunun nə zaman baş verəcəyini bilmirsən.

Demokratlar Partiyasının yeni nəsil mütəxəssisləri qabaqlayıcı tədbiri keçmişin qalığı hesab edirlər. Əslində isə hər şey elə məhz qabaqlayıcı tədbirlərdən başlayır. Qabaqlayıcı tədbir düşmənə qorxu aşılamaq, təcavüz riskini aradan qaldırmaq və ya ən azından həmin riski əhəmiyyətli dərəcədə azaltmaqdır. Bu, oyunlar nəzəriyyəsinin bir hissəsidir. İndiki ssenaridə faydalılığı yüksəltmək üçün bir neçə subyekt eyni anda fəaliyyət göstərə bilər. Potensial və real münaqişələrdə oyunlar nəzəriyyəsini anlamaq və onu tətbiq etmək geosiyasət üçün mühüm əhəmiyyət kəsb edir. Bunu keçmişin qalığı hesab etmək səhvdir və Baydenin Ukraynadakı siyasətinin fiaskoya uğraması bunu sübut edir.

ABŞ və SSRİ-nin siyasəti nüvə hücumuna qarşı genişmiqyaslı nüvə cavabının verilməsindən ibarət idi. İlk baxışda bu, dəlilikdir. Hər hansı nəzəriyyə əsasında planeti külə döndərmək təbii ki, qəbuledilməzdir. Amma bu, işləyirdi. İkinci Dünya müharibəsindən sonra Avropa iki böyük dövlət arasında uzun bir müddət sülh və əminamanlıqda yaşadı. Yəni, 70 illik dinc bir dövr bundan öncəki 43 il sürən (1871-1914) sülh dövrü rekordunu təzələdi. Əminamanlıq dövrü Obama administrasiyasının qabaqlayıcı tədbirlərdən imtina etməsi, onun yerinə “proporsional cavab” və iqtisadi sanksiyaya üstünlük verməsi ilə sona çatdı.

Bəs Rusiya Prezidenti Vladimir Putin nə üçün Ukraynaya müdaxilə edib? Putin düşünüb ki, hər şey onun üçün yaxşı olacaq və kimsə ona maneçilik törətməyəcək. O, müəyyən mənada haqlıydı. Rusiyanın Ukraynaya təcavüzü başlayanda Bayden komandasının birinci reaksiyası ukraynalıları təslim etmək, onları qoyub qaçmaq oldu. Amma Ukrayna lideri Volodimir Zelenskinin qətiyyəti Qərbi hərəkətə keçməyə məcbur etdi.

Ukrayna ona edilən zəif köməyin sayəsində çətinliklə də olsa təcavüzkarın qarşısını ala bildi. Bayden komandası Venesuela diktatoru Nikolas Maduronun daha bir seçkini necə oğurlamasına tamaşa etdi, HƏMAS və İsrail Baydenin xahişlərinə məhəl qoymurlar, İran öz etibarlı tərəfadaşları husiləri silahlandırır, onlar isə Qırmızı dənizdəki gəmilərə hücum edirlər.

Baydenin təcavüzkarın önünü kəsmək strategiyası kifayət qədər uğursuz olub, müharibə zamanı bu vəziyyt daha da pisləşib. Bayden komandası demək olar ki, yerində sayıb. Onlar aylarla Putinin xəyalındakı “qırmızı xətlər”i müzakirə ediblər. Bunun əvəzinə isə müharibədə nə baş verdiyinə diqqət etməyiblər.

Bayden administrasiyasının səriştəsizliyi Ukraynadakı müharibəni uzadıb və daha təhlükəli hala gətirib çıxarıb. Onların zəifliyi və səriştəsizliyi Putinin müştəbehcəsinə qürrələnməsinə və blef etməsinə imkan verib.

O görüb ki, təhdidləri Qərbdə çox ciddi həyəcan yaradır. Ona görə də Putin özünü daha da rahat aparmağa başlayıb. Lakin Rusiya silahlarının bərbad halda olmasını nəzərə alsaq, Putin çətin ki, hər hansı qurğunun işləməyəcəyini hesablamasın. Bu sahədə meydana gələcək hər hansı uğursuzluq alçaldıcı fəlakət olar. Nüvə silahından istifadə həddini aşmaq böyük avantüra olardı və Rusiya Çinin və digər ölkələrin dəstəyini təhlükəyə atardı.

Nəhayət, hətta Dövlət katibi Entoni Blinken və milli təhlükəsizlik üzrə müşavir Ceyk Sallivan kimi zəif iradəyə malik şəxslər belə Putinin açıq blef etdiyini anladılar. Bu isə öz növbəsində təhlükəli dinamikaya səbəb olub. Bundan sonra Qərb ölkələri Ukraynaya böyük hərbi yardımları müzakirə edəcəklər, Putin nüvə təhlükəsindən dəm vursa da, Qərb Putinin təhdidlərinə məhəl qoymayacaq, ruslar isə alçaldılacaqlar. Amma açıq şəkildə alçaldılma həqiqətən də Putin üçün dözülməz bir haldır və bu, cavab tələb edir.

Nəticə nədir? Qorxu balansı və ya kobud tarazlıq yaratmaq əvəzinə Bayden komandası gərginlik tsikli yaratdı. Müharibənin əvvəlində Bayden nə etməliydi? O, sadə bir doktrinanı yerinə yetirməliydi: Rusiya Ukraynaya qarşı nə edirdisə, Ukrayna da dərhal ABŞ silahlarının köməyi ilə Rusiyaya qarşı onu etməliydi. Əgər Rusiya Ukrayna ərazisinin 100 mil (təxminən 160 kilometr) dərinliyinə raket göndərirsə, ukraynalılar da bunun eynisini Rusiyaya qarşı etməliydi. Belə olan halda Rusiya ərazisindəki istənilən dağıntıların bütün məsuliyyəti Putinin üzərinə qoyulardı və Qərbdə Putinin “qırmızı xətti” barəsindəki bitmək bilməyən debatlar yoxa çıxardı.

Bütün müharibə boyu qorxu balansı olmadığı üçün ruslar tamamilə cəzasız hərəkət ediblər. Onlar heç nəyə baxmadan Ukraynanı istədikləri kimi bombalayıblar, dinc əhalini öldürüblər, enerji infrastrukturunu dağıdıblar və ola bilər ki, hələ zəhərləyici qazdan da istifadə ediblər. Bütün bunlara baxmayaraq, hətta ukraynalılara Rusiya ərazisində yerləşən və Ukraynaya hücum etməyə hazırlaşan Rusiya ordusuna zərbə vurmağa icazə verməyiblər. Bu, tam mənası ilə axmaqlıdır.

Bunun nəticəsində Qərbdə siyasi “ölüm ilgəyi” meydana gəlib. Rusiya Ukraynanın həyati vacib infrastruktur obyektlərini və iqtisadi rayonlarını dağıdır, nəticədə Ukraynanın ayaq üstə dayanması üçün Qərb Kiyevə böyük maliyyə dəstəyi göndərmək məcburiyyətində qalıb. Rusiya isə böyük dağıntılar törətməkdə davam edib və Bayden administrasiyasındakı axmaqlar bunu heç cür başa düşməyiblər.

Donald Trampın Ukraynanı satacağı barəsində onun əleyhdarlarının nə deməsinə baxmayaraq, Tramp və onun komandasının qabaqlayıcı tədbirlər barədə anlayışları var. Onlar öz kölgələrindən qorxmurlar. Tramp “kim birinci başlasa, o da yeyəcək” oyununu istənilən amerikalı siyasətçidən yaxşı oynayır.

Tramp uduzmağa nifrət edir. Onun yeni komandası çətin ki, öz işinə kiməsə güzəştə getməklə başlasın. Şübhəsiz ki, Trampın nə edəcəyi ilə bağlı qeyr-müəyyənlik var. Amma indiki administrasiyanın gücsüzlüyünü nəzərə alsaq, deyə bilərik ki, Ukrayna və Amerika üçün Baydenin zəif və mövqesiz komandasındansa Trampın sərt komandası daha sərfəlidir”.

Vaqif Nəsibov

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Noyabr 2024 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevilyadan Berlində: Avropanın ən musiqili şəhərləri (SİYAHI)

09 İyun 2025 14:24see178

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see155

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see137

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see125

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see122

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see122

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see122

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see120

Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır FOTOLAR

09 İyun 2025 14:20see120

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see119

Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

09 İyun 2025 23:15see119

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see117

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see117

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see117

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see116

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see116

Salyanda qızı qaçıranlar onun atasının başını yardılar

09 İyun 2025 14:58see116

Küçədə it gəzdirmək qadağan edilir cinayət sayılacaq

09 İyun 2025 22:30see116

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see115

Putinin köməkçisi: Moskva nəhəng Qarabağ ın yaranmasını istəmir

09 İyun 2025 22:01see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri