Icma.az
close
up
RU
Qərb İvanişvili ilə anlaşır Kobaxidze qurban verildi, Gürcüstan xilas edildi?

Qərb İvanişvili ilə anlaşır Kobaxidze qurban verildi, Gürcüstan xilas edildi?

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Gürcüstanın yerli KİV-i məlumat yayıb ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze vəzifəsini tərk etməyə hazırlaşır. Bu da özlüyündə bir sıra suallar yaradır.

Bu realdırmı? İvanişvili ABŞ-la razılığa gəlib? Gürcüstan-ABŞ-la razılığa gələrsə, bunun Azərbaycana təsiri necə olacaq?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Gürcüstanın Qərbə doğru inteqrasiya prosesi 2004-cü ildə “Qızılgül inqilabı” ilə başlayıb:

“Bunun memarı hazırda həbsdə olan sabiq prezident Mixael Saakaşvilidir. “Gürcü Arzusu” hakimiyyətə gəldikdən sonra da bu proses davam etdirildi. Hər zaman Avropa İttifaqına üzvlük məsələsi gündəmə gəlir. Hətta namizədlik statusu belə alınmışdı. Lakin qəbul edilən “Xarici agentlər” haqqında qanun prosesin yarımçıq qalmasına səbəb oldu. Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Aİ-yə üzvlüklə bağlı məsələləri 2028-ci ilə qədər dondurduğunu açıqladı. Bu kifayət qədər ciddi məsələdir. Ona görə ki, Gürcüstan cəmiyyətində Aİ-yə üzv olmaq əsas meyarlardan biri kimi qəbul edilir. Sırf bu səbəbdən Kobaxidzenin həmin açıqlaması ölkədə aksiyaların başlamasına səbəb oldu.

Bidzina İvanişvili Qərb rəsmiləri ilə danışıqlar aparır. Fransa Prezidenti Emmanuel Makronla bir saatdan çox söhbəti də baş tutdu. Görünür, o, Qərblə münasibətləri normallaşdırmaq istiqamətində müəyyən addımlar atır”.

Zeynal Əmrəliyev

Politoloqun sözlərinə görə, proseslərin nəticəsinin bu həddə olmasına “günah keçisi” tapmaq lazım gəlirdi:

“Belə məlum olur ki, İvanişvili məsələdə Kobaxidzeni “günah keçisi” təyin edib. Ümumiyyətlə, İvanişvilinin bu günə qədər kölgədən hakimiyyəti idarə etməsinin əsas səbəblərindən biri də məhz budur. Əslində çox ağıllı bir siyasətdir. Hər zaman o, proses mənfiyə doğru getdikdə, məsuliyyəti yükləyəcəyi adamı tapmağa çalışıb. Georgi Marqvelaşvilinin, Salome Zurabişvilinin “Gürcü Arzusu” ilə münasibətləri pisdir. Bütün bunlar İvanişvilinin siyasətinin nəticəsidir.

Gürcüstan Azərbaycana qarşı hər hansı ittifaqda yer almadığı müddətcə, rəsmi Tbilisinin Bakıya heç bir mənfi təsiri olmayacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri