Icma.az
close
up
RU
“QƏRB POSTSOVET MƏKANINDAKI XALQALARI ALDATDI “Onlar ya acizlik, ya da riyakarlıq nümayiş etdirirlər...”

“QƏRB POSTSOVET MƏKANINDAKI XALQALARI ALDATDI “Onlar ya acizlik, ya da riyakarlıq nümayiş etdirirlər...”

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Siyasi təhlilçi, Xəzər Universitetinin professoru Ramiz Yunus hesab edir ki, müasir beynəlxalq münasibətlər sistemi dərin böhran içindədir və artıq uzun illərdir dünya “demokratiya” deyil, “cəngəllik qanunları” ilə idarə olunur.

Professor bildirir ki, əgər Kiplinqin məşhur “Cəngəllik qanunu” əsərində söhbət birliyə, ədalətə və zəiflərin qorunmasına əsaslanan qaydalardan gedirdisə, bu gün dünya tamamilə əks mənzərə ilə üz-üzədir.

“Bugünkü qlobal nizamda əsas prinsiplər ‘hər kəs özünü düşünsün’, ‘güclü olan sağ qalır’, ‘öldür – ya da öldürül’ kimi yanaşmalardır. Hətta demokratiya adı altında aparılan siyasətlərin arxasında da açıq-aşkar maraqlar, riyakarlıq və satış mövcuddur”, - deyə, o, bildirir.

“SSRİ-nin dağılmasından sonra yaranmış boşluq hələ də dolmayıb”

R. Yunusun fikrincə, Sovet İttifaqının dağılması ilə dünyada köhnə qaydalar pozuldu, amma yeni beynəlxalq sistem formalaşmadı. Bu isə hazırkı geosiyasi xaosun əsas səbəblərindən biridir. 

O, Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibəni bu böhranlı dövrün simvolu kimi qiymətləndirir: “Rusiya–Ukrayna savaşı göstərdi ki, Qərb – ABŞ, Avropa İttifaqı və NATO artıq demokratiya və beynəlxalq hüquq kimi dəyərləri sadəcə şüar kimi istifadə edir. Reallıqda isə onlar ya acizdir, ya da maraqlar naminə bu prinsipləri ayaqlar altına atırlar.”

Ramiz Yunus Qərbi, xüsusilə ABŞ və Avropa İttifaqını postsovet məkanındakı ölkələri və xalqları aldatmaqda ittiham edir. 

O, bu kontekstdə Azərbaycan, Gürcüstan və Ukraynanı nümunə kimi göstərir: “90-cı illərin əvvəlində Azərbaycan xalqı Qərbin verdiyi vədlərə inanaraq müstəqillik uğrunda mübarizə apardı. Amma Ermənistanın – Rusiyanın dəstəyi ilə apardığı işğal siyasətinə göz yumuldu. Gürcüstanda eyni vəziyyət 2008-də yaşandı. Ukraynanın isə 2014-dən bəri tək buraxıldığını görürük. Bu xalqlara xəyanət edildi.”

“Azərbaycan və Ukrayna – iradənin qalib gəldiyi nümunələr”

Siyasi təhlilçi qeyd edir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində təkbaşına haqqını bərpa etdi və bu, Qərbin dəstəyi ilə yox, ona rəğmən baş verdi. 

O, eyni şəkildə Ukraynanın da dirənişini “iradənin zəfəri” kimi qiymətləndirir: “Azərbaycan öz torpaqlarını azad etdi, çünki xalqın motivasiyası var idi. Ukrayna xalqı da bu gün eyni iradəni göstərir və mən inanıram ki, gec-tez bu mübarizədə qalib gələcək – yenə də Qərbin dəstəyi ilə yox, ona baxmayaraq.”

“Yeni dünya nizamı ya yaranacaq, ya da xaos dərinləşəcək”

Yunus sonda bildirir ki, Rusiyanın aqressiyası ətrafında baş verənlər dünya üçün bir “Rubikon”dur və bu situasiyada Qərbin davranışı yeni beynəlxalq qaydaların formalaşması baxımından həlledici olacaq: “Hazırda ‘azad dünya’ liderləri ya acizlik, ya da riyakarlıq nümayiş etdirirlər. Belə bir reallıqda postsovet ölkələri üçün yeganə çıxış yolu – illüziyaları bir kənara qoymaq və öz taleyinə sahib çıxmaqdır. Kiplinqin cəngəlliyində yox, Tabaqinin cəngəlliyində yaşayırıq. Hər kəs bunu qəbul etməlidir.”

Rasim Əliyev
"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Avqust 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri