Icma.az
close
up
RU
Qərb təsisatları Ermənistanda baş verən kütləvi siyasi həbslərə göz yummaqla məşğuldur ŞƏRH

Qərb təsisatları Ermənistanda baş verən kütləvi siyasi həbslərə göz yummaqla məşğuldur ŞƏRH

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 28 iyun, AZƏRTAC

Ermənistanda ictimai-siyasi vəziyyət yenə gərginləşib. Belə ki, baş nazir Nikol Paşinyan qarşıdan gələn seçkilərdə ona müxalif güc ola biləcək qüvvələri sıradan çıxarmağa çalışır. Buna görə də “dövlət çevrilişinə cəhd” ittihamı ilə kütləvi həbslər başlayıb.

Ümumiyyətlə, Ermənistanda cəmiyyətin idarə olunmasında, hakimiyyətin formalaşmasında, kimin hakimiyyətə gəlməsində “erməni lobbisinin”, “Eçmiədzin kilsəsinin” və digər kənar qüvvələrin rolu böyükdür. Ona görə də tez – tez Ermənistanda hakimiyyət uğrunda ixtişaşlarla və kütləvi həbslərlə müşahidə edilən hərəkətlərin şahidi oluruq.

Gələn il də parlament seçkiləri olacağı nəzərdə tutulub. Son günlər baş verən nümayiş və həbslərə də bu kontekstdə baxmaq lazımdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

O bildirib ki, Ermənistanda hakimiyyətdə olan baş nazir Nikol Paşinyan onun əleyhinə seçkinin nəticələrinə təsir edə biləcək qüvvə və şəxsləri zərərsizləşdirməyə çalışır. Yəni baş verən hadisələrin mahiyyəti hakimiyyətə gəlmə marağıdır.

Ermənistanda baş verənlərə onların daxili işidir deyə bilərik. Sadəcə olaraq uzun müddətdir davam edən müharibənin yekunlaşması üzrə sülh müqaviləsinin bağlanması ərəfəsində olduğumuz üçün orada baş verən siyasi prosesləri izləyirik. Çünki Ermənistanda baş verə biləcək siyasi dəyişiklik bizlə olan münasibətə də təsir edə bilər.

"Digər məsələ isə Ermənistandakı hadisələr fonunda özünü dünyada insan hüquqları və demokratiyanın müdafiəçisi kimi göstərməyə çalışan beynəlxalq təşkilatların, bəzi ölkələrin səssizliyidir. Necə ola bilər ki, bizdə hər hansısa bir kiçik hadisəyə reaksiya verən, dərhal bəyanatlar qəbul edən, beynəlxalq hüquq prinsiplərini pozaraq ölkəmizin daxili işlərinə utanmadan müdaxilə edən, məhkəmə sisteminin ədalətliliyini şübhə altına salan addımlar atan Avropa Şurası, ATƏT və digər Qərb təşkilatları Ermənistanda baş verən kütləvi siyasi həbslərə göz yummaqla məşğuldur. Əlbəttə, bütün bunlar həmin təşkilatların, qüvvələrin ikiüzlülüyünü göstərir. Çünki onlar insan hüquqları, söz azadlığı və demokratiya kimi ümumbəşəri prinsiplərdən təsir aləti kimi istifadə edərək öz məqsədlərinə çatmaq istəyirlər.

Biz həmin qüvvələri artıq yaxşı tanıyırıq, niyyətlərinə də çox gözəl bələdik. Torpaqlarımızın Ermənistan tərəfindən 30 il işğalda qaldığı zamanlarda da onların səssizliyini gördük. Xocalı soyqırımına, bir milyondan çox soydaşımızın öz torpaqlarından didərgin salınmasına, tarixi, milli-mədəni abidələrimizin dağıdılmasına, əsir və girov götürülmüş dörd minə yaxın vətəndaşımız haqqında məlumatların verilməməsinə, ərazilərimizin minalanmasına görə də lal, kar və kor olduqlarını gördük. Onlar maraqları təmin olunmayan ölkələrdə baş verən kiçik hadisələri şişirdir, lakin təsir altına saldıqları, onların tapşırıqları ilə hərəkət edən Ermənistan kimi ölkələrdə baş verənləri gizlətməyə, adi hadisələr kimi qiymətləndirməyə çalışırlar", -deyə Y. Hacızadə əlavə edib.

Onun sözlərinə görə, torpaqlarımızı işğaldan azad etdikdən sonra regionumuzda Azərbaycanın liderliyi ilə yeni siyasi vəziyyət yaranıb. Cənubi Qafqazla yanaşı bir çox bölgələrin mühüm strateji layihələri bizim iştirakımızla qurulur və ya layihələndirilir. Ona görə həmin qüvvələrinin düşüncələri, məkrli bəyanatlarının önəmi yoxdur. Çünki Azərbaycan dövləti ölkə başçısının rəhbərliyi ilə tam müstəqil siyasi, iqtisadi və hərbi siyasət həyata keçirir. Biz artıq formalaşdırdığımız münasibətlərlə, tərəfdaşlarımızla qurduğumuz əlaqələrlə regional güc mərkəziyik. Hansısa bir qüvvənin bizə təsiretmə imkanları qalmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 İyun 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri