Qərbi Avropa rekord istilərlə üz üzə qalıb
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
2026-cı ilin iyun ayı Qərbi Avropa üçün müşahidələr tarixində ən isti iyun kimi yadda qalıb. Həmin dövr qlobal temperatur göstəricilərinə görə isə tarixdə ikinci ən isti iyun ayı hesab olunur.
Məlumata əsasən, bölgədə iyun ayı üzrə orta hava temperaturu 20,74 dərəcə təşkil edib. Bu göstərici 1991-2020-ci illərin orta səviyyəsindən təxminən 3 dərəcə yüksək olmaqla əvvəlki rekordları geridə qoyub.
Ayın son günlərində Avropanı bürüyən güclü isti hava dalğası bir çox ölkədə yeni temperatur rekordlarının qeydə alınmasına səbəb olub. Kəskin istilər eyni zamanda sağlamlıq üçün ciddi risk yaradaraq istilə bağlı ölüm hallarının artmasına gətirib çıxarıb.
Mütəxəssislər bildirirlər ki, 2026-cı ilin iyununda dünya okeanlarının səth temperaturu da bu ay üzrə ən yüksək həddə çatıb. Onların fikrincə, davam edən rekord istilər iqlim dəyişikliyinin təsirlərinin daha da gücləndiyini, insanlar, təbiət və infrastruktur üçün risklərin artdığını göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 09 İyul 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















