Qərbi Azərbaycan İcması Erməni Apostol Kiləsinin irqi ayrı seçkiliyə əsaslanan bəyanatını qınayıb
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qərbi Azərbaycan İcması Erməni Apostol Kiləsinin Qafqaz Müsəlmanları İdarəsinin İrəvan Qazılığının bərpa edilməsi barədə qərarı ilə bağlı 23 may 2025-ci ildə yaydığı bəyanatı qınayır. SİA xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.
"Sözügedən bəyanatında azərbaycanlılara qarşı irqi nifrət aşılayan və inkarçı mövqe sərgiləyən Erməni Apostol Kilsəsi humanizm dəyərlərindən uzaq, siyasiləşmiş bir qurum olduğunu və əsl məqsədinin xalqlar arasında nifaqı dərinləşdirmək olduğunu bir daha sübut edir.
Erməni Apostol Kilsəsinin xalqlar arasında harmoniya, dinlərarası dialoq və sülhə töhfə vermək əvəzinə nifrət aşılaması, Qərbi azərbaycanlıların qayıdışına, onların dini etidaq azadlıqlarına, dini və mədəni irsinin bərpasına qarşı çıxması ciddi narahatlıq doğurur", - bəyanatda vurğulanır.
Qərbi Azərbaycan İcması dünya ictimaiyyətinə müraciət edərək, Erməni Apostol Kiləsinin irqi ayrı-seçkiliyə əsaslanan siyasiləşmiş addımlarını pisləməyə çağırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 25 May 2025 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















