Ombudsman Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyəti sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Səbinə Əliyeva Türk Dünyası Arabulucular Birliği'nin İdarə Heyətinin sədri Yakup Erikelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Newscenter.az xəbər verir ki, görüşdə Qırğız Respublikasının ədliyyə nazirinin müavini Orozbek Sıdıkov və Qırğızıstandan olan mediatorlar iştirak ediblər.
Müvəkkil görüş zamanı Azərbaycan Respublikası tərəfindən Türk dövlətləri ilə əməkdaşlığa mühüm əhəmiyyət verildiyini, mövcud əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.
Səbinə Əliyeva insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Türk dövlətləri arasında birliyin və əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının (TÜRKOMB) yaradıldığını qeyd edib.
Müvəkkil mediasiyanın Azərbaycan Respublikasında tətbiqi və bu sahədə həyata keçirilən hüquqi islahatlardan danışıb. Ölkəmizdə mediasiya fəaliyyəti ilə bağlı müraciətlərin araşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə işinin təşkili məqsədilə Ombudsman Aparatı və Mediasiya Şurası arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.
Nümayəndə heyətinə rəhbərlik edən Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel Ombudsman Səbinə Əliyevaya səmimi qəbul üçün təşəkkürünü bildirib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:Səfir Türk Dünyası Mediatorlar Birliyinin nümayəndə heyəti ilə görüşüb
12 May 2025 19:25
Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikeldən AZƏRTAC
23 Dekabr 2024 14:02
Türk Dünyası Mediatorlar Birliyinin rəhbəri və qırğızıstanlı mediatorlar Fəxri xiyabanı ziyarət edib
14 Yanvar 2026 12:59
Türk Dünyası Mediatorlar Birliyi təsis edildi
08 Oktyabr 2025 19:36
Azərbaycan Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə Heyətinin iclasında təmsil olunub
03 Oktyabr 2025 11:53
Baxış sayı:49
Bu xəbər 15 Yanvar 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















