Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də Qərbi Azərbaycan İcmasında Göyçə mahalının Zərkənd kəndinə həsr olunmuş “Zərkənd əmanətimizdir (Göyçə mahalı Zərkənd kəndinin tarixi-etnoqrafik salnaməsi)” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının rəhbərliyi, İcma üzvləri, elm və ictimaiyyət nümayəndələri, eləcə də Zərkənd kəndinin təmsilçiləri iştirak ediblər.

Tədbirə sədrlik edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli son illərdə Qərbi Azərbaycan həqiqətlərinin araşdırılması və tarixi yurd yerlərimizlə bağlı elmi nəşrlərin hazırlanmasının yeni mərhələyə qədəm qoyduğunu bildirib. O qeyd edib ki, Vətən müharibəsində qazanılan Zəfərdən sonra Qərbi Azərbaycana qayıdış ideyası dövlətin strateji hədəflərindən birinə çevrilib və bu istiqamətdə tarixi yaddaşın qorunması xüsusi əhəmiyyət daşıyır. Əziz Ələkbərli kənd tarixlərinin yazılmasının böyük zəhmət tələb etdiyini vurğulayaraq, “Zərkənd əmanətimizdir” kitabının müəlliflərinə təşəkkür edib və bu nəşrin gələcək tədqiqatlar üçün mühüm mənbə olacağını bildirib.

Sonra Azərbaycan İqtisad Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, Zərkənd kənd sakini Pərviz Səmədov çıxış edərək kitabın kəndin tarixi yaddaşının qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Ardınca söz nəşrin elmi redaktoru, tarix elmləri doktoru, professor Vaqif Şirinoğluya verilib. O, kitabın elmi əhəmiyyətindən danışaraq, əsərdə Zərkənd kəndinin tarixi, demoqrafiyası və şəcərə sisteminin geniş şəkildə tədqiq olunduğunu vurğulayıb.

Daha sonra Zərkənd kəndi haqqında hazırlanmış video-çarx nümayiş etdirilib.

Digər çıxışçılar Zərkənd kəndinin ziyalısı Namiq Nəbiyev, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, jurnalist-tədqiqatçı, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli, sabiq millət vəkili Arzu Səmədbəyli, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı, “Cümhuriyyət” qəzetinin redaktoru Rafael Becanov və kənd sakini Qurban İsmayılov çıxışlarında kitabın Zərkəndin tarixi irsinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edən mühüm nəşr olduğunu bildiriblər.

Çıxışlarda qeyd olunub ki, “Zərkənd əmanətimizdir” kitabı təkcə bir kəndin salnaməsi deyil, bütövlükdə Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi baxımından mühüm elmi mənbədir. Bildirilib ki, nəşr Zərkənd kəndinin çoxəsrlik tarixini, demoqrafik mənzərəsini və intellektual potensialını əhatə edən fundamental ensiklopedik tədqiqat əsəridir. Nəşrdə 1831, 1842, 1873 və 1886-cı illəri əhatə edən kameral təsvirlərin arxiv materialları ilə müasir şəcərə araşdırmalarının sintezi təqdim olunub, kənddə yaşamış tayfaların genealoji sxemləri sistemləşdirilib. Qeyd olunub ki, əsərdə Zərkənd məktəbinin tarixi, kəndin yetişdirdiyi alimlər, həkimlər, hüquqşünaslar, dövlət xadimləri və hərbçilər haqqında geniş məlumat verilib. Bununla yanaşı, kəndin təsərrüfat həyatı, aşıq sənəti, yerli şivənin dilçilik xüsusiyyətləri, İkinci Dünya müharibəsi və Qarabağ döyüşlərində iştirak etmiş şəhid və qazilərimizə dair zəngin sənədli materiallar toplanıb.

Tədbirin sonunda kitabın həmmüəllifi Şahin Bayramov nəşrin hazırlanma prosesi, aparılan araşdırmalar və arxiv materialları haqqında məlumat verərək, tədbirin təşkilində dəstəyə görə İcma rəhbərliyinə, eləcə də İcma Aparatının kollektivinə təşəkkürünü bildirib. O, eyni zamanda kitabın ərsəyə gəlməsində dəstək göstərən şəxslərə minnətdarlıq edib.

Qeyd edək ki, “Zərkənd əmanətimizdir (Göyçə mahalı Zərkənd kəndinin tarixi-etnoqrafik salnaməsi)” kitabının müəllifləri Şahin Bayramov, Rafiq Namazov və Əli Həziquliyevdir. Elmi redaktoru tarix elmləri doktoru, professor Vaqif Şirinoğlu, redaktoru isə Miraslan Əzizxanoğludur. Nəşrdə Zərkənd kəndinin çoxəsrlik tarixi, əhalisinin demoqrafik mənzərəsi, 1şəcərə sistemi, təhsil ənənələri, tanınmış ziyalıları, aşıq sənəti, dil xüsusiyyətləri, eləcə də İkinci Dünya müharibəsi və Qarabağ savaşlarında iştirak etmiş şəhid və qazilər haqqında zəngin məlumatlar yer alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2026 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri