Icma.az
close
up
RU
XI Bakı Beynəlxalq Kitab Sərgisində “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı keçirilib

XI Bakı Beynəlxalq Kitab Sərgisində “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 2 oktyabr, AZƏRTAC

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli şəkildə dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən kitabın müəllifi, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli kitabla bağlı əsas faktları diqqətə çatdırıb. İcma sədri qeyd edib ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proseslər çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin olunması ölkəmizin əsas prioritetlərindəndir.

“Müxtəlif dövrlərdə həyata keçirilmiş deportasiya siyasəti nəticəsində soydaşlarımıza məxsus məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib. Qəbiristanlıqlar bir xalqın keçmişini, inancını və kollektiv yaddaşını əks etdirir. Bu səbəbdən qəbiristanlıqların dağıdılması həmin xalqın izlərini coğrafiyadan silmək cəhdidir. Bu isə beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi şəkildə pozulması deməkdir”, - deyə Ə.Ələkbərli əlavə edib.

Kitabın müəlliflərindən biri, tədqiqatçı-alim Səbuhi Hüseynov vurğulayıb ki, seriyanın ümumilikdə 5 hesabatdan ibarət olması nəzərdə tutulub.

“I, II və III hesabatlarda Ermənistan dövləti tərəfindən məqsədli şəkildə dağıdılmış qəbiristanlıqlar, IV hesabatda məscidlər, V hesabatda isə pirlər və türbələr əksini tapacaq. İki hissədən ibarət olan kitabın birinci hissəsində hesabatın məqsədi, tədqiqatın predmeti və metodologiyası açıqlanır. İkinci hissədə isə Qərbi Azərbaycanın hər bir rayonu üzrə qruplaşdırılmış qəbiristanlıqların yerləşdiyi kəndlərin tarixi inkişafı, demoqrafik göstəriciləri, toponimik və inzibati dəyişiklikləri, əhalinin köç və deportasiya prosesi, habelə qəbiristanlıqların və digər mədəni irs abidələrinin hazırkı vəziyyəti sistemli şəkildə təqdim olunub. Kitabın I cildində 1991-ci ilə qədər Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində mövcud olmuş, indi isə yalnız xarabalıqları qalmış 700-dən çox azərbaycanlı qəbiristanlığının 201-nin əvvəlki və indiki vəziyyətindən bəhs edilib”.

Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, professor İbrahim Bayramov və Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, professor Fərrux Rüstəmov nəşrin mövzusunun aktuallığı və əhəmiyyətindən söhbət açıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see184

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see140

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri