Icma.az
close
up
RU
Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

Icma.az, Olke.az saytına istinadən bildirir.

Ölkə.az-ın xəbərinə görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 24-də keçirilən iclasında komitə sədri Azər Əmiraslanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti innovasiya ekosistemi üzrə dövlət dəstəyinin və stimullaşdırıcı mexanizmlərin təkmilləşdirilməsi məqsədilə Milli Məclisin qəbul etdiyi qanuna bir sıra əhəmiyyətli və mütərəqqi xarakter daşıyan dəyişikliklər təklif edib.

Yeni redaksiyada qanunun əsas konsepti dəyişmir, hədəfləri olduğu kimi saxlanılır. Əsas məqsəd yenə də ölkəmizdə innovativ iqtisadiyyatın inkişafının sürətləndirilməsi və bu sahəyə özəl investisiyaların cəlb edilməsinin stimullaşdırılmasıdır.

Azərbaycan Respublikası Prezidentinin təklifləri qanunun ilkin məqsədini qorumaqla onun tətbiq mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir. Belə ki, yeni dəyişikliklərdən sonra innovativ fəaliyyətə dövlət dəstəyi daha hədəfli, daha ünvanlı və nəticəyönümlü xarakter alır.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədova deyib ki, sənəddə rəqəmsal iqtisadiyyatın, İKT-nin, innovasiya ekosisteminin və startapların inkişafını yeni mərhələyə daşıyacaq genişmiqyaslı təkliflər təqdim edilib. Bu islahat qeyri-dövlət sektoruna aid edilən və dövlət payı 51 faizdən az olan özəl texnologiya subyektlərini əhatə etməklə, ölkənin texnoloji inkişafını sürətləndirməyi məqsəd qoyur. Bildirilib ki, iri sahibkarlıq subyektlərinin bu böyük vergi güzəştlərindən yararlanmaları üçün onların ümumi gəlirlərində ixracın xüsusi çəkisinin olması və vəsaitlərin yerli banklara gətirilməsi şərti qoyulub. Bu yeni rejim 1 yanvar 2027-ci ildən sonra şəhadətnamə alan yeni rezidentlərə şamil ediləcək, mövcud rezidentlər isə fəaliyyətlərini cari hüquqi statusları çərçivəsində maneəsiz davam etdirəcəklər.

Vurğulanıb ki, bu təkliflər Azərbaycanın neft-qaz sektorundan asılılığının azaldılması, intellektual kapitalın ölkəyə cəlb olunması və yerli innovativ brendlərin dünya bazarına çıxışının genişləndirilməsi baxımından yeni imkanlar yaradır.

Sonra iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev sənəddəki güzəştlərin əsas məqamlarından danışıb, onların vahid sistem şəklində təqdim olunduğunu vurğulayıb. O, güzəştlərin uzun müddətə nəzərdə tutulmasının investisiya cəlbediciliyi və rəqabət imkanları baxımından əhəmiyyətini qeyd edib.

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva sənəddə təklif olunan vergi təşviqlərinin subyektləri və onların əhatə dairəsi barədə məlumat verib.

İclasda yenilənmiş qanunun Azərbaycan Respublikası Prezidentinin təklif etdiyi dəyişikliklərlə qəbul edilməsi məqsədəuyğun hesab olunub, müvafiq qərar komitə üzvləri tərəfindən yekdilliklə dəstəklənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Sentyabr 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri