Icma.az
close
up
RU
Qərbi Azərbaycan mövzusu mühüm beynəlxalq platformanın gündəmində

Qərbi Azərbaycan mövzusu mühüm beynəlxalq platformanın gündəmində

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Antalya Diplomatiya Forumunda aparılan müzakirələr bu mövzuya dair beynəlxalq məlumatlılığın artmasında vacib rol oynayacaq

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı ilə bağlı beynəlxalq müstəvidə işlər davam etdirilir. Bu prosesdə müxtəlif beynəlxalq platformaların imkanlarından səmərəli istifadə olunur. IV Antalya Diplomatiya Forumunda da sözügedən məsələnin gündəmə gətirilməsi çox önəmlidir.

Belə ki, Antalya Diplomatiya Forumu çərçivəsində “Qlobal idarəetmədə parlament diplomatiyası” mövzusunda baş tutan dəyirmi masada Qərbi Azərbaycan həqiqətləri də müzakirə edilib. Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın moderatorluğu ilə keçirilən tədbirdə Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, icmanın sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən, Milli Məclisin Səhiyyə komitəsinin, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev, eləcə də Latın Amerikası və Karib hövzəsi parlamentinin sədri Rolando Gonzalez Patricio çıxış ediblər.

Dünyada baş verən mövcud problemlərə diqqət çəkən Fuat Oktay bu məsələlərin getdikcə daha da dərinləşdiyini və artıq qlobal güclərin bunun qarşısında aciz qaldığını bildirib.

Hər 70 insandan biri qaçqındır

Dünyadakı miqrasiya probleminə diqqət çəkən Asəf Hacıyev isə hazırda Yer kürəsində 110 milyon nəfərin, yəni, hər 70 insandan birinin qaçqın olduğunu bildirib. 1990-cı illərdə Ermənistanın Azərbaycan torpaqları ilə bağlı başlatdığı iddialar nəticəsində hər 10 azərbaycanlıdan birinin öz yurd-yuvasından didərgin salındığını xatırladan Asəf Hacıyev müharibənin bitməsinə baxmayaraq torpaqlarımızda törədilən dağıntılar səbəbindən bu insanların öz doğma el-obasına qayıda bilmədiyini, belə halların Azərbaycanla yanaşı, dünyanın bir çox ölkəsində yaşandığını vurğulayıb. O, hazırda ölkəmiz tərəfindən Qarabağda apardığı bərpa-yenidənqurma işlərinə toxunaraq, Azərbaycan dövləti tərəfindən bu işlər üçün ildə 4-5 milyard manat vəsait ayrıldığını, bir ölkə üçün bu məbləğin yüksək olduğunu deyib.

Ermənistan Qərbi azərbaycanlıların qayıdışını təmin etməlidir

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli isə  Qərbi Azərbaycan həqiqətləri ilə bağlı çıxış edib.  O qeyd edib ki, Ermənistanla Azərbaycan arasındakı bu münaqişə təkcə Qarabağ müharibəsi ilə məhdudlaşmır. Bu münaqişənin azı 200 illik tarixi var. Ermənilər bu coğrafiyada 200 ildir azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı və deportasiya həyata keçirib. Ə.Ələkbərli deyib ki, Ermənistan Azərbaycana qarşı bütün ərazi iddialarından imtina etməli, bunun üçün konstitusiyasını dəyişməlidir: “Eyni zamanda, Qarabağ müharibəsinin tərkib hissəsi kimi 1987-1991-ci illərdə Qərbi Azərbaycandan – indiki Ermənistandan qovulmuş azərbaycanlıların geriyə qayıdış hüququnu tanımalı və təmin etməlidir. Özü də sözdə yox, əməldə”.

İcmanın sədr müavini, millət vəkili Ramil Həsən isə deyib ki, sülh müqaviləsinin imzalanması ilə biz etimadın bərpasını, sülhün təşviqini və yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarına ləyaqətli şəkildə qayıdışını tələb edən yeni bir dövrə qədəm qoyuruq. Onun sözlərinə görə, 1987-1991-ci illər arasında təxminən 300 min azərbaycanlı Ermənistandan zorla qovulub: “Onların geri qayıtmaq hüququ beynəlxalq insan hüquqları və milli azlıqların qorunması çərçivəsində sülh prosesinin fundamental tərkib hissəsi kimi qəbul edilməlidir. Qərbi Azərbaycan İcması bu şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək məqsədilə beynəlxalq hüquq çərçivəsində və Ermənistanın ərazi bütövlüyünə, eləcə də BMT Nizamnaməsində əks olunan prinsiplərə tam hörmətlə yanaşaraq öz fəaliyyətini davam etdirir”.

Qərbi azərbaycanlıların qayıdışı qarşılıqlı etimad mühiti yaradacaq

İcmanın sədr müavini hesab edir ki, Qərbi azərbaycanlıların könüllü, təhlükəsiz və ləyaqətlə qayıtmasının təmin edilməsi Azərbaycan ilə Ermənistan arasında qarşılıqlı anlaşma və uzunmüddətli sülhün qurulmasında irəliyə doğru tarixi addım ola bilər. R.Həsənin fikrincə, bu, həm də ikitərəfli münasibətləri yeni və daha konstruktiv səviyyəyə qaldıracaq: “Belə bir prosesdə parlament diplomatiyası dialoqun asanlaşdırılması, etimad körpülərinin qurulması, yurduna geri qayıdanların dinc yaşaması və sosial quruluşa reinteqrasiyasının təmin edilməsi baxımından həlledici rol oynaya bilər”. O bildirib ki, Yunanıstan, Bolqarıstan və Şimali Makedoniyadakı türkəsilli vətəndaşların bu gün bu ölkələrin ictimai-siyasi  həyatında fəal rol oynadığı kimi, azərbaycanlılara da indiki Ermənistanda öz doğma torpaqlarına qayıtmaq, ləyaqətlə yaşamaq, öz hüquqlarını müdafiə etmək və bu ölkənin siyasi həyatında iştirak etmək imkanı yaradılmalıdır.

Btövlükdə, Antalya Diplomatiya Forumu kimi önəmli beynəlxalq platformada Qərbi Azərbaycan mövzusunun gündəmə gətirilməsinin siyasi əhəmiyyəti böyükdür. Nəzərə alaq ki, üç gün davam edən ?oruma dünyanın 155 ölkəsindən ümumilikdən altı mindən artıq iştirakçı qatılıb. Tədbirdə bir çox qlobal hadisələrlə yanaşı, Cənubi Qafqazdakı son vəziyyət, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi, Qərbi Azərbaycan və Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdışı, iqlim dəyişikliyi ilə mübarizədə ölkəmizin rolu, o cümlədən Bakıda keçirilən COP29, Türk Dövlətləri Təşkilatının fəaliyyəti kimi ölkəmizi maraqlandıran məsələlər də müzakirə edilib. Bu faktlar Antalya Diplomatiya Forumunun mühüm beynəlxalq platforma olduğunu təsdiqləyir. Sözügedən mövzunun forumda gündəmə gətirilməsi isə Qərbi Azərbaycan məsələsi üzrə beynəlxalq məlumatlılığın artmasında vacib rol oynayacaq.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Aprel 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri