Icma.az
close
up
RU
Qərbi Azərbaycana qayıdış mövzusu tələbələrin diplomatik gündəmində FOTOLAR

Qərbi Azərbaycana qayıdış mövzusu tələbələrin diplomatik gündəmində FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi və Qərbi Azərbaycan İcmasının təşəbbüsü ilə “Qərbi Azərbaycan müzakirəsi: MUN  Simulyasiya Konfransı” keçirilib. 

"Unikal" xəbər verir ki, BMT Baş Assambleyası modelinin simulyasiya konfransı Qərbi Azərbaycanla bağlı beynəlxalq problemləri və həll yollarını  müzakirə etmək, gənclərin diplomatik bacarıqlarını inkişaf  etdirmək  və  onların  bu mövzuda  məlumatlılığını artırmaq məqsədi daşıyıb.

Konfransın ilk günü açılış mərasimi baş tutub. Dövlət Himni səsləndirilib və ölkəmizin bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılışda çıxış edən rektoru professor Gülçöhrə Məmmədova tədbirin əhəmiyyətindən bəhs edib. Rektor gənclərin bu cür təşəbbüslərlə çıxış etməsini yüksək qiymətləndirib və onların beynəlxalq proseslərə bələd olmalarının, analitik düşüncə qabiliyyətlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Rektor söyləyib ki, tələbələrin belə simulyasiya konfranslarında iştirakı gələcək peşəkar fəaliyyətləri üçün mühüm bir pillədir və bu platformalar gənclərin həm vətənpərvərlik ruhunun güclənməsinə, həm də dünyagörüşlərinin genişlənməsinə istiqamət verir.

Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov isə Qərbi Azərbaycan məsələsinin tarixi və hüquqi aspektlərinə toxunaraq, bu kimi simulyasiya konfranslarının gənclərin milli məsələlərə olan diqqətini artırmaq baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. O, vurğulayıb ki, Qərbi Azərbaycandan məcburi köçkün düşmüş soydaşlarımızın hüquqlarının müdafiəsi və onların dinc yolla, könüllü və təhlükəsiz şəkildə geri qayıdışının təmin olunması beynəlxalq hüquqa əsaslanan ədalətli bir tələbdir. Qalib Qasımov bu təşəbbüsün gənclər tərəfindən gündəmə gətirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib və bu istiqamətdə maarifləndirici tədbirlərin davamlı olmasının vacibliyini qeyd edib.
Daha sonra Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Rəşad Zeynalov gənclərin ictimai fəallığının və təşəbbüskarlığının vacibliyinə diqqət çəkərək bu cür tədbirlərin tələbələrin intelektual inkişafına, analitik düşüncə və diplomatik bacarıqlarının formalaşmasına mühüm töhfə verdiyini bildirib. O, qeyd edib ki, MUN formatlı simulyasiya konfransları gənclərin qlobal problemlərə yerli baxış bucağından yanaşmasını, milli məsələləri beynəlxalq kontekstdə müzakirə etməyi öyrənmələri baxımından olduqca faydalıdır. Rəşad Zeynalov bu təşəbbüsə görə təşkilatçılara təşəkkürünü bildirərək ATGTİ-nin hər zaman gənclərin inkişafına yönəlmiş bu kimi layihələri dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Konfrans plenar sessiyalar formasında davam edib. BMT Baş Assambleyasının iclasında müxtəlif üzv dövlətlərin nümayəndələri rolunu icra edən tələbə-gənclər  Qərbi Azərbaycandan məcburi köçkünlərin qayıdış prosesi, onların mədəni, iqtisadi və sosial hüquqlarının bərpası üzrə müzakirələr aparıblar. 

Azərbaycan və ingilis dillərində keçirilən müzakirələrə ümumilikdə 50 nəfər tələbə qatılıb. 

2 gün davam edən simulyasiyada iştirakçılar gərgin diplomatik mübarizə apararaq öz mövqelərini ortaya qoyub, mövzu ilə bağlı müxtəlif təkliflər səsləndiriblər. Son gün isə qoyulan məsələnin həll yolunu birlikdə müzakirə edərək yekun qətnamə qəbul ediblər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://unikal.az
archiveBu xəbər 16 Aprel 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri