Icma.az
close
up
RU
Qərbi Azərbaycan Qədim Tarixi Yurdumuz”: Tələbələr bu dəfə molbertin qarşısında dayanaraq İrəvana boylandılar

Qərbi Azərbaycan Qədim Tarixi Yurdumuz”: Tələbələr bu dəfə molbertin qarşısında dayanaraq İrəvana boylandılar

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Dekabrın 25-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Qərbi Azərbaycan - Qədim Tarixi Yurdumuz” mövzusunda rəsm sərgisinin açılışı keçirildi. Tədbirdə universitetin rektoru, professor Gülçöhrə Məmmədova, Qərbi Azərbaycan İcmasının aparat rəhbəri Qalib Qasımov, şəhid ailələrinin üzvləri, AzMİU-nun professor-müəllim heyəti və tələbələri iştirak etdilər.
Newscenter.az xəbər verir ki, açılış mərasimi ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Tədbirdə çıxış edən rektor professor Gülçöhrə Məmmədova vurğuladı ki, Qərbi Azərbaycan bölgəsi Azərbaycanın qədim və zəngin tarixə malik ərazilərindən biridir. Bu sərgidə nümayiş olunan əsərlər Qərbi Azərbaycanın maddi və mədəni irsini, tarixi abidələrini və adət-ənənələrini əks etdirir. O, həmçinin, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın davamı olaraq, Qərbi Azərbaycana da qayıdışın qaçılmaz olduğunu bildirdi.
Qərbi Azərbaycan İcmasının aparat rəhbəri Qalib Qasımov çıxışında Qərbi Azərbaycan torpaqlarında aparılmış deportasiya və soyqırımların acı nəticələrindən danışdı.
Tədbirdə şəhidlərimizin ailə üzvləri, o cümlədən I Qarabağ Şəhidi Həsənquliyev Şirindilin bacısı Nazlıxanım Həsənquliyeva və II Qarabağ Şəhidi Rauf İbadovun atası Məhərrəm İbadov da çıxış edərək öz ürək sözlərini bölüşdülər.
Tədbirin sonunda sərginin rəmzi olan lent kəsildi və sərgiyə baxış keçirildi.
Sərgi Azərbaycan torpaqlarının qədim və zəngin tarixini, milli-mədəni irsimizi tanıtmaq məqsədini daşıyırdı. Təqdim edilən əsərlər AzMİU-nun Memarlıq və Dizayn fakültələrinin tələbələri tərəfindən yaradılıb və Təsviri İncəsənət kafedrasının müəllimlərinin rəhbərliyi ilə hazırlanıb. Sərgidə 111 rəsm əsəri və 11 əl işi nümayiş olundu.
Sərgidə fərqlənən tələbələrin işlərinə diplomlar, digər iştirakçılara isə təşəkkürnamələr təqdim olundu.
Qeyd edək ki, bu cür tədbirlər Azərbaycan mədəniyyətinin qorunması və gənc nəslin milli irsə bağlılıq ruhunda tərbiyə olunmasına böyük töhfə verir.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Dekabr 2024 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri